“Amma bir məqam dəqiqdi ki, bu gün Bəhlulun hansısa daha yaxşı variantı olsaydı...” – menecer

6.05.2024 13:30 1 081
Ölkə futbolu / Manşet
“Futbol+”in ümummilli sorğusunda 2023-cü ilin ən yaxşı futbolçusu seçilən Bəhlul Mustafazadə “Qarabağ”la müqaviləsinin müddətini uzadıb.

“Football-plus.az” xəbər verir ki, 27 yaşlı müdafiəçi klubla müqavilə müddətini daha 3 il artırıb, yəni 2027-ci ilin yayına qədər Ağdam təmsilçisinin heyətində forma geyəcək.

Diqqətimizi çəkən məqam Bəhlulun legioner həyatı yaşamaq istəyidi. Belə ki, o, dəfələrlə bu istəkdə olduğunu deyib. Hətta cari mövsümdə bir sıra Avropa klublarının ona ciddi maraq göstərməsiylə bağlı xəbərlər də gündəmdə idi. Görəsən, Bəhlul bu addımla həqiqətən növbəti üç ili “Qarabağ”da keçirmək istəyir, yoxsa təklif gələcəyi təqdirdə azad agent kimi yox, “Qarabağ”ın futbolçusu kimi komandadan ayrılmaq, eyni zamanda klubuna pul qazandırmaq niyyəti güdür? Bu suala cavab tapmaq üçün menecer Tural Əsgərovla danışdıq:

“Bu suala ən doğru cavabı, yəqin ki, elə Bəhlul verə bilər. Bəhlulla heç bir münasibətim yoxdu deyə, mənim cavab verməyim düzgün sayılmaz. Amma bir məqam dəqiqdi ki, bu gün Bəhlulun hansısa daha yaxşı variantı olsaydı, ona da üstünlük verərdi. Yəqin hardansa təklif olubsa da, bunlar “Qarabağ”ın təklifindən daha az maraq kəsb edib. Bu üzdən də “Qarabağ”la müqavilə müddətini uzatmağa qərar verib”.

KAMAL SƏFƏR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul