“1-ci qolda səhv etdi, ikincidə ordan zərbə olacağını gözləmirdi”

9.04.2024 23:20 262
Premyer-liqa / Manşet
Andrey Lunyovun personası tədricən ölkə futbolunda dartışma obyektinə çevrilməkdədi. Bu da səbəbsiz deyil.

Rusiyalı qapıçının meneceri “Qarabağ”ı mediaya danışıqları sızdırmaqda suçlayandan sonra istər-istəməz meydanda yaşananlara də fərqli gözlə baxmağa məcbur oluruq.

“Qarabağ” 29-cu turda “Bəhramov”a “Səbail”i 4:2 hesabıyla məğlub etdi. Futbolsevərlərin bir hissəsi buraxılan qollara görə qapıçını suçladı. Nir Bardea ilk qolu vurarkən Andrey çıxışda kobud səhvə yol verdi, buna söz yoxdu. Ancaq Rüfət Abdullazadənin uzaqdan vurduğu effektli zərbədən sonra top dirəyə dərərək tora daxil oldu ki, buna görə Lunyovu suçlamaq çətindi. Ölkə qapıçı sexinin veteranlarından Hüseyn Məhəmmədovla söhbətdə Lunyovun son oyundakı hərəkətlərini dəyərləndirməsini istədik:
“Lunyov çempionatın ən yaxşı qapçılarından biridi. Amma bu matçda çox da yaxşı təsir bağışlamadı. 1-ci qolda çıxışda səhvə yol verdi. Həmin qol epizodunda səhvi var idi. 2-ci qola gəlincə, fikrimcə, Lunyov özü də gözləmirdi ki, ordan zərbə olacaq. Oyunçular da öndə idi. Qapıçı düşünürdü ki, Rüfətin ordan zərbə endirmək ehtimalı azdı. Yaxşı zərbə alındı. Zərbənin gələcəyini gözləsəydi, topu dəf edə biləcəkdi. Qapçılar bütün zərbələrə hazır olmalıdı. Fikri oyunda və topda olmalıdı. Bunun üzərində işlənilir. Qapçılara öyrədilir və başa salınır”.


ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul