Dortmund ''Borussiya''sının icraçı direktoru Karsten Kramer klubun Səudiyyə Ərəbistanı və Qətər şeyxləri tərəfindən ələ keçirilə biləcəyi xəbərlərini təkzib edib:
''Bizim ölkənin bəzi məsələlərə baxış tərzi və azarkeş mədəniyyəti digərlərindən fərqlənir. Təbii ki, biz klubların pul mənbəyi bitməyən dövlətlər tərəfindən idarə olunmasının da əleyhinəyik. Bizə iqtisadi inkişaf ilə ''50+1'' qaydası arasında balans tapmaq lazımdı. Bu da o deməkdi ki, alman klubları xaricilərə satılmır! Səudiyyə Ərəbistanı şirkətinin bizim sponsorumuz olması mümkün deyil. Biz pulun hardan gəldiyinə fikir veririk. İndiki siyasi durumda Səudiyyə Ərəbistanı və ya Qətərlə işbirliyi real görünmür''.
Xatırladaq ki, ''Nyukasl'', ''Mançester Siti'', PSJ kimi klublar qətərlilər və ərəblər tərəfindən idarə olunur. Sərvəti 337 milyard avro olan Səudiyyə Ərəbistanının dövlət investisiya fondu tərəfindən 2021-ci ildə ələ keçirilən ''Nyukasl'' hazırda dünyanın ən varlı klubu hesab olunur.
ƏLİ