“Bəhlulun PAOK-a gələcəyini düşünmürəm” – yunanlardan cavab gəldi

28.02.2024 01:27 3 570
Ölkə futbolu / Manşet
Millimizin və “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin bir sıra Avropa klublarının (PAOK, “Betis”, “Hayduk”) maraq dairəsində olduğunu xəbər vermişdik.

Xüsusən PAOK ilə bağlı xəbərlər intensiv yayılır. Artıq sosial şəbəkələrin Yunanıstan seqmentində klubu təmsil edən qeyri-rəsmi səhifələr Bəhlulun 500 min avro qarşılığnda transfer oluna biləcəyini paylaşıb. “Football-plus.az” bu paylaşıma gələn rəyləri təqdim edir:

“Həqiqətən güclü və istedadlı bir futbolçudu”.
“PAOK-dan əlavə də bir sıra Avropa klubları onunla maraqlanır. Bunlardan biri də “Betis”di. Bu üzdən PAOK-a gələcəyini düşünmürəm”.
“Hələ “transfer pəncərəsi” açılmayıb”.
“Bax, nə dediyimi unutma. Bu, səviyyəli oyunçudu”.
“PAOK-a gəl”.
“Qol vurdu deyə günahlandırılmayan müdafiəçi istəmirik”.


KAMAL SƏFƏR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul