• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” qələbələri sıralayır, “Roma” isə...

Dünya futbolu

16-01-2024, 23:0

Yanvarın 13-də A seriyasında 20-ci tura start verildi.

Bununla da mövsümün ikinci dövrəsi başladı. Turun ilk iki oyun günündə qeydə alınan nəticələrdən sonra turnir cədvəlinin ilk 3 pilləsində dəyişiklik baş verməyəcəyi məlum oldu. Əsas səbəb “İnter”in ikinci dövrəyə qələbə ilə başlaması ilə bağlıdı.

İlk dövrənin qalibi olan “İnter”in Montsaya səfəri uğurlu alındı. Milanlılar şəhərin eyniadlı komandasını 5:1 hesabı ilə darmadağın etdilər. Matçın nəticəsi praktiki cəhətdən ilk 15 dəqiqədə müəyyənləşdi. Əvvəlcə Çalhanoğlu “İnter”in sabiq oyunçusu Qalyardininin cərimə meydançasında əllə oyununa görə təyin olunan penalti ilə hesabı açdı. Az sonra Lautaro Martines Dimarkonun ötürməsi ilə ikinci qolu vurdu. Ev sahibləri yalnız bundan sonra normal hücumlar təşkil etməyə başladılar. Pessina hətta fərqi minimuma endirdi, lakin VAR-ın müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmadığı müəyyənləşdi. İkinci hissə də qonaqların oyun planında üstünlüyü ilə başladı. Simone İnzaqinin komandası rəqibin arxa xəttində yol verilən səhvləri bağışlamadı. Çalhanoğlu Türamın daban ötürməsi ilə fərqi üç topa çatdırdı. Türkiyəli yarımmüdafiəçi karyerasında ik dəfə A seriyasında dubl etdi. Hakan bu mövsüm 9-cu qolunu vurmaqla şəxsi rekordunu təkrarladı. Xatırladaq ki, o, 2019/20 mövsümündə “Milan”ın formasında bu qədər qola sevinmişdi. “Montsa” penalti ilə qollardan birinin əvəzini çıxsa da, çempionatın lideri sonda Martines ilə Türamın sayəsində darmadağını rəsmiləşdirdi – 5:1. Lautaro cari mövsümdə 18-ci qolunu vurmaqla bombardirlərin yarışında liderliyini daha da möhkəmləndirdi. “İnter”in çempionatdakı məğlubiyyətsiz seriyasının 14 oyuna (11 qələbə, 3 heç-heçə) çatdığını da bildirək.

Turun mərkəzi oyunu Milanda keçirildi. Eyniadlı komandanın “Roma” ilə oyunda nəyə nail olacağı maraqla gözlənilirdi. Qeyd edək ki, hər iki komanda həftəiçi ölkə kubokunda məğlub olaraq mübarizəni 1/4 finalda dayandırmışdı. Ədalət naminə romalıların çətin səfərə ciddi itkilərlə yollandığını qeyd edək. Ev sahibləri meydan amilindən başqa bundan da məharətlə yararlandılar. Nəticəyə həm də hesabın erkən açılması təsir etdi: Adli Reyndersin ötürməsi ilə bu mövsüm ilk qoluna sevindi. Bundan sonra meydanda barışmaz mübarizə yaşandı. Hissənin sonuna yaxın Ernandesin dirəyi nişan aldığını da qeyd edək.

Joze Mourinyo fasilədə müdafiəçi Mançininin yerinə hücumameyilli Lorentso Pelleqrinini meydana buraxdı. Romalıların hücumu güclənsə də, yenə erkən qol buraxdılar: bu dəfə Kyaerin ötürməsini Jiru dəyərləndirdi. Fransalı hücumçu cari mövsümdə 10-cu qolunu vurdu. Hissənin ortalarında Pelleqrininin qazandığı penaltini Paredes dəqiq yerinə yetirdi. Bundan sonra psixoloji üstünlüyün romalıların tərəfinə keçə biləcəyini ehtimal etmək olardı. Lakin Stefano Pyolinin səliqəli əvəzləmələri matçın taleyini həll etdi: Jiru ilə Ernandesin iştirakıyla yaradılan epizodun sonu müdafiəçinin qolu ilə nəticələndi. Əvvəlki iki turda “Sassuolo” (1:0) və “Empoli” (3:0) üzərində qələbələrdən sonra “Roma”nı da məğlub edən “Milan” 3-cü yerdəki mövqeyini bir qədər də gücləndirdi. Son 5 oyunda 3-cü məğlubiyyətini alan Mourinyonun komandası isə Çempionlar Liqasına vəsiqə verən sonuncu – 4-cü yerdən 5 xal geri düşdü.

Bu yerdə “Fiorentina” qərar tutub. Florensiyalılar ikinci dövrənin ilk matçında evdə “Udineze” ilə 2:2 hesablı “sülh”ə razılaşdılar. Amma onların məğlubiyyətdən son dəqiqələrdə qurtulduqlarını da qeyd edək.

“Roma”dan fərqli, paytaxtın digər təmsilçisi azarkeşlərini qələbələrlə sevindirməyə davam edir. “Latsio” evdə “Leççe”nin müdafiə xəttini yarmaqda çətinlik çəksə də, sonda istəyinə çatdı. Felipe Andersonun yeganə qolu “qartallar”ın ardıcıl 4-cü qələbəsini təmin etdi. Mauritsio Sarrinin komandasını indi “ÇL zonası”ndan yalnız bir xal ayırır.

Mövsümün ilk dövrəsinin kəşfi sayılan “Bolonya” 16-cı turda yüksəldiyi 4-cü yerdə möhkəmlənə bilməmişdi. Tyaqo Mottanın komandası son üç matçda hesabına yalnız 1 xal yaza bilib. “Bolonya” hesabat turunda “Kalyari”yə 1:2 hesabı ilə uduzmaqla enişdə olduğunu göstərdi.

Nəhayət, “Napoli” 3 oyunluq qələbəsizliyə son qoya bildi. Bu oyunlarda yalnız bir xal qazanan son çempion evdə “Salernitana”ya çətinliklə də olsa qalib gəldi. Problemləri başdan aşan cənublular artıq bir müddət aparıcı hücumçusu Osimhensiz oynamalı olacaqlar. Hazırda milli komandanın sıralarında olan nigeriyalı hücumçunun yoxluğunda “Salernitana” üzərində 2:1 hesablı əzmkar qələbəni son dəqiqələrdə müdafiəçi Rrahmaninin qolu təmin etdi. Valter Matsarrinin çalışdırdığı komanda liderdən yenə 20 xal geridədi.

20-ci tur
Montsa – İnter 1:5
Pessina, 68-p. - Çalhanoğlu, 12-p.; 60. Lautaro Martines, 14; 84-p. Türam, 88.
İnter: Zommer, A.Bastoni (Açerbi, 72), De Vrey, Pavar (Bissek, 81), Dimarko (Auqusto, 72), Darmian, Mxitaryan, Çalhanoğlu (Asllani, 62), Barella (Frattezi, 62), Türam, Lautaro Martines.
Napoli – Salernitana 2:1
Politano, 45+4-p. Rrahmani, 90+6 – Kandreva, 29.
Napoli: Qollini, Ruy, Juan Jezus, Rrahmani, Di Lorentso, Lobotka, Kayuste (Demme, 77), Qaetano (Raspadori, 56), Kvaratsxeliya, Politano (Zerbin, 66), Simeone.
Latsio – Leççe 1:0
Felipe Anderson, 58.
Latsio: Provedel, Luka Pelleqrini (Latsari, 65), Qila, Patrik (Romanyoli, 24), Maruşiç, Luis Alberto (Vesino, 65), Rovella, Genduzi, Zakkanyi (İmmobile, 65), İsaksen (Pedro, 46), Felipe Anderson.
Fiorentina – Udineze 2:2
Beltran, 56. Nzola, 87-p. – Lovriç, 10. Toven, 73.
Fiorentina: Terraçano, Biraqi, Lukas Martines, Ranyeri (Milenkoviç, 88), Kayode (Faraoni, 46), Mandraqora, Dunkan (Artur, 46), Brekalo (Nzola, 76), Bonaventura, İkone (Barak, 88), Beltran.
Milan – Roma 3:1
Adli, 11. Jiru, 56. Ernandes, 84 – Paredes, 69-p.
Milan: Menyan, Ernandes (Ximenes, 89), Kyaer, Qabbya, Kalabriya, Reynders, Adli (Zeroli, 89), Loftus Çik, Leao (Okafor, 79), Pulişiç (Musa, 79), Jiru.
Roma: Svilar, Lyorente (Höysen, 78), R.Kristensen, Karsdorp (Çelik, 65), Mançini (Lorentso Pelleqrini, 46), Çelik (Zalevski, 78), Spinatsola, Paredes, Kristante, Əl-Şaaravi (Belotti, 61), Lukaku.
Cenoa – Torino 0:0
Verona – Empoli 2:1
Curiç, 3. Nqonq, 56 – Jurkovski, 64.
Kalyari – Bolonya 2:1
Petanya, 31. Kalafyori, 69-öz qapısına – Orsolini, 24.
Atalanta – Frozinone 5:0
Koopmeyners, 8-p. Ederson, 13. De Ketelare, 14. Zappakosta, 84. Holm, 90.
“Yuventus” – “Sassuolo” oyunu bu gün keçiriləcək.
1. İnter 20 16 3 1 49-10 51
2. Yuventus 19 14 4 1 29-12 46
3. Milan 20 13 3 4 38-21 42
4. Fiorentina 20 10 4 6 29-21 34
5. Latsio 20 10 3 7 24-20 33
6. Atalanta 20 10 3 7 35-21 33
7. Bolonya 20 8 8 4 23-18 32
8. Napoli 20 9 4 7 30-25 31
9. Roma 20 8 5 7 32-24 29
10. Torino 20 7 7 6 18-18 28
11. Montsa 20 6 7 7 20-25 25
12. Cenoa 20 5 7 8 20-24 22
13. Leççe 20 4 9 7 20-26 21
14. Frozinone 20 5 4 11 25-39 19
15. Sassuolo 19 5 4 10 26-33 19
16. Udineze 20 2 12 6 21-32 18
17. Kalyari 20 4 6 10 19-33 18
18. Verona 20 4 5 11 18-27 17
19. Empoli 20 3 4 13 11-35 13
20. Salernitana 20 2 6 12 17-40 12
Bombardirlər: Lautaro Martines (İnter) - 18, Jiru (Milan) – 10, Berardi (Sassuolo), Çalhanoğlu (İnter) - 9.

Oyundan sonra
Valter Matsarri, “Napoli”nin baş məşqçisi: “Fikrimcə, yalnız xarakter göstərmədik, həm də yaxşı oyun sərgilədik. “Salernitana” çox təşkilatlanmış oyun göstərdi, bizim bəxtimiz isə uzun müddət gətirmədi. Futboçularımızın sona qədər mübarizə aparmasına sevinirəm”.
Raffaele Palladino, “Montsa”nın baş məşqçisi: “İnter”in çox güclü oyun göstərməyəcəyinə ümid edirdik. Lakin rəqib meydana çox motivasiyalı çıxdı və ardıcıl iki qol vurdu. Oyuna dönmək şansımız oldu, lakin VAR vurduğumuz qolu hesaba almadı. Əlbəttə, rəqib qələbəyə layiq idi. Bu məğlubiyyət bizim üçün faciə deyil”.

Andrea Belotti, “Roma”nın hücumçusu: “İndiki məqamda ən yaxşı variant birləşmək və işləməkdi. Uzun müddətdi oyunlara hazırlaşmaq üçün yalnız iki-üç gün vaxtımız olurdu. Bundan sonra həm müdafiə, həm də hücum planında yeni nəyisə sınaqdan çıxarmaq üçün 6 günlük imkanımız olacaq. Güclü komanda olduğumuzu düşünürəm. Hər planda keyfiyyətli komandayıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-12-2023, 23:0

“İnter” “Yuventus”dan 4 xal irəli çıxdı – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 12:0

“Milan” 11 ildən sonra öz meydanında ilk dəfə... - TURUN ŞƏRHİ

Dünya futbolu

27-10-2023, 19:0

“Benfika”nın nə xalı var, nə də qolu...

Dünya futbolu

10-01-2024, 21:0

“İnter” ilk dövrənin qalibi oldu!

İdman

30-01-2023, 21:0

2-ci dövrəyə start verildi

Aktual
“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
“Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
"Burda penaltidən söhbət gedə bilməz" - Fariz Yusifov hansı qərardan narazı qaldı?
“Sabah” çempionluğu “Neftçi”yə acıq verə-verə qeyd etmək istəyir – açıqlama
“45 ildi futbolun içindəyəm, belə şey görməmişəm” – Sumqayıtdan açıqlama
İTV oxları “CBC Sport”a yönəltdi – “Hazırda davam edən oyunun yayını ilə bağlı yaranmış problemə görə...”
Son xəbərlər
  • Bu gün, 22:56
    Yenə Antonelli!
  • Bu gün, 21:55
    “Fənərbaxça” “Jalgiris”i ikinci oyunda da məğlub etdi
  • Bu gün, 21:21
    “Düzünü desəm, Serbiyada belə nəticədən sonra hamını qovardılar”
  • Bu gün, 20:50
    “Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
  • Bu gün, 20:19
    Yarımfinal cütləri müəyyənləşdi
  • Bu gün, 19:48
    “İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
  • Bu gün, 19:17
    “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq” - VİDEO
  • Bu gün, 18:46
    “Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
  • Bu gün, 18:15
    Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - VİDEO
  • Bu gün, 17:49
    "Burda penaltidən söhbət gedə bilməz" - Fariz Yusifov hansı qərardan narazı qaldı?
  • Bu gün, 17:29
    Sadə final, amma anşlaq… - PFL “Sabah” – “Zirə oyununa necə hazırlaşır?
  • Bu gün, 16:58
    UEFA A kateqoriyalı qapıçı məşqçi kursu başa çatdı
  • Bu gün, 16:27
    "Neftçi SOCAR" Dünya Seriyasının 1/4 finalında
  • Bu gün, 15:56
    MY 150 milyonu kimlərə xərcləyəcək?
  • Bu gün, 15:25
    Bakıda “Hat-Trick” proqramı çərçivəsində keçirilən yarış başa çatdı
  • Bu gün, 14:52
    Pley-offun ilk 9 iştirakçısı məlumdu
  • Bu gün, 14:32
    Avropanın ən “uzunömürlü” məşqçiləri... - Qurban Qurbanov yalnız Şmidtdən geri qalır
  • Bu gün, 14:01
    "Məqsəd oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi" - "CBC Sport" bəyanat yaydı
  • Bu gün, 13:53
    “Sabah” çempionluğu “Neftçi”yə acıq verə-verə qeyd etmək istəyir – açıqlama
  • Bu gün, 13:22
    Mbappe “El Klasiko”da iştirak edəcək?
  • Bu gün, 12:52
    Neymar oyundaşını vurdu, sonra ondan üzr istədi
  • Bu gün, 12:31
    "İmişli"nin əməkdaşları "Trabzonspor"un qonağı oldu
  • Bu gün, 12:00
    Zamiqlə Vüsal Albaniyada qarşılaşdı
  • Bu gün, 11:29
    "Şaxtyor" çempionluq yolunda daha bir ciddi maneəni aşdı - İCMAL
  • Bu gün, 10:58
    A seriyasında ayın ən yaxşı qolunu Hakan Çalhanoğlu vurub
  • Bu gün, 10:27
    Çempionluğun taleyi “el klasiko”ya qaldı - İCMAL
  • Bu gün, 09:56
    “Arsenal”: 55 il əvvəlki kimi…
  • Bu gün, 01:03
    Finalın adı: PSJ - "Arsenal"!
  • Bu gün, 00:31
    “45 ildi futbolun içindəyəm, belə şey görməmişəm” – Sumqayıtdan açıqlama
  • Bu gün, 00:01
    İTV oxları “CBC Sport”a yönəltdi – “Hazırda davam edən oyunun yayını ilə bağlı yaranmış problemə görə...”
  • Dünən, 23:21
    “Atletiko” UEFA-ya şikayət etdi
  • Dünən, 22:37
    "Şəfa" çempion ola bilmədi, "Səbail" böyük hesabla qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:30
    Dünya çempionu üçün növbəti variant
  • Dünən, 22:07
    Mövsümü erkən başa vurdu
  • Dünən, 21:28
    “Mingəçevir”də futbolçuların maaşı gecikir - rəhbərlik hər kəsi aldatdı, özünü də!
Daha çox
Oxunub: 172
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 158
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 151
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 144
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Oxunub: 143
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 136
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə