• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ölkəmizin ən təcrübəli ədalət təmsilçilərindən birinin elə səhvə yol verəcəyini gözləmirdim” - Əsgər Abdullayev

1-ci liqa / Manşet

22-05-2024, 20:0

“İmişli” 1-ci liqanı turnir cədvəlinin 4-cü pilləsində başa vurdu.

2023/24 “futbol ili” ərzində bölgə klubuyla bağlı bir çox xəbərlə görüşünüzə gəlmişik. Bu dəfə həmsöhbətimiz komandanın baş məşqçisi Əsgər Abdullayevdi. Veteran futbolçu, Məşqçilər Komitəsinin sabiq üzvü və yığmamızın sabiq baş məşqçisi ilə maraqlı məsələlər ətrafında müzakirəni ixtiyarınıza veririk.

– Əsgər müəllim, söhbətə 25-ci turun "İmişli" - "Qaradağ Lökbatan" matçında (0:0 - red.) vurduğunuz, amma qeydə alınmayan qoldan başlayaq. Həmin epizodu necə dəyərləndirirsiz?
– Bizə qarşı haqsızlıq edildi. Təbii ki, bu, şəxsi fikrimdi. Yəni mən belə gördüm. Bundan başqa, çoxu həmin qolun təmiz olduğunu deyir. Hətta rəqib komanda da bizlə söhbətdə bunu dilə gətirib.

– Bəs sizcə niyə sayılmadı? Matçın idarə edilməsində hansısa qərəzdən danışmaq olar? Yoxsa bilmədən səhvə yol verildi?
– "İmişli"yə qarşı qərəz olub-olmadığını deyə bilmərəm. Ağır ifadədi. Ümumiyyətlə, belə ehtimalın varlığına belə inanmaq istəmirəm. İndiyə qədər kiməsə pisliyimiz dəyməyib. Həmişə öz oyunumuzla, alnımızın təriylə vuruşub nəticə qazanmağa çalışmışıq. Komandam meydana çıxırsa, qələbədən başqa məqsəd ola bilməz. Həmin oyuna da çox yaxşı hazırlaşmışdıq. Çempionluq yarışından kənar qaldıq deyə, başqalarını günahlandırmaq, bəhanə axtarmaq fikrimiz yoxdu. Baş məşqçi kimi ən birinci özümü, sonra futbolçularımı sorğuya çəkirəm. Başqa məqamlara növbəti mərhələlərdə toxunmaq olar. Fakt odu ki, qolumuz sayılmadı. Hakimə şər atmaq istəmirəm, lakin ölkəmizin ən təcrübəli ədalət təmsilçilərindən birinin elə səhvə yol verəcəyini gözləmirdim.

– Ötən həftə iki premyer-liqa matçında VAR-da əcnəbi hakimlər əyləşdi. Həmçinin "Qaradağ Lökbatan" - "Şamaxı" matçında xüsusi hal kimi VAR-dan istifadə edildi. Amma "İmişli"nin taleyüklü sınağı bu mənada kənarda qaldı...
– VAR mütləq olmalıydı. O elə qurğudu ki, hakimin səhvini düzəldir. Daha dəqiq qərar üçün köməkçi vasitədi. Düzdü, həm vaxt aparır, həm də matçın tempini öldürür. Lakin bizim oyunumuzda da olsaydı, bu gün fərqli məsələləri müzakirə edə bilərdik. Onsuz da bu gün hakimlik çox yüksək səviyyədə deyil. Məncə, bu sahədə işini bilən adamlar çalışmalıdı. İstər əcnəbi, istərsə də yerli olsun. Bunun elə də fərqi yoxdu. Əsas odu ki, ədalətli qərarlar qəbul edilsin.

– Başverənlərin ardından 26-cı turun "Araz Saatlı" - "İmişli" oyununda məğlub olmağınız futbol ictimaiyyətində çaşqınlıq yaratdı...
– Hazırda təkcə ölkəmizdə yox, dünya futbolunda belə teorem öz təsdiqini tapmaqdadı: zəif rəqib yox, oyuna zəif hazırlıq olur. Bütün komandalar qarşı tərəfi düzgün qiymətləndirməlidi. Saatlıda uduzmağımızın birinci günahkarı mən idimsə, ikincisi futbolçularımdı. Təəssüf ki, "Qaradağ Lökbatan"la qarşılaşmadan sonra ciddi ruh düşkünlüyü var idi. İcraiyyə Komitəsinin qərarları açıqlananda məlum oldu ki, premyer-liqaya bir komanda yüksələcək. Halbuki bizə fərqli məlumat verilmişdi... Həm bu, həm də əvvəlki matçda yaşananlar ümumi ab-havaya mənfi təsir etmişdi. Belədə fürsətlərdən yararlanmağımız çətinləşdi. Planladığımız kimi oynaya bilmədik.

– "Fərqli məlumat verilmişdi" deyəndə kimi və nəyi nəzərdə tutursuz?
– Artıq bu barədə yekun qərar verilib. Əsas məsələ odu ki, əvvəl üç komandanın yüksələcəyi deyilmişdi. Sonda belə olmadı. Məncə, komanda sayı artırılmalıydı. Mövsüm ərzində nə qədər eyni rəqiblə oynamaq olar? Proseslərin belə irəliləməsi məqsədəuyğun deyil.

– Premyer-liqada legioner limiti də artırılmalıdı. Bəs bu qərarı necə dəyərləndirirsiz?
– Düzü, nəyi gözlədiklərini bilmirəm... Həm legioner limiti, həm də komanda sayı artırılmalıydı. Əsas millimizi düşünməliyik. Bölgələrimizdə potensiallı gənclər var ki, "qabı doludu". Çempionatlarımız maraqlı keçir. Həm premyer-liqada, həm də 1-ci liqada ciddi rəqabət var. Belə şanslardan istifadə etməliyik.

– Bilindiyi kimi, elitada durum qəlizdi. Ona görə ki, 4 komanda avrokuboklar uğrunda mübarizə aparır. Belədə birinin istəyinə çatmayacağı bəllidi. Şansları necə dəyərləndirirsiz?
– Çətin sualdı. Çünki yuxarı pillələrdə qərarlaşan komandalar istəkli çıxış edir. Çox güman, yekun nəticələrdə ən kiçik məqamların belə böyük rolu olacaq. Bu üzdən şanslardan kim yaxşı istifadə etsə, o da məqsədinə çatacaq. Düzü, əsas məsələ Avropaya yollanmaq deyil, orda ölkəmizi layiqincə təmsil etməkdi. İnşallah, bunu kimlər bacara biləcəksə, onlar gedər.

– 1-ci liqaya qayıdaq. Mövsüm ərzində bu çempionatın "dadına baxdız". Təcrübəli mütəxəssis kimi sizdə hansı təəssüratları oyatdı? Ümumi durumu necə təsvir etmək olar?
– Çatışmazlıqlar çox olsa da, yaxşı tərəfləri də az deyil. Keyfiyyət əvvəlki illərə nisbətən xeyli artıb. Burda hədəfi olan, inkişaf etmək istəyən ciddi komandalar var. Son turlara qədər 5 kollektiv çempionluq uğrunda mübarizə aparırdı. Məncə, zaman lazımdı. Gələcəyə ümid bəsləmək olar.

– Bəs "İmişli" haqda düşüncələriniz necədi?
– Yanlış anlaşılmasın, amma 1-ci liqanın maraqlı olmasında payımız az olmadı. Düzdü, mövsümə istənilən səviyyədə başlamamışdıq. Lakin sonradan toparlanıb layiqli nəticələr qazandıq. Əlimizdən gələni etdik ki, təmsil etdiyimiz bölgənin adını uca saxlayaq. Fakt odu ki, "İmişli" bu gün çempion olmağa layiq komandalardan biridi. Bununla yanaşı, azyaşlılardan ibarət kollektivlərimiz məni yaxşı mənada təəccübləndirdi. Sevinirəm ki, İmişlidə belə istəkli, bacarıqlı uşaqlar var. Onların hər biri mənim üçün dəyərlidi. Tez-tez gedib məşqlərini, oyunlarını izləyirəm. Burda dərrakəli, qərar verməkdə çətinlik çəkməyən futbolçular çoxdu. İmişlidə bu idman növünə maraq var. Bizim vəzifəmiz isə bunu inkişaf etdirməkdi.

– Futbolumuzun sürətli inkişafına maneə olan ən ciddi problemlərdən biri infrastruktur məsələsidi. “İmişli”nin bu yöndə planları necədi?
– Çox yerdə olduğu kimi bu bölgədə də durum ideal deyil. Amma layihələr var. Tezliklə bunun üzərində işləməyə başlayacağıq. Məncə, ciddi çatşmazlıq yoxdu. İnşallah, qısa zamanda hər şey istənilən səviyyədə olacaq. Rəhbərlik iriçaplı işlər görmək niyyətindədi. Müasir standartlara uyğun bazanın tikilməsi gündəmdədi. Onsuz da İmişlidə yaxşı yerli futbolçular var. Ümumi vəziyyət məni qane edir. Məsələn, əsas komanda üzvlərinin çoxu keyfiyyətlidi. Bəziləri var ki, öz oyununu tam oynaya bilmir. Lakin zamanla düzələcək.

– 1-ci liqada mövsümün başa çatmasına bir tur qaldı. Sizcə, çempion kim olacaq?
– Həm "Qaradağ Lökbatan", həm də "Şamaxı" çox güclü komandadı. Amma etiraf edək ki, həlledici matçın qalibi "Şamaxı" oldu. Məncə, elə onlar premyer-liqaya vəsiqə qazanacaq. Son matçda məğlub olacaqlarını düşünmürəm.

– Bir neçə aydı ki, mövsümün sonunda komandanı tərk edəcəyiniz deyilir. Son iddialara görə, "İmişli"nin premyer-liqaya yüksələ bilməməsi qərarınızı qətiləşdirib. Gerçəyi sizin dilinizdən eşitmək istərdim...
– İndiyə qədər nə hardasa narazılıq etmişəm, nə də komandadan ayrılacağımı demişəm. Mətbuatın belə xəbəri hansı fakta əsasən yazdığını bilmirəm. Səhv başa düşülməsin, bu sözləri deməklə yerimi möhkəmləndirmirəm. Lakin reallıq budu. Hələ ki "İmişli"nin inkişafı üçün çalışırıq. Ayrılıb-ayrılmayacağımı zaman göstərəcək. Qismət olsa, yəni qalmağımı istəsələr, burda işləyəcəm. Məni tanıyan bilir ki, işə görə heç kimə ağız açmamışam. Təcrübəmə bələddilər.

– Maraqlıdı, başqa klublardan təklif almısızmı?
– Səmimi qəlbdən deyim ki, başqa təkliflərin olub-olmaması haqda məndə məlumat yoxdu. Kiminsə ürəyindən mənimlə çalışmaq keçirsə, dəyərləndirərəm. Götür-qoy edib cavab verərəm...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

23-07-2023, 17:0

"İmişli"nin sabiq baş məşqçisi Əsgər Abdullayevin uğurlu olacağına inanır? - AÇIQLAMA

1-ci liqa / Manşet

22-03-2024, 18:0

“İmişli"nin çempionluq arzusu və alınmayan cəhdi - Əsgər Abdullayev aydınlıq gətirdi

Aktual / Ölkə futbolu

22-07-2023, 17:0

"İmişli" rəsmisi Əsgər Abdullayevin qarşısına qoyulan hədəfləri açıqladı

1-ci liqa / Manşet

17-07-2023, 22:0

Əsgər Abdullayev “İmişli”nin baş məşqçi postuna namizəddi

Aktual

24-07-2023, 12:0

Əsgər Abdullayevi Məşqçilər Komitəsində kim əvəzləyəcək? - AÇIQLAMA

Ölkə futbolu / Manşet

13-01-2024, 16:0

Azərbaycan klubu Budağa təklif göndərdi - "yox" eşitdi

Aktual
Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
“Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? – mayın 3-ü, saat 16.00-da...
Son xəbərlər
  • Bu gün, 17:23
    Dünya çempionu fikrini dəyişdi
  • Bu gün, 16:40
    ÇL-də hamını arxada qoydu
  • Bu gün, 16:09
    Mudrikin aqibətini İAM müəyyənləşdirəcək
  • Bu gün, 15:37
    “Sabah”ın U-16 komandası da çempion oldu
  • Bu gün, 15:11
    Millimiz Qazaxıstanla üz-üzə gələcək
  • Bu gün, 14:58
    “Mən gələndə Çempionlar Liqasına qayıdış perspektivi kifayət qədər uzaq görünürdü“ - Karrik
  • Bu gün, 14:09
    Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
  • Bu gün, 13:18
    Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnir keçiriləcək
  • Bu gün, 13:06
    Əliyar Ağayevin cəzası bitdi?
  • Bu gün, 12:47
    "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR
  • Bu gün, 11:48
    Gələn mövsüm B seriyasında oynayacaqlar
  • Bu gün, 11:18
    “Barselona” ilə razılığa gəldi
  • Bu gün, 10:52
    “Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
  • Bu gün, 10:32
    Klubunda daha bir il oynayacaq
  • Bu gün, 09:57
    Bir ildən sonra A seriyasına qayıtdılar
  • Bu gün, 00:13
    “El Klasiko”da görünməyəcək
  • Dünən, 23:38
    Londondan Mançesterə yollana bilər
  • Dünən, 23:21
    Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
  • Dünən, 23:10
    "Qəbələ" avrokuboklar uğrunda mübarizə aparmalı idi" - Rəşad Sadıqov
  • Dünən, 22:40
    “Yuventus”u tərk edəcək
  • Dünən, 22:09
    "Bu oyunda da bəsit qol buraxdıq" - Kaxaber Sxadadze
  • Dünən, 21:57
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:16
    "Tarix yazmaq niyyətindəyik" - Valdas Dambrauskas
  • Dünən, 20:56
    Yeni təklifi müsbət cavabladı
  • Dünən, 20:21
    "David Santosun zədələnməsi oyunun qırılma anı idi" - Ayxan Abbssov
  • Dünən, 20:05
    Yayda işsizə çevriləcək
  • Dünən, 19:20
    Arbeloaya o da xələf ola bilər
  • Dünən, 19:00
    4 illik həsrətə son qoydular
  • Dünən, 18:38
    Sabiq nigeriyalı futbolçu Osimhenə bu nəhəngə keçməməyi məsləhət gördü
  • Dünən, 18:06
    "Zirə" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    Cəlalın komandası xal itirdi
  • Dünən, 17:15
    ''İnter Mayami'' Messinin yubiley matçında tarixi bir şok yaşadı
  • Dünən, 16:45
    Osimhen fanatlardan üzr istədi
  • Dünən, 15:54
    Diyarbəkir təmsilçisi Türkiyə çempionatında oynayacaq
  • Dünən, 14:47
    "Şamaxı" - "Sabah": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 192
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 147
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 127
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Oxunub: 125
Elvin Cəfərquliyevlə bağlı yayılan bütün xəbərlər yalandı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə