• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çətinliklərdən biri də ölkəmizdəki təhsil sistemiylə bağlıdı” - Sakit Rzayev

Ölkə futbolu / Manşet

20-05-2024, 22:0

“Qəbələ”nin premyer-liqanı tərk etməsi ölkədə diskussiya doğurdu.

Az qala hər kəs qüsursuz infrastruktura malik klubun 1-ci liqada çıxış edəcəyi ilə barışmaq istəmir. Bu müzakirələr “Araz-Naxçıvan”ı da tənqid hədəfinə gətirib. Hazırda Muxtar Respublika təmsilçisini premyer-liqada görmək istəməyənlər var. Səbəb kimi isə akademiyanın səriştəsizliyi göstərilir.

Bu barədə konkret fikir sahibi olmaq üçün “qırmızı-ağlar”ın nəinki əsas komandasının, aşağı yaş qruplarının nəticələrinə də baxmaq kifayətdi. Məsələn, “Araz-Naxçıvan-2” əvəzedicilər liqasında turnir cədvəlinin sonuncu, yəni 10-cu pilləsində qərarlaşıb. Digər komandaların vəziyyəti də ürəkaçan deyil. Klubun yetirmələri Gənclər Liqasında 9-cu (30 oyun, 22 xal), U-17 liqasında 11-ci (33 oyun, 32 xal), Yüksək Qızlar Liqasında 4-cü (15 oyun, 30 xal) sırada qərarlaşıb.
Ümumiyyətlə, premyer-liqada ilk mövsümünü başa vurmaq üzrə olan klubun indiyə qədər akademiya ilə bağlı gördüyü işlər və başqa planları maraqlıdı. Belədə dəqiq məlumat almaq üçün “Araz-Naxçıvan” akademiyasının rəhbəri Sakit Rzayevlə söhbətləşməyə ehtiyac duyduq.

– Sakit bəy, demək olar ki, premyer-liqadakı ilk mövsüm geridə qaldı. 2023/24 “futbol ili”ni akademiyada görülən işlər baxımından necə xarakterizə etmək olar?
– Bilindiyi kimi, AFFA-nın premyer-liqa üçün lisenziya şərtlərindən biri də yaş qruplarının olmasıdı. Ötən ildən bu yöndə işə başlamışdıq. Elitaya yüksələndən sonra daha peşəkar səviyyədə çalışdıq. Uzun müddət idi Naxçıvanda azyaşlı və yeniyetmə futbolçuların iştirakıyla yarışlar keçirilmirdi. Bu üzdən heyət qurarkən ciddi problemlərlə üzləşdik. Nəticədə əvəzedicilər, U-17 və qızlardan ibarət komandamız Bakıda məskunlaşdı. Cari mövsümdə daha çox məşq bazalarının inşası, sənəd məsələlərinin həlli, FİFA-da elektron qeydiyyatların aparılması və hər yaş qrupu üçün aylıq və illik məşq planlarının qurulmasına diqqət yetirdik. Məşqçilərə Naxçıvanda təhsil ala bilməsi üçün imkan yaratdıq. Hədəfimiz bütün mütəxəssislərin kateqoriyaya sahib olmasıdı. Hazırda UEFA C kateqoriyalı 4 məşqçimiz var. Naxçıvanda məşqçilik kurslarının davam etdirilməsi üçün AFFA ilə danışıq aparırıq.

– Əlbəttə, ilk mövsümdə hansısa klubdan ciddi uğurlar gözləmək çətindi. Ən azı gələcək üçün ümid verən kəşflərdən danışmaq mümkündü?

– Biz insan amiliylə işləyirik. Necə deyərlər, uşaqlar böyüklərin kiçildilmiş versiyası deyil. Bəli, qısa müddətdə onlardan nəticə gözləmək məntiqsiz olar. Onu deyim ki, Naxçıvanda, Şərurda, Ordubadda istedadlı uşaqlar var. Bu barədə inkişaf proqramı hazırlayırıq. Növbəti ildən uşaqların performansını müxtəlif vasitələrlə nəzərdə saxlayıb daha yaxşı olmasına çalışacağıq. Xatırladım ki, 2023/24 mövsümü üçün AFFA ilə danışıqlardan sonra U-17, U-19, əvəzedicilər və qızlardan ibarət komandaların Bakıda məskunlaşmasına qərar vermişdik. Həftəiçi 10 yaşdan 16 yaşa qədər futbolçulara məşqlər keçilir. Şənbə günü isə bölgələri təmsil edən kollektivlərlə yoldaşlıq görüşlərində üz-üzə gəlirik. Rəqib tapılmayanda ikitərəfli oyunlar təşkil edirik. Çempionatların Naxçıvanda keçirilməməsinin səbəbi başqa rayonlarda komandaların formalaşdırılmamasıdı. Bilindiyi kimi, bu tipli layihələr bir gündə nəticə vermir. İşlərə 2023-cü ilin avqustunda start vermişik. Naxçıvan rayonlarında başlayan çalışmalar zamanı idman həvəskarları maarifləndirildi. Həmçinin hər kəs “Araz-Naxçıvan”ın premyer-liqada iştirakına lisenziya verilməsi üçün dəstək oldu. Uşaq və gənclər üçün idman məktəbləri həvəskarların futbola cəlb edilməsi baxımından çox iş gördü. Beləliklə, aşağı yaş qrupları üzrə komandalar yarada bildik. Özü də hər yaş qrupu üçün bir yox, 6-7 komanda araya-ərsəyə gəldi. Ümumiyyətlə, premyer-liqa “Araz-Naxçıvan” üçün böyük təcrübə oldu. Burda fərqli ab-hava gördük. İstər əsas komandamız, istərsə də başqa kollektivlər gücləndi və daha yaxşı işlərin görülməsi üçün həvəs artdı. Dərk edirik ki, burda hər iş UEFA, FİFA və AFFA-nın lisenziyalaşdırma tələblərinə uyğun görülməlidi.

– Artıq bir neçə premyer-liqa klubu akademiya üçün faydalı uşaqları sınaqdan keçirməyə başlayıb. “Araz-Naxçıvan”ın bu yöndə planları nədən ibarətdi?
– Hər klubun öz seleksiya siyasəti var. Başqaları mövsüm ərzində çempionatları izləyir və sonda ən yaxşıları bir araya gətirir. Naxçıvandakı çempionatlar isə aprelin 25-dən mayın 5-nə qədər keçirildi. Burda bütün rayonlardan 10-16 yaş arası uşaqlar gördük. Məşqçilərə tapşırmışdıq ki, namizədləri müəyyənləşdirsinlər. Bizdə vəziyyət elədi ki, uşaqlar akademiyaya gələndən sonra evə qayıtmalıdı. Təəssüf ki, hələ yataqxanamız və onları hər cür şəraitlə təmin etmək imkanımız yoxdu. Fikrimizi məhz “Araz-Naxçıvan”ın üzərində cəmləyib başqa bölgələri diqqətdən kənar qoymaq istəmirik.Çünki belədə rəqabət olmayacaq. Ümumi təkliflər paketi hazırlamışıq. Tezliklə rəhbərliyə təqdim edəcəyik. Amalımız bacarıqlı oyunçuların nəzarətdə saxlanılması və bölgələrdə filiallarımızın yaradılmasıdı. Onu da deyim ki, Naxçıvanda məskunlaşan komandalarımız orda keçirilən turnirlərin qalibi oldular. Artıq AFFA-nın təşkil etdiyi yarışlarda iştirak edə bilərlər. Bunun üçün tezliklə keçiriləcək pley-off matçlarında da qələbə qazanmalıdılar. İndiyə qədər bu yöndə ciddi hazırlığımız olub. Yəni asan yol keçməmişik. Səbrli, təmkinli və həsəvli olmağa məcburuq. Məsələn, çətinliklərdən biri də ölkəmizdəki təhsil sistemiylə bağlıdı. Uşaqlar günün birini yarısını məktəbdə, ikinci yarısını da müxtəlif fənnlər üzrə məşğələlərdə keçirir. Bəs akademiya? Bu, çox böyük problemdi. Əlbəttə, təhsil vacibdi, amma işlər elə qurulmalıdı ki, hər sahəyə lazımi zaman ayrılsın və nə məşqçinin, nə də uşağın əziyyəti puç olsun. Elə vaxtdı ki, nəinki tələbə olmaq üçün hazırlaşanlar, hətta 6-7-ci sinifdə oxuyanlar da məşğələlərdədi. Boş vaxt çox azdı. Biz bu mövsüm belə hallarda hansı yollardan istifadə edilməsi haqda da düşündük. Müəyyən çətinliklərin öhdəsindən gəldik. Deyərdim ki, maraqlı və yetərincə məsuliyyətli işin içindəyik.

– Hazırda əvəzdicilər də əsas komanda kimi sonda qərarlaşıb. Tez-tez ağır məğlubiyyətlərlə gündəmə gəlirlər. Bu, keyfiyyətli futbolçu çatışmazlığıyla bağlıdı, yoxsa baş məşqçi seçimində səhvə yol verilib?
– Əsas komanda kimi, əvəzedicilərimiz də çempionata hazırlaşmağa gec başladı. Sağ olsun Zaur İsmayılov, bu məsuliyyətli və çətin vəzifəni öhdəsinə götürdü. Baş məşqçi seçimində yanıldığımızı düşünmürəm. Zaur bəy tanınmış futbolçu olub. Məşqçi kimi artıq PRO kateqoriyasına sahibdi. Əlbəttə, Bakıda bir çox çətinliklə üzləşirik. Paytaxtda məskunlaşan komandalarımızın baş məşqçiləri bu yöndə xeyli problem yaşayır. Buna baxmayaraq, əllərindən gələni edirlər. Biz onlara, sadəcə, “çox sağ ol” deyə bilərik. Hazırda komandalardan böyükhesablı qələbələr tələb etmirik.

– Bəs klubun növbəti mövsüm üçün planları necədi? Hansı yeniliklər gözlənilir?
– Növbəti mövsüm üçün planlarımız çoxdu. Naxçıvanın təhsil nazirinin vəzifələrini icra edən Elxan Nəcəfovla görüşmüşəm. Məktəblər bundan sonra da yeni komandaların formalaşdırılması və uşaqların futbola gətirilməsi yönündə köməyini əsirgəməyəcək. Görüləcək işlərin proqramı hazırlanıb. İnşallah, 2024/25 mövsümündən etibarən hər şənbə-bazar günləri Naxçıvanda aşağı yaş qrupları üzrə liqalar təşkil olunacaq. Təbii ki, AFFA-nın yarışların keçirilməsi departamentiylə birlikdə. Beləliklə, Naxçıvanda ilk dəfə 2024/25 mövsümündə aşağı yaş liqalarının hamısı bərpa olunacaq. Qısası, hər həftə mütəmadi yarışlar keçiriləcək. Müxtəlif yaş qrupları üzrə qız komandaları da yaradacağıq. Həmçinin futbolçuların Bakıda və başqa ölkələrdə keçirilən turnirlərdə iştirakını təşkil etmək istəyirik. Düşünürəm ki, növbəti mövsümdə daha yaxşı işlər görə biləcəyik. Artıq daha düzgün və inamlı şəkildə yola davam edə bilərik. Nəticələrə görə bəzi iradların səsləndirilməsi normaldı. Amma biz irəli baxmalıyıq. Ruhdan düşmək istəmirik. Dediyim kimi, planlar çoxdu və ölkə futboluna faydalı olmaq niyyətindəyik. İlk mövsümdə layihələrin təməlini müəyyən qədər ata bilmişik.

– Sonda “Araz-Naxçıvan”ın əsas komandasıyla bağlı fikirlərinizi də öyrənmək vacibdi. Çünki komanda mövsümün ilk yarısında parlaq təsir bağışladı. Amma ardıcıl məğlubiyyətlərlə 9-cu pilləyə qədər endilər...
– Düzdü, bəzi oyunlarda bəxtsizliklər yaşandı. Əsas odu ki, premyer-liqada qalmağı təmin etdik. Bizim amalımız futbolu Naxçıvana qaytarmaq və yenidən sevdirməkdi. İstərdim ki, “Araz-Naxçıvan” növbəti mövsümdən ev oyunlarını Naxçıvanda, “doğma divarlar” arasında keçirsin. Bu baş versə, futbol tariximiz üçün əhəmiyyətli hadisə olacaq. Nəticədə Muxtar Respublikadakı futbolsevərlərin sayı artacaq. Bilirəm ki, naxçıvanlılar premyer-liqa klublarının aparıcı futbolçularını çox sevir, onları yaxından görmək istəyir. “Qarabağ”, “Neftçi”, “Zirə”, “Sabah” və “Səbail” kimi komandalar bəyənilir. Onlar səfər matçına görə Naxçıvana gələndə maraqlı oyunlar keçiriləcək. Xüsusilə azyaşlılar həm “Araz-Naxçıvan”a, həm də həmin futbolçulara görə stadiona gələcək. Bu da onların futbola marağını artıracaq, dünyagörüşünə müsbət təsir edəcək.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

14-10-2023, 19:0

"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında 4 qol

Aktual / Ölkə futbolu

21-03-2024, 11:0

"Araz-Naxçıvan"ın 4-cü dövrə üçün planları nədi? - Azər Bağırov açıqladı

Premyer-liqa / Manşet

26-12-2023, 23:0

“Araz-Naxçıvan” “Kəpəz”ə söz verdi, sonra geri çəkildi

Premyer-liqa / Manşet

19-03-2024, 19:0

Maşike “Araz-Naxçıvan”a getmək istədiyini deyib

Premyer-liqa / Manşet

20-06-2023, 19:0

"Araz Naxçıvan" Bakıda azarkeşsiz qalacaq?

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 210
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə