“Barselona” Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab matçına itkilərlə çıxacaq.
"Football-plus.az" xəbər verire ki, müdafiəçilər Serxi Roberto və Andres Kristensen cəzalı duruma düşüblər. Onlar PSJ ilə ilk oyunda növbəti sarı vərəqə alıblar. Kristensen Paris klubuna 3:2 hesabı ilə qalib gəldikləri oyunda qələbə qolunun müəllifi olub.
Aprelin 16-da keçiriləcək “Barselona” - PSJ oyunu saat 23.00-da başlayacaq.