• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real”ı ÇL-in finalına çıxaran qəhrəman Xoselu haqda nə bilirik?

Dünya futbolu

12-05-2024, 22:0

“Bavariya” ilə yarımfinal oyununun qəhrəmanı birmənalı şəkildə Xoseludu.

“Football-plus.az” xəbər verir ki, Karlo Ançelottinin 81-ci dəqiqədə oğlu Davidenin məsləhəti ilə meydana buraxdığı 34 yaşlı hücumçu 10 dəqiqə ərzində iki qol vurmaqla “Real”ı finala daşıdı. İndi onun personası ilə daha yaxından tanış olmaq üçün əsas var. Amma tanışlıq prosesinə başlamamış qəribə bir tendensiyanı xatırlatmaq istəyirik. Çempionlar Liqasının pley-offunun hər mərhələsində madridlilərin heyətində hansısa futbolçu ön plana çıxır. Məsələn, “Leyptsiq”lə 1/8 final oyunlarında Andrey Luninlə Braim Dias parladı, 1/4 final mərhələsindəki uğurda elə həmin Luninin böyük payı var, bu dəfə isə Xoselu ulduzlaşdı, hərçənd Bellingemlə Vinisius da çox çalışdı. Aşağıda Xoselu – mayın 8-nə qədər bəlkə də çoxlarının bir o qədər yaxından izləmədiyi hücumçu ilə bağlı 20 fakt təqdim edirik.

1. Xoselu əslində “Espanyol”a məxsusdu, ötən mövsüm komandası ilə birgə La Liqanı tərk etmişdi. 34 oyunda 16 qol vursa da, xilaskar rolunu oynaya bilməmişdi. Amma sequndada “papağını günə yandırmaq” əvəzinə indi Çempionlar Liqasının finalındadı, ona görə ki, “Real” hücumçunu icarəyə götürüb.
2. “Real” Xoselunu çox adi bir səbəbdən icarəyə götürdü – sadəcə, başqası yox idi. Hətta Raul de Toması “Rayo Valyekano”dan icarəyə götürmək də alınmadı.
3. Xoseulunun qiyməti 1,5 milyon avrodu. 1,5 milyon avro! Bu, hətta “transfermarkt”dan götürülən rəqəm də deyil, icarə müqaviləsində satınalma hüququ kimi göstərilən rəsmi məbləğdi. Əlbəttə, indi onun qiyməti onlarla milyona çatıb, ancaq “Real” üçün 1,5 milyon avroyadı.
4. “Real”ın nümayəndələri ilk dəfə Xoselunun ailəsinə zəng edəndə futbolçu sevincdən ağlamışdı. Onda danışıqlar hələ başlamaq ərəfəsindəydi. Elə ilk söhbətdə hər şeyin necə bitəcəyi aydın oldu.
5. Xoselu həmişə Madridə dönməyi arzulayırdı: 2019-cu ildən bəri “Real”ın qatıldığı hər finalı yerində izləyirdi. Sosial şəbəkələrdə bununla bağlı saysız-hesabsız foto var.
6. Daha bir maraqlı məqam: Xoselu ilə Dani Karvaxal əkiz bacılarla – Melani və Dafne Kanyisareslərlə ailə qurub. Necə deyərlər, komanda-ailə!
7. Futbolçunun Melani ilə münasibətlərini xüsusi qeyd etməyə dəyər. Lap erkən yaşlarından görüşüblər, 2016-cı ildə münasibətləri rəsmiləşdirməyə qərar veriblər. İspaniyalı futbolçunun sol ayağında bununla bağlı döymə var, orda qız hamiləlik dövründə təsvir olunub.
8. Xoselu rusiyalı futbolçu Denis Çerışevlə də dostluq edir, onların yolu “Kastilya”da kəsişib.
9. Xoselu “Real”ın heyətində oynamayanda ona qol vurur: doğma komandası ilə oyunlarda 8 dəfə fərqlənib. “Real”ı daim cəzalandıran azsaylı klub yetirmələrindən biridi.
10. Xoselunun Madridə dönüşünə həsr olunan mətbuat konfransında bütün ailə üzvləri iştirak edib. Xoselu və anası sevincdən ağlayırdı. Futbolçu həmin vaxt belə dedi: “Hər şeyimi vermək üçün burdayam. “Real” həyatımın klubudu”.
11. Əslində Xoselu çoxlarının qəbul etdiyi kimi, “Real”ın yox, “Selta”nın yetirməsidi. Madrid klubunun akademiyasına yalnız 2009-cu ilin yayında düşüb, həmin vaxta qədər isə böyüklər arasında artıq debüt etmişdi.
12. Xoselu “Kastilya“da üç il keçirəndən sonra əsas komandada şans qazandı. 2011-ci il mayın 21-də “Almeriya”ya qarşı oyunda debüt etdi və qol vurdu. Ardından İspaniya kubokunun oyununa çıxdı və yenə fərqləndi.
13. Bu qollar Joze Mourinyonun könlünü oxşamaq üçün kifayət etmədi. Portuqaliyalı mütəxəssis onu əsas heyətdə görmədiyindən “Hoffenhaym”a verilməsinə etiraz etmədi. “Real” bu transferdən 6 milyon avro qazandı. Buna baxmayaraq, futbolçu Mourinyo ilə birgə çalışmaq imkanı qazanmadığına görə kədərlənirdi. İndiyə qədər də Jozeyə səcdə edir, zərrəcə incikliyi yoxdu.
14. Xoselu “Hoffenhaym”da keçirdiyi 25 oyunda cəmi 5 qol vurdu, məyus olan klub onu birilliyə “Ayntraxt”a verdi. Ancaq Frankfurtda da heç nə alınmadı. İspaniyalı futbolçunun Almaniya macəraları 2015-ci ildə “Hannover-96”da başa çatdı – 30 oyun, 8 qol.
15. Maraqlıdı ki, belə göstəricilər də “Stok Siti”ni qorxutmadı. Həmin vaxt premyer-liqada oynayan klub onu “rənglərinə bağladı”.
16. Yağışlı şəhərdə heç bir il də davam gətirməyən ispaniyalı evə - “Deportivo”ya qayıtdı. La-Korunya klubu onda hələ “dibə vurmamışdı”. Burda 2016/17 mövsümündə keçirdiyi 20 oyunda 5 qol vurdu.
17. “Deportivo” Xoselunu daimi əsasda transfer etmək istəsə də, pulu çatmadı. İspaniyalı “Stok Siti”yə də qayıtmaq istəmirdi. Belədə “Nyukasl”la variantın ortaya çıxması göydəndüşmə oldu. Rafael Benites Xoselunu bəyəndi, baş məşqçi 5,5 milyon avroya başa gələn transferə xeyir-dua verdi.
18. Xoselu heç cür Benitesin komandasında əsas heyət oyunçusuna çevrilə bilmədi. Az – 46 oyunda cəmi 6 qol vurdu, Benites “sağsağanlar”dan ayrılandan sonra o da getmək qərarına gəldi. Və yenə İspaniyaya. “Alaves”lə müqaviləni razılaşdırdı, orda Lukas Pereslə birgə yaxşı tandem təşkil etdi.
19. Xoselu iki il əvvəl “Espanyol”a keçdi, Kataloniya klubunun layihəsi onu cəlb etdi. Üstəlik forvard qalmaqalın mərkəzinə düşdü: “Alaves”i təhdid etdi ki, klub müqavilə müddətini uzatmaql bağlı bəndi aktivləşdirsə, pis oynamağa başlayacaq. Yeri gəlmişkən, hələ də kompensasiya görə məhkəmədə dartışırlar.
20. Xoselu məhz “Espanyol”un formasını geyərkən 33 yaşında ilk dəfə İspaniya yığmasına düşdü. Yığmadakı debüt oyununda Norveçin qapısından iki qol keçirdi. Ardından Millətlər Liqasını qazandı və indi də futbol üzrə Avropa çempionatına yollanmağa hazırlaşır.
Xoselu “Real”a səcdə edir. Amma indi “Real”a səcdə edənlər bundan da 10 dəfə artıq Xoseluya səcdə edirlər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-02-2024, 14:0

3 həftəlik “istirahət”ə yollandı

Dünya futbolu

27-08-2023, 14:0

Vinisius sıraya nə vaxt dönəcək?

Dünya futbolu

26-02-2024, 15:0

“Real” onu Madriddə saxlayacaq

Dünya futbolu / Yazarlar

5-07-2023, 23:0

Benzemanın əvəzinə “Espanyol”dan olan veteran - YAZI

Dünya futbolu

10-01-2024, 20:0

Nəhənglər hərəyə üç qol vurdu

Çempionlar Liqası

12-03-2024, 20:0

MS asanlıqla, “Real” isə çətinliklə 1/4 finala adladı

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 103
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 93
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə