Ramilin komandası superliqa şansını itirdi

17.05.2024 11:20 169
Dünya futbolu
Yığmamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" Türkiyə superliqasına yüksəlmək şansını itirib.

"Football-plus.az" xəbər verir ki, komanda pley-off matçında "Çorum"un qonağı olub və 1:2 hesabı ilə uduzub.

Bu nəticədən sonra "Çorum" növbəti mərhələyə yüksəlib. "Kocaelispor" isə superliqaya vəsiqə şansını itirib.

Meydana start heyətində daxil olan Ramil sona qədər oynayıb.