• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter” - “Neftçi” görüşündə son anda elan etdilər ki, hakimlər Almaniyadandı” - Fariz Yusifov əcnəbilərlə bağlı qərara görə AFFA-nı qınadı

Ölkə futbolu / Manşet

20-05-2024, 23:0

Bir neçə gün əvvəl “CBC Sport”un “Bizim futbol”verilişinin qonağı olan AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev çempionatın sonuna 2 tur qaldığı üçün önəmli matçlarda VAR sisteminin əcnəbi hakimlərə tapşırılacağını bildirdi.

Belədə tərəflər hər hansı nəticədən sonra hakim qərarlarının qərəzli olduğunu deyə bilməzlər. Ümumiyyətlə, yerli hakimlər yaxşı-pis çempionatın son mərhələsinə kimi oyunları idarə edib. Bəzi epizodlarda yanlış qərarla da veriblər, düzgün incələdikləri də olub. Rəhbərliyin qərarı barədə veteran hakim Fariz Yusifovun fikirlərini öyrəndik. Görəsən, belə yanaşma tərzi doğrudurmu? Onun “Futbol+”ə söylədikləri:

“Doğrusu, bu qərarı öyrəndikdə təəccübləndim. Çünki bizdə Barış Şimşək kimi hakimlər komitəsinin sədri, Türkiyədə VAR sahəsində tanınan mütəxəssis var. Azərbaycana gələndən sonra da VAR-la bağlı yerli hakimlərə bir sıra təlimlər keçib. Yəqin belə qərar yerli hakimlərə etibarsızlıqdan irəli gəlir. Çempionatın sonuna iki tur qalıb. Öz hakimlərimiz işə daha məsuliyyətli və ciddi şəkildə yanaşardılar. Əcnəbi hakimlərin çempionat oyunlarına müdaxilə etməsi bizim vaxtımızda da olmuşdu. Heç yadımdan çıxmaz, hətta oyunların birində baş hakimi meydanda elan etdilər. Bizə də dedilər ki, siz gedə bilərsiz. O hadisə özümüzə də psixoloji cəhətdən təsir etmişdi. Ki, biz qala-qala, başqa ölkədən gəlib oyun idarə edirlər. Bu qərar mənim üçün qaranlıq qaldı. Avropadan referi gətir, onun üçün artıq vəsait xərclə… Məncə, bu, düzgün yanaşma deyil”.


Hacıyevin hakim azlığı barədə söylədiklərinə isə Fariz bəy belə cavab verdi:
“Hakim necə azdı? Bəs hakimlər üçün bu qədər vəsait hara ayrılır? Xaricdən hakimlər komitəsinə sədr təyin olunur. Deməli, ölkədə hakim yetişməlidi. Azərbaycanda o qədər qətiyyətli, gənc hakimlərimiz var. Onları üzə çıxarmaq lazımdı. Əsasən də regionlarda. Yenə baxıram ki, İnqilab Məmmədovdu, Rauf Cabbarovdu, Əliyar Ağayevdi, Rəvan Həmzəzadədi. Rəvan o vaxt köməkçi hakim idi. Onu önə çəkdik və indi görürəm ki, ən yaxşı hakimlərdəndi. Bəs son 10 ildə bunlar hansı işlə məşğul olub ki, indi də deyirlər hakim azdı. Hər şey planlı şəkildə getməlidi. 10 ilə yaxındı hakimlər komitəsinin sədri əcnəbilərdi. Əvvəl Avstriyadan gəldi, 5-6 il ölkəmizdə vaxt keçirəndən sonra getdi. İndi də türk qardaşımız bir neçə ildi burdadı, VAR-ı təkmilləşdirmək istədi, alınmadı. Buna görə də xaricdən hakim gətirilir. Belə durum inamsızlıq yaradır. Hakimlərimiz də psixoloji cəhətdən sarsılır. Özüm də o dönəmdə belə hadisəyə görə “sındım”. Doğrudu, məni 4-cü hakim kimi saxladılar. Səhv etmirəmsə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “İnter” - “Neftçi” görüşündə son anda elan etdilər ki, oyunu idarə edəcək hakimlər Almaniyadandı. Baş hakim isə köməkçi gedə bilər. Bilirsiz, adama nə qədər təsir edir? Həmçinin indi də. Artıq ilin yekunudu, komandalar kimi, hakimlərimiz də əziyyət çəkib. Yoxsa indi əcnəbi hakim gələcək, 5-3 manat da artıqlamasıyla cibinə qoyulacaq. Oyun ərzində də VAR-da baxılmalı bir-iki epizod olacaq, ya olmayacaq. Sonra da deyiləcək ki, əcnəbi hakimlər gəldi, ədaləti qorudu. Hələ yaxşı ki, bizim premyer-liqada 16-18 komanda yoxdu. Cəmi 10 komandadı, 10 hakim yetişdirib, ortaya çıxara bilmirik. Uzun illər bu sahənin içində olmuşam. Buna görə də mənə təsir edir. Neçə illərdi əcnəbilər hakimlər komitəsinin sədri təyin edilir, N qədər də vəsait xərclənir. İlin yekununda onları divara dirəyib hesabat almaq lazım deyilmi ki, il ərzində neçə hakim yetişdirmisiz? Belə şeyləri həmin komitə sədrlərindən vaxtında soruşmaq lazımdı. Ki, sənə bu qədər maliyyə ayrılıb, nə etmisən, nəyə xərcləmisən? Sonra da çempionatın bitməsinə 2 tur qalmış gedib əcnəbi gətirirsiz. Özü də VAR üçün. Bu baxımdan mən hakim qıtlığıyla bağlı səslənən fikirlərdən tam narazıyam. Hakim kasadlığını yaradan elə özümüzük”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

16-07-2022, 20:0

AFFA-nın seçimi niyə Barış Şimşək olub? - AÇIQLAMA

Ölkə futbolu

17-07-2022, 21:0

“Düşünürəm ki, Hakimlər Komitəsinə yerli arbitrlərimizdən də təyin etmək olardı”

Premyer-liqa

4-08-2023, 16:0

Premyer-liqada fərqlənən hakimlərə “Tofiq Bəhramov mükafatı” təqdim olunub

Premyer-liqa

1-08-2022, 15:0

AFFA-nın baş katibi və PFL prezidenti hakimlərlə görüşdü

Aktual / Manşet

15-07-2022, 13:0

AFFA Hakimlər Komitəsinin yeni sədri bəlli oldu

Aktual / Manşet

16-07-2022, 12:0

Barış Şimşək kimdi? - DOSYE

Aktual
“Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
“Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
Son xəbərlər
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
  • Dünən, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Dünən, 15:05
    "İmişli"dən yeni transfer
  • Dünən, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Dünən, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Dünən, 13:27
    Romadan Milana üz tuta bilər
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 167
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 119
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 93
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə