30-cu turdan sonra lider PSJ ən yaxın izləyicisindən 11 xal irəlidədi.
"Football-plus.az" xəbər verir ki, Parislilər dincəlmək imkanı qazanan Mbappe ilə Dembelenin yoxluğunda evdə “Lion”u darmadağın etdi. 2-ci yerə isə “Monako” yüksəldi. Ona görə ki, “knyazlar” səfərdə əsas rəqibi “Brest”ə qalib gəlməklə bu komandanı arxada qoydu. “Lill” də yüksək yerlərə iddiasını davam etdirir. “Şimallı itlər” çətinliklə də olsa, “Strasbur”u məğlub edə bildilər. “Lill”i 3-cü pillədəki “Brest”dən cəmi 1 xal ayırır. Sonrakı pillələrdə uyğun olaraq, “Loryan”la “Klermon”un öhdəsindən gələn “Nitsa” və “Lans” qərarlaşıb.
Qalan oyunlara gəlincə, “Marsel” yenə xal itirdi. Jan-Lui Qassenin komandası “Tuluza” ilə oyunda heç-heçə etdi – 2:2. “Monelye” səfərdə “Reyms”ə, “Renn” isə “Nant”a qalib gəldi. Evdə əsas rəqibi “Mets”ə uduzan “Havr” bu komandanı özündən irəli buraxmaqla təhlükəli zonaya yuvarlandı.
30-cu tur
PSJ – Lion 4:1
Matiç, 3-öz qapısına. Beraldo, 6. Ramuş, 32; 42 – Nuama, 37. (47000)
PSJ: Donnarumma, Hakimi (Mukiele, 77), Markinyos (Şkrinyar, 68), Pereyra, Beraldo, Asensio, Zair-Emeri (Soler, 77), Vitinya, Barkola (Mayulu, 68), Kolo Muani, Ramuş (Li Kan İn, 81).
Brest – Monako 0:2
Zakariya, 40. Minamino, 48. (14856)
Brest: Bizot, Lala, Şardonne, Le Kardinal, Loko, Maqnetti, Marten (Pereyra Laqe, 79), Del Kastilyo (Braimi, 86), Dumbiya (Kamara, 62), Satriano, Mune (Le Duaron, 62).
Monako: Mayetski, Vanderson, Sinqo, Maripan, Salisu, Fofana, Zakariya (Kamara, 78), Akliuş (Ben Seqir, 78), Minamino (Ben Yedder, 85), Diatta, Baloqun (Embolo, 85).
Lill – Strasbur 1:0
Devid, 12. (40381)
Lill: Şevalye, Santuş, Aleksandro, Diakite, İsmaili (Qudmundsson, 62), Andre, Qomes (Buaddi, 90+2), Yazıcı (Jeqrova, 63), Haraldsson (Kavaleyro, 63), Kabella, Devid (Yoro, 87).
Nitsa – Loryan 3:0
Sanson, 22. Boqa, 53. Gessand, 89. (21067)
Nant – Renn 0:3
Kalimuendo, 67. Burijo, 76-p. Quiri, 90+1. (25433)
Lans – Klermon 1:0
Sotoka, 3-p. (37495)
Havr – Mets 0:1
Mikautadze, 46. (21250)
Reyms – Monpelye 1:2
Aqbadu, 66 – Sanyan, 26. Əl-Tamari, 86. (14183)
Tuluza – Marsel 2:2
Nikolaysen, 45+1. Qboo, 82 – Onana, 38. Mumbanya, 90+6. (30119)
1. PSJ 29 19 9 1 69-25 66
2. Monako 29 16 7 6 55-38 55
3. Brest 30 15 8 7 44-29 53
4. Lill 29 14 10 5 43-25 52
5. Nitsa 29 13 8 8 31-22 47
6. Lans 30 13 7 10 39-32 46
7. Renn 30 11 9 10 44-36 42
8. Lion 30 12 5 13 39-49 41
9. Marsel 29 10 10 9 43-35 40
10. Reyms 30 11 7 12 37-41 40
11. Tuluza 30 9 10 11 36-39 37
12. Monpelye (-1) 30 9 10 11 38-42 36
13. Strasbur 30 9 9 12 33-41 36
14. Nant 30 9 4 17 28-48 31
15. Mets 30 8 5 17 31-49 29
16. Havr 30 6 10 14 27-38 28
17. Loryan 29 6 8 15 35-55 26
18. Klermon 30 4 10 16 21-49 22
Bombardirlər: K.Mbappe (PSJ) – 24, Devid (Lill) - 17, Lakazett (Lion) – 15, Obameyanq (Marsel) – 12.
Növbəti turun oyunları aprelin 26-28-i aralığında keçiriləcək: Monpelye – Nant, PSJ – Havr, Mets – Lill, Klermon – Reyms, Loryan – Tuluza, Strasbur – Nitsa, Renn – Brest, Lion – Monako, Marsel – Lans.
Turun rəqəmi
533 – Fransa çempionatının elitasında oyun sayını bu həddə çatdıran “Renn”in qapıçısı Stiv Mandanda bu liqada ən çox oyun keçirən futbolçuların siyahısında 10-cu yerə şərik oldu. Anri Mişel də bu qədər oyun keçirib.
Turun ulduzu
Krepin Diatta (Monako) – zədəli Qolovinin yoxluğunda start heyətində özünə yer edən seneqallı yarımmüdafiəçi “Brest” üzərində qələbənin memarı oldu. O, hər hissədə oyundaşlarına məhsuldar ötürmə verdi. İlk yarının sonunda Zakariyaya, 2-ci hissənin əvvəlində isə Minaminoya.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi: