“Artıq Region Liqası yanaşmasından çıxmaq lazımdı” – “Füzuli”nin baş məşqçisi gedir?

11.04.2024 10:50 254
Aktual / Ölkə futbolu
2-ci liqanın liderlərindən “Füzuli”də sürpriz baş məşqçi ayrılığı yaşana bilər.

Mövsümün ikinci yarısına əla başlayan, bir sıra önəmli qələbələrlə çempionluq uğrunda mübarizədə iddiasını ortaya qoyan komandadan baş məşqçi Nadir Əliyevin ayrılması ilə bağlı xəbərlər yayılmaqdadı. Belə ki, “Füzuli” - “Sheki City” (2:2) oyununa komandanı məşqçi Xəqani Quliyevin çıxarması bu xəbərlərin əsassız olmadığını göstərdi. Məsələnin nə yerdə olduğunu öyrənmək üçün komandanın çalışdırıcısı Nadir Əliyevlə əlaqə saxladıq.

Onun “Football-plus.az”a söylədikləri:

“Rəsmən hələ də “Füzuli”nin baş məşqçisiyəm. Komandanı meydana çıxarmamağıma gəlincə, bəzi məsələlər var. Bu barədə rəhbərliyə fikrimi bildirmişəm. Onların verəcəyi reaksiyadan sonra bilinəcək. Artıq Region Liqası yanaşmasından çıxmaq lazımdı. Doğrudu, ikinci yarıya yaxşı başlamışıq, amma belə gedişlə də bir yerə kimi. Rəhbərliyin yanaşma tərzi çox önəmlidi”.

KAMAL SƏFƏR