• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahmat Federasiyasının prezidenti Nicat Abasovun çıxışını dəyərləndirdi

İdman

8-04-2024, 16:0

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Kanadada keçirilən İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasovun çıxışını dəyərləndirib.

“Football-plus.az”ın AŞF-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, qurum rəsmisi Nicatın uğur qazanacağına əminliyini ifadə edib:

“İcraiyyə Komitəsinin iclasında şahmatçımızın zəngin hazırlıq mərhələsində iştirakı qeyd olundu. Artıq onun məşqçilərinin adı sirr deyil. Nicatla birgə Torontoya yollanan Şəhriyar Məmmədyarov sekundant-məşqçi kimi Nicata dəstək olur. Hazırlığa istedadlı şahmatçımız Abdulla Qədimbəyli də cəlb olunmuşdu. Dünyanın aparıcı şahmat mütəxəssisləri Vladimir Çuçelov və Boris Qelfand kimi şahmatda tanınan adlar Nicatın hazırlığında iştirak ediblər”.

O, mütəxəssislərin Bakıya səfəri barədə danışıb:

“İlk növbədə Azərbaycanda da təcrübəli məşqçilərin olduğunu qeyd etməliyəm. Yaxşı məşqçilərimiz olmasaydı, bu sayda istedadlı şahmatçılar inkişaf etməzdi. Bununla yanaşı, dünya şahmat təcrübəsi bizə çox vacibdi. Vladimir Çuçelov və Boris Qelfand kimi mütəxəssislərin ölkəmizə səfəri sıradan hadisə deyil. Nicat Abasovun hazırlıq dövrünə təsadüf etdiyi üçün həm onunla təlim-məşq toplanışında iştirak etdilər, həm də gənclərə seminarlar, təkbətək məşğələlər keçirildi. Mütəxəssislərin ikinci səfəri zamanı verilən tapşırıqlara əməl olunması yoxlanıldı, o cümlədən hazırlığın monitorinqi aparıldı. Hazırda Qelfand və Çuçelov şahmatçılarımızla məşqləri həm onlayn, həm də əyani şəkildə davam etdirirlər”.

O, İcraiyyə Komitəsinin iclasında müzakirə edilən məsələlərə toxunub:

“İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclasında mühüm məsələlər müzakirə edildi. İlk növbədə növbəti konfransın mayda keçirilməsi barədə razılığa gəldik. Gələcəkdə yığmaların tərkibinin müəyyənləşməsində ölkə çempionatında iştirakın vacib hesab edilməsiylə bağlı müzakirə oldu. AŞF rəhbərliyi növbəti illərdə bütün aparıcı şahmatçıların ölkə çempionatında iştirakına nail olmağa çalışır. 2025-ci ildən milli komandaların formalaşmasında Azərbaycan çempionatında iştirak amilinin əsas götürülməsini istəyirik. Sözsüz, şahmatçının beynəlxalq yarışlarda uğurlu iştirakı, reytinqi də vacibdi. Amma ölkə çempionatında mübarizə aparması da əsas amillərdən biri olacaq. İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırılması məsələsi geniş müzakirə olundu. Vacib məsələlərdən biri İcraiyyə Komitəsi üzvlərinin federasiyanın komissiyalarının işində iştiraka cəlb olunması idi. Hər bir üzvə müəyyən sahəni həvalə etdik, bundan sonra komissiyaların işi kurasiya olunacaq və birgə çalışacaqlar".

AŞF rəhbəri federasiyanın nəzdində fəaliyyət göstərən Şahmat Akademiyası barədə də məlumat verib:

“Ölkəmizin gənc istedadlı şahmatçılarının hazırlığını düzgün istiqamətləndirmək üçün federasiya nəzdində Şahmat Akademiyasının yaranması barədə elan verildi. Akademiyanın işinə böyük ümidlər var. Burada Azərbaycanın tanınmış məşqçiləri müxtəlif yaş kateqoriyalarında gənclərlə təcrübələrini bölüşürlər. Fərqlənən şahmatçıların yarışlarda iştirakını təmin etmək barədə düşünürük. Ümumiyyətlə, şahmatçılara ustalığını artırmaq üçün dövlət və federasiya tərəfindən lazımi şərait yaradılır. Şahmatçılarımızın həm ölkədə keçirilən, həm də beynəlxalq turnirlərdə iştirakı təmin olunur. Azərbaycan çempionatının mükafatçıları dünya və Avropa çempionatlarına ezam edilir. Bundan əlavə, müəyyən reytinqə malik şahmatçıların kommersiya turnirlərində iştirakına maliyyə ayrılır”.

Paylaş:
Digər xəbərlər

İdman

16-01-2024, 11:0

"Nicat üçün hazırlıq proqramı tərtib olunub"

İdman / Manşet

14-01-2024, 21:0

AŞF Nicata lazımi şəraiti yaradacaq

İdman

15-04-2022, 13:0

Şahmat Federasiyasında ilin ilk iclası keçirildi

İdman / Manşet

16-01-2024, 13:0

“Nicatın bu turnirdə qələbə şansı, təəssüf ki, lap azdı” - Emil Əliyarlı

Aktual / Müsahibə

26-01-2024, 14:0

Rauf Məmmədov Nicat Abasova məsləhət verdi: “Əlbəttə, bu məqam üstünlükdü” - MÜSAHİBƏ

İdman

1-06-2022, 12:0

Bu şahmatçılar Azərbaycanı Hindistanda təmsil edəcəklər

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
Daha çox
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 176
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə