• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hətta maaşda müəyyən qədər güzəştə getməyə də razıdı” - Bəhlulun transferində əsas söz sahibi “Qarabağ”dı

Ölkə futbolu / Manşet

11-12-2023, 17:0

Hər “transfer pəncərəsi” ərəfəsində adı çəkilən, yada düşən futbolçulardan biri də Bəhlul Mustafazadədi.

“Qarabağ”ın heyətində yetərincə inamlı təsir bağışlayan, bəlkə də komandası Avropa Liqasının pley-offuna çıxaracaq qolu vuran müdafiəçinin karyerasının axarıyla bağlı meneceri Səbuhi Səfiyarlı ilə danışdıq. Əvvəlcə mümkün transfer təkliflərinə toxunduq:

“Ümumiyyətlə, təkcə qış yox,yay transfer dönəmində də Bəhlulun xaricə getməsi haqda söz-söhbət yayılır. Xüsusən də “Qarabağ”dakı son oyunlarında yaxşı performans sərgilədiyindən istər-istəməz diqqəti çəkir. Demək olar ki, “Qarabağ”ın bütün oyunçularına diqqət var. Bu sevindirici haldı. “Qarabağ”ın transfer bazarında haqqında danışılmayan oyunçusunun olmadığını deyə bilərik. O cümlədən də Bəhlulla maraqlananlar çoxdu. Əsasən də əcnəbi, əməkdaşlıq etdiyimiz agentlər maraqlanırlar. Bəzən isə heç tanımadığımız agentlər zəng edib maraqlanırlar. Aydın məsələdi ki, indi təklif gələ bilməz. Çünki Bəhlulun 2024-cü ilin iyununa qədər müqaviləsi var. Ona görə də indi hansısa təklifdən danışmaq yersiz olar”.

Maraqlıdı, Bəhlul özü başqa ölkədə oynamağı düşünür? Səbuhi bəydən bu məqamı da soruşduq:

“Bəhlulla bu mövzunu tez-tez danışırıq. O, “Qarabağ”la müqavilə bağlamamış belə, ölkə xaricində oynamağı planlaşdırırdı. Futbol atmosferi yüksək olan bir çempionatda oynamaq onun arzusudu. Ona görə də xaricdə futbol oynamaqla bağlı həmişə müsbət fikirdədi. Hətta maaşda müəyyən qədər güzəştə getməyə də razıdı ki, hansısa yüksək səviyyəli çempionatda oynasın. Amma hazırda o barədə düşünmürük. Çünki müqavilə müddəti hələ bitməyib. “Qarabağ”la qarşıda oyunları, pley-offda oynamaq şansı var. Hər bir oyunçu Avropa Liqasının pley-offunda oynamaq istəyər. Bu hər azərbaycanlı futbolçuya da qismət olmur”.

Bildiyiniz kimi, Renat Dadaşovla Şahruddin Məhəmmədəliyev Türkiyə superliqasında, bir neçə başqa futbolçumuz isə aşağı dəstədə oynayır. Görəsən, Bəhlula da Türkiyədən təklif varmı?

“Türkiyə Futbol Federasiyasının mavi lisenziya ilə bağlı qərarına azərbaycanlı futbolçuların da salınması, mavi kart alan oyunçunun legioner sayılmayacağı ilə bağlı qərarın qəbul edilməsi Türkiyədə azərbaycanlı futbolçulara marağı artırıb. Bu qərar həm superliqaya, həm də 1-ci liqaya aiddi. Bu gün bir neçə futbolçumuz Türkiyə çempionatında çıxış edir, müxtəlif səviyyəli klublarda oynayır. Müdafiəçi də elə bir mövqedi ki, əsasən yerli futbolçulardan seçilir. Bu hər yerdə belədi. Hücum xəttində çox az hallarda yerli futbolçu oynadırlar. Bəhlul da mərkəz müdafiəçisi olduğuna görə daha çox maraq var. Ordan da bəzi klubların təmsilçiləri zəng edib maraqlanırlar. Ancaq dediyim kimi, onun “Qarabağ”la müqavilə müddəti davam edir. Buna görə də bu tip mövzuları təxirə salmağa məcburuq. Hazırda hansısa konkret təklif yoxdu. Doğudu, maraqlanan var, amma biləndə ki, yaya qədər müqaviləsi var, heç bir real təklif gəlmir”.

Bəs “Qarabağ” Avropa Liqasında pley-offa vəsiqə qazanarsa, Bəhlul da qışda real təklif alarsa, münasibətlər necə tənzimlənəcək? Səfiyarlı bu suala belə cavab verdi:

“Bəhlulu transfer etmək istəyən klub ilk növbədə “Qarabağ”a müraciət etməlidi. Ona görə hər şey klubdan və ona edilən təklifdən asılıdı. Aydındı ki, “Qarabağ” pley-offa yüksələcək. Klubun Bəhlulla bağlı hansı planlarının olması bizim düşüncəmizdən daha vacibdi. Ona görə də Bəhlulla bağlı kiminsə təklifi olacaqsa, ilk növbədə “Qarabağ”la danışmalıdı”.

MİRKAMAL KAZIMZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

11-04-2023, 11:0

Fransa klubu “Qarabağ"dan transfer etmək istəyir

Premyer-liqa / Manşet

15-03-2023, 18:0

“Qarabağ”ın üzvü Fransa klubunun hədəfində

Manşet / Avropa Liqası

6-12-2023, 23:0

“Həmin gecə mənə çoxlu zəng oldu”

Aktual
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
Son xəbərlər
  • Bu gün, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Bu gün, 20:14
    "Qarabağ" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Bu gün, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Bu gün, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Bu gün, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Bu gün, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Bu gün, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Bu gün, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Bu gün, 15:50
    Londondan Liverpula yollandı
  • Bu gün, 15:20
    Haunun xələfi o oldu
  • Bu gün, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Bu gün, 13:58
    MS-yə yenə gərək olmadı
  • Bu gün, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 12:56
    Milli komandanı tərk edəcək
  • Bu gün, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Bu gün, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 126
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə