• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Əl-Hilal”ın rekord seriyası başa çatdı

Dünya futbolu

22-04-2024, 14:0

Son dönəmlərdə nəticələri ilə dünya futbol ictimaiyyətinin diqqətini cəlb edən “Əl-Hilal”ı, nəhayət, dayandıran tapıldı.

Tanınmış portuqaliyalı mütəxəssis Jorje Jezuşun çalışdırdığı Səudiyyə Ərəbistanı təmsilçisi hələ martın 12-də adını futbol tarixinə yazdırmışdı. Həmin vaxt “Əl-Hilal” Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Əl-ittihad”ı səfərdə 2:0 məğlub etmişdi. Bununla da Ər-Riyad təmsilçisi rəsmi matçlarda ardıcıl 28-ci qələbəsini qazanaraq peşəkar klublar arasında yeni dünya rekordçusuna çevrilmişdi. Əvvəlki rekordu 2016-cı ildə ardıcıl 27 qələbə qazanan Uels təmsilçisi TNS müəyyənləşdirmişdi. Heyətində Bunu, Kulibali, Neveş, Milimkoviç-Saviç, Mitroviç, Malkom və Neymar kimi tanınmış ulduzların yer aldığı “Əl-Hilal” həmin tarixdən sonra daha 6 qələbə qazanaraq rekordu 34 oyuna çatdırdı. Amma hər seriyanın bir sonu olduğu kimi, bu möhtəşəm seriya da başa çatdı. Aprelin 17-də “Əl-Hilal” Asiya ÇL-in yarımfinalının ilk oyunu çərçivəsində BƏƏ təmsilçisi “Əl-Əyn”in qonağı oldu. Əsas qol silahı zədəli Mitroviçsiz oynamaq məcburiyyətində qalan qonaqlar böyük bir şok yaşayaraq hələ fasiləyə qədər 3 cavabsız top buraxdılar.

Mərakeşli Sufyan Raimi 2-si penaltidən olmaqla 38 dəqiqəyə 3 qol vurdu! Maraqlıdı ki, meydan sahibləri ikinci hissədə daha bi penalti qazandılar. Bu dəfə isə zərbəni “Kaku” ləqəbli paraqvaylı Alexandro Romero yerinə yetirdi. Qonaqlar bu 4 topdan yalnız ikisinin əvəzini çıxa bildilər. Beləliklə, “Əl-Hilal” təxminən 8 aydan sonra ilk dəfə bir rəsmi oyunda qələbəyə həsrət qaldı. Komanda sonuncu qələbəsiz oyununu sentyabrın 21-də Səudiyyə Ərəbistanı çempionatının 7-ci turunda səfərdə “Damak”a qarşı keçirmişdi (1:1). Qeyd edək ki, “Əl-Hilal” “Ginnesin Rekordlar Kitabı”na düşən bu 34 oyunluq seriyada qələbələrdən 20-ni daxili çempionatda, 9-nu Asiya ÇL-ində, 3-nü ölkə kubokunda və 2-ni ölkə superkubokunda əldə etmişdi. Komandanın bu müddətdəki məhsuldarlığı və top fərqi də göz-oxşayır. Belə ki, “Əl-Hilal” bu 34 qarşılaşmada 97 qol vurduğu halda, öz qapısından cəmi 15 top buraxdı (bunlardan 7-si son 6 oyuna təsadüf edib). Bu mövsüm artıq superkuboku qazanan və daxili çempionatda da çempionluğun biraddımlığında olan Jezuşun kollektivinin ÇL-də finala yüksəlmək şansı bir qədər çətinləşdi. Cavab oyunu aprelin 23-də baş tutacaq. Yeri gəlmişkən, “Əl-Əyn” daxili çempionatda o qədər də uğurlu mövsüm keçirməsə də, ÇL-də ardıcıl 2-ci dəfə Səudiyyə Ərəbistanı nəhəngini mübarizədən kənarlaşdıra bilər. Yaxın keçmişin tanınmış argentinalı forvardı Ernan Kresponun çalışdırdığı bu kollektiv əvvəlki mərhələdə penalti seriyasında Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəssr”i üstələmişdi. “Əl-Əyn” BƏƏ çempionatında son 4 turda qələbəyə həsrət qalıb və 18 oyuna topladığı 36 xalla lider “Əl-Vəsl”dən 15 xal geridədi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

31-03-2024, 19:0

''Əl-Hilal''ın qələbə seriyası 30-a çatdı!

Dünya futbolu

12-04-2024, 13:0

''Əl-Hilal''ın qələbə seriyası 34-ə çatdı!

Dünya futbolu / Manşet

10-03-2024, 22:0

''Əl-Hilal'' dünya rekordunu yeniləməyə yaxındı

Dünya futbolu

14-03-2024, 21:0

“Əl-Hilal” dünya futbolunda yeni tarix yazdı!

Dünya futbolu

16-03-2024, 16:0

''Arkadağ''ın rekordundan niyə danışan yoxdu?

Dünya futbolu / Manşet

21-03-2024, 20:0

Səudiyyə Ərəbistanında ən bahalı futbolçular kimdi?

Aktual
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
Son xəbərlər
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 231
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 130
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə