Emrelidən növbəti titul

22.05.2024 22:57 163
Ölkə futbolu / Manşet
Mahir Emreli daha bir tutul qazanıb.

"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Xorvatiya kubokunun qalibi olub. Onun çıxış etdiyi “Dinamo” finalda iki oyunun nəticəsinə görə “Riyeka”nı məğlub edib. Komandalar arasında Zaqrebdə keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşıb. Cavab matçında “Dinamo” 3:1 hesabı ilə qalib gəlib. Mahir final görüşlərində meydana çıxmayıb. Zaqreblilər 17-ci dəfə ölkə kubokunun qalibi olublar.

Qeyd edək ki, Mahir Zaqreb klubunun heyətində Xorvatiya çempionu tituluna da yiyələnib.