“Real”ın oyunçusu Xoselu zədələnib.
“Football-plus.az” xəbər verir ki, təcrübəli hücumçunun sağ ayaq topuğu xəsarət alıb. Xoselu bu səbəbdən 3 həftəlik “istirahət”ə yollanıb. 33 yaşlı futbolçu İspaniya çempionatında bir neçə oyunu buraxacaq. Bu isə həm də o deməkdi ki, Çempionlar Liqasının 1/8 finalının “Leyptsiq” ilə cavab oyununu da kənardan izləyəcək.
Xatırladaq ki, “Real” Almaniyada keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gəlib.