• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Benzemanın əvəzinə “Espanyol”dan olan veteran - YAZI

Dünya futbolu / Yazarlar

5-07-2023, 23:0

Ötən ilin dekabrında Luis de la Fuente İspaniya yığmasının baş məşqçisi postunda Luis Enrikeni əvəzlədi.

“Football-plus.az” xəbər verir ki, çalışdırıcı heyətin gəncləşdirilməsi kursunu götürsə də, yaşlı futbolçuları da unutmadı. Məhz onun vaxtında yığma tarixinin ən yaşlı debütantı – onda 32 yaşı olan “Espanyol”un straykeri Xoselu “qırmızı furiya”nın heyətində parladı.

İspaniyalı yığmadakı 4 oyunda üç qolla yadda qaldı və komandaya Millətlər Liqasının finalını bağışladı – İtaliya ilə yarımfinal oyununun sonuna yaxın meydana çıxan veteran cəmi 4 dəqiqə sonra qələbə topunu vurdu. Xoselu təvazökarcasına belə dedi: “Finala çıxdığımıza və titul uğrunda mübarizə aparmaq imkanı qazandığımıza görə sevinirik”
Forvard finalda da 2-ci hissədə meydana çıxdı və oyunsonrası seriyada penaltini qola çevirdi – soyuqqanlı veteran “nöqtə”yə komanda yoldaşları arasında 1-ci yaxınlaşdı. Beləliklə, Millətlər Liqasının qrup mərhələsində yoxluğuna rəğmən, Xoselu yığmanın zəfərində vacib rol oynadı və milli komandanın heyətində cəmi 4 oyuna ilk titulunu qazandı.

33 yaşlı hücumçunun karyerası son aylarda sürətlə dəyişir: yığmada debütün ardından “Real” da onunla maraqlandı. Madridlilər onu sequndaya yuvarlanan “Espanyol”dan birilliyə icarəyə götürü. Xoselunun müqaviləsində “tutuquşular” elitadan gedəcəyi təqdirdə birilliyə icarəyə verilməsinə imkan yaradılmasını nəzərdə tutan bənd var idi. “Ağ şimşəklər”in adı çəkilən forvarda marağı bir qədər qəribə göründü. Baxmayaraq ki, o, La Liqanın son mövsümündə 3-cü bombardir olub (16 qol). Xüsusən də top səviyyəli forvardlardan sayılan Kilian Mbappe və Harri Keyn ilə danışıqların getməsi fonunda. Ancaq Xoselu istənilən halda “Real”ın işinə yarayacaq.

Xoselunun güclü tərəfləri hansılardı?

“Qol vuranlar mənm xoşuma gəlir” – “Real”ın baş məşqçisi Karlo Ançelotti yeni hücumçu axtarışında əsasən bu meyara söykənir. Xoselu bu meyara cavab verir: son mövsümdə bombardirlər yarışında 3-cü olub, onu yalnız Robert Levandovski (23) ilə Kərim Benzema (19) qabaqlayıb. Veteran effektivlik baxımından (ən azı 6 top vuranlar arasında 90 dəqiqə ərzində qol sayına görə) da yalnız “Real” və “Barselona”dan olan həmkarlarına uduzur. Hər oyuna orta məhsuldarlığı 0,47 topa bərabərdi ki, bu da La Liqanı tərk edən komandanın forvardı üçün yaxşı göstəricidi.

Onu da vurğulamaq lazımdı ki, Xoselunun oyundaşlarının səviyyəsi İspaniya elitasının əksər hücumçuları ilə müqayisədə aşağıdı. Çempionatın başqa elit forvardları avrokubok kvotasının bölgüsü ilə məşğul ikən veteran “Espanyol”u təhlükəli zonadan uzaqlaşdırmağa çalışırdı.

Xoselu bitirici mərhələdə çox dəqiq davranır: ötən mövsüm, demək olar ki, “çərçivə”yə hər 2-ci zərbəsi qolla nəticələnib. 33 belə zərbə vurub, 16-sı qol olub. Yığmanın baş məşqçisi bu haqda belə deyir: “Xoselunun cəmi bir şansı ola bilər və dərhal qapıya düşəcək. Bitiricinin görməli olduğu iş elə budu”.
Əslində Xoselunun oyununda belə tərəqqi gözlənilməz olmadı. Hücumçu ardıcıl 4 mövsüm çempionatda minimum 11 top vurdu, son üç mövsümdə məhsuldarlığı artdı – 11, 14 və 16 qol. İspaniyalı həyatı boyunca bu qədər çox qol vurmamışdı. Ən yaxşı halda mövsüm ərzində 10 qol həddində dayanırdı.

Bitirici mərhələdə dəqiq oyun çoxyönlü ispaniyalının yeganə güclü tərəfi deyil. “Espanyol”da 192 sm-lik Xoseludan “şalban” kimi yararlanırdılar: o, hava mübarizələrində qələbə sayına görə Avropada hücumçular arasında ilk “10-luq”dadı. Xoselu meydanın rəqibə aid hissəsində də fəaldı: bu mənada ölkənin ən tərəqqi edən hücumçularındandı. Hər oyunda orta hesabla 0,7 bloklama və 0,24 top ələkeçirmə ilə yadda qalıb.

Öz qapısı önündə standart vəziyyətlərdə faydalı olan, pressinqdə savadlı davranan qabaritli hücumçu – unikal keyfiyyətlərin hamısı deyil. Ancaq Xoselunun daha bir güclü tərəfi onu “Real” üçün cəldbedici edib. Oyunboyu irəli hədsiz çox ötürmə verir, Avropada ötürmə qabiliyyəti ən yüksək olan forvardlardandı.

Benzemanı əvəz edə bilərmi?

Kərim Benzema iyunun 4-də “Real” azarkeşlərinin ümidlərini darmadağın etdi – onların kumiri və “Qızıl top”un son sahibi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə anlaşaraq, zəngin qocalıq dövrünü yaşamağı seçdi. Onunla yanaşı, iyunun son günündə müqavilə müddəti bitən Mariano Dias da Madridi tərk etdi. Bütün forvardlarının xidmətindən məhrum olan “blankos” əyalət “Espanyol”undan Xoselunu götürdü. Hücumçu karyerasının ən yaxşı dönəmini yaşayır və sequndada “çürüməyə” qətiyyən layiq deyil. Futbolçu “Real”da boşalan mərkəz hücumçusu mövqeyinə tam uyğun gəlir: La Liqaya öyrəşib, karyerasının ən yüksək məhsuldarlığını göstərir, özü də heç də ən güclülərdən sayılmayan oyundaşlarının fonunda.
Xoselu özü də “Santyaqo Bernabeu”ya dönüş imkanına görə hədsiz məmnundu: “blankos”un yetirməsidi və hələ 2010/11 mövsümündə - Joze Mourinyonun vaxtında komandada debüt edib. Veteran hücumçu hələ transferi rəsmiləşməmiş belə deyirdi: “Ümid edirəm ki, irəlidə bizi böyük işlər gözləyir. Ancaq indi milli komandaya köklənmişəm və Millətlər Liqasını qazanmağa çalışıram. Dünyanın ən yaxşı komandalarından biri ilə bağlı olmaq həmişə müsbətdi. Mən Madriddən getmişəm, orda yaxşı dostlarım, klubda çalışan adamlar qalıb. Səni xatırlamaları həmişə dəyərlidi”.

Bununla belə, Ançelottinin dünyanın ən yaxşı futbolçularından birini heç vaxt Çempionlar Liqasında oynamayan 33 yaşlı hücumçu ilə əvəzləməsi bir qədər qəribədi. Təbii ki, Benzema əksər göstəricilərdə əvəzedicisini üstələyir. Ən azı Kərim daha çox qol vururdu: Xoselunun La Liqadakı 16 qolluq ən məhsuldar mövsümü belə fransalının son 5 ildəki ən aşağı göstəricisinə (19 top) çatmır.
Çox güman, Xoselu bir il üçün nəzərdə tutulan aralıq variantdı. Madridlilər 2024-ün yayında çoxdankı hədəflərinə - Kilian Mbappe ilə Erlinq Holanna dönəcək. Fransalının bir il sonra bu gün onu çətinliklə saxlayan PSJ ilə müqaviləsinin müddəti bitir. Kilianı ötən yay “Real”a keçiddən ağlasığmaz yeni müqavilə (ilə 72 milyon avro və böyük səlahiyyətlər) və Fransa prezidenti, Azərbaycanın “dostu” Emmanuel Makronun dilətutması saxladı. “Blankos” 2024-də həmçinin Holannı 150 milyon avroya ala blər – norveçlinin müqaviləsində belə bənd var.
Ançelotti deyirdi ki, ona, sadəcə, qolçu hücumçu lazımdı. Xoselu bu rola tam uyğundu. Üstəlik onun yaxşı texnikası var, meydanı görür, pressinq etməyi bacarır. Daha statuslu ulduzlar gələnə qədər heç də pis variant deyil. Bir halda ki, ispaniyalı veteran komandaya cəmi 500 min avroya başa gəlib, birillik icarə müqaviləsinin şərtləri isə klub üçün ağır yük olmayacaq.

Xoselu artıq iki dəfə ağzınacan dolu olan “Santyaqo Bernabeu”da fərqlənib: 2011-ci ildə gənc hücumçu İspaniya çempionatında və kubokunda rəqibləri məyus edib. Həmin emosiyalar bombardirin yaddaşına əbədi yazılıb. İngiltərədəki və Almaniyadakı uğursuzluqdan sonra özünü La Liqanın autsayderində təsdiqləyən veteran “Real”da daha bir mövsüm keçirməyi haqq edir. Bəlkə də bu onun karyerasının ən parlaq hissəsi olacaq.

“Real”ın bu yaydakı bütün transferləri
gələnlər
oyunçu ölkə hardan məbləğ*
y Cud Bellingem İngiltərə Borussiya D 103000000
m Fran Qarsiya İspaniya Rayo Valyekano 5000000
h Xoselu İspaniya Espanyol 500000 (pullu icarə)
y Antonio Blanko İspaniya Alaves icarədən qayıdıb
h Xuanmi Latasa İspaniya Xetafe icarədən qayıdıb
y Braim Dias İspaniya Milan icarədən qayıdıb
gedənlər
oyunçu ölkə hara məbləğ*
h Kərim Benzema Fransa Əl-İttihad azad agent
y Eden Azar Belçika - -
h Mariano Dias Dominikan Respublikası - -
y Marko Asensio İspaniya - -
* avro ilə, transfermarkt.de saytının rəqəmidi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

19-06-2023, 01:0

İspaniya Millətlər Liqasının çempionudu! - YENİLƏNİB

Dünya futbolu

3-07-2022, 18:0

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

Dünya futbolu

12-12-2022, 16:0

Yeni baş məşqçi bu müddətə kimi İspaniyanı çalışdıracaq

Dünya futbolu

14-05-2022, 10:0

La Liqada baş məşqçi ayrılığı

AÇ

3-03-2023, 11:0

Serxio Ramos yığmadan incik getdi - TƏHLİL

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 95
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə