“Uzun müddət Bəhlulla işləmiş, yaxın adam kimi mənlə məsləhətləşiblər” – ilin futbolçusu gedir?

26.02.2024 17:16 3 784
Ölkə futbolu / Manşet
“Qarabağ”ın aparıcı oyunçularından Bəhlul Mustafazadənin Avropa klublarının maraq dairəsində olmasıyla bağlı xəbər yenə idman mediasının gündəmindədi.

“Football-plus.az” xəbər verir ki, “Betis”(İspaniya), PAOK (Yunanıstan) və “Hayduk” (Xorvatiya) klubları yığmamızın futbolçusunu heyətlərinə cəlb etməkdə maraqlıdı. Xəbərin doğru olub-olmadığını öyrənmək üçün müdafiəçinin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq:

“Qəbələ”dəki işimlə bağlı menecerlik fəaliyyətimi dondurmuşam. Bəhlulun transfer işləriylə xarici şirkət məşğuldu. Danışıqları onlar aparır. Uzun müddət Bəhlulla işləmiş, yaxın adam kimi mənlə məsləhətləşiblər. Amma danışıqlarda fəal iştirak etmirəm. Ona görə də mənim vəziyyətin nə yerdə olduğunu deməyim doğru olmaz. Bu haqda tam məlumatım yoxdu. Sadəcə, iş yaxşı, həlledici mərhələyə gələndə, Bəhlul qərar verməli olanda yaxın dost kimi məsləhətləşəcəyik. Agent kimi belə danışıqlarda iştirak etmirəm”.

Qeyd edək ki, Yunanıstan mətbuatının yazdığına görə, PAOK klubu bu xəbəri nə təsdiqləyir, nə də inkar edir.

KAMAL SƏFƏR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul