"Sumqayıt" rəsmisi hakimi təhqir etdiyi üçün cəzalandı

8.05.2024 13:40 130
Ölkə futbolu
AFFA İntizam Komitəsi "Sumqayıt-2"nin inzibatçısı Elnur Hüseynovu 5 oyunluq cəzalandırıb.

"Footbalıl-plus.az" xəbər verir ki, buna onun Əvəzedicilər Liqasının 33-cü turunda "Kəpəz-2" ilə matçda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.

"Gənclik şəhəri" təmsilçisi isə 400 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 3:1.