• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mbappe, Endrik və Deyvis də gəlir

Dünya futbolu

5-04-2024, 19:0

Hər kəs “Real”ın koronavirus pandemiyasından sonra transfer bazarında necə çalışdığını əzbər bilir.

"Football-plus.az" xəbər verir ki, yayda bir böyük transfer və nəhəng azad agent, icarədən qayıdanlar, qışda heç bir transferin olmaması. Bu proses nəsillərin dəyişməsi və gözlənilməz itkilər fonunda gerçəkləşir. Kazemiro və Benzemanın qəfil gedişi və ya Kurtua ilə Eder Militaonun ağır zədəsi kimi. Karlo Ançelotti hansısa dərəcədə antiböhran menecerinə çevrilib, bəzilərindən fərqli qalmaqal salmadan və yeni transferlər tələb etmədən.

Əlbəttə, italiyalı mütəxəssis baltadan sıyıq düzəltməyib, hər dəfə optimal, bəzən də Çuameni ilə Kamavinqanın müdafiyə keçirilməsi kimi orijinal çıxış yolu tapıb. “Kral klubu” məhz indiki baş məşqçisi ilə Kriştiano Ronaldosuz də həyatın olduğunu göstərib, Benzema hətta “Qızıl top” qazanıb. Səudiyyə Ərəbistanının pulları fransalını cazibə qüvvəsinin təsiri altına alanda isə Ançelotti sxemi dəyişib, Vinisusla Rodriqo təmiz hücumçu kimi oynamağa, Bellingem top səviyyəli bombardirlər qədər qol vurmağa başlayıb.

Odu ki, Florentino Peres Braziliya yığmasının aşırı marağına və müxtəlif adların səslənməsinə baxmayaraq, italiyalı mütəxəssisə yeni müqavilə təqdim etdi. Yayda isə don Karlo heyəti daha da gücləndirəcək, axı klub prezidenti son bir neçə il ərzində ilk dəfə transfer kampaniyasına hədsiz yüksək vəsait ayırıb. “Uembli”də İngiltərə yığmasının qapısına qələbə topunu vurandan sonra haqqında çox danışılan Endrik çoxdan müqavilə imzalayıb və hazırda “Palmeyras”da “mükəmməllik kursu” keçir. Mbappe ilə bağlı da hər şey aydındı. Madrid klubu müdafiənin cinahlarına da yeni nəfəs vermək istəyir. Ən azı cinahlardan birinə. Saysız-hesabsız zədələri və qeyri-sabit oyunu ilə Mendi çoxdan “Real” üçün baş ağrısına çevrilib, Fran Qarsiya ilə top səviyyəli futbolçu deyil. Bu üzdən madridlilər gözünü “Bavariya”dan Deyvisə dikib. İspaniya çempionatının liderinə yaxın insayderlərə inansaq, klub kanadalı üçün əvvəlcə 30 milyon avro təklif etməyə, ardından məbləği tədricən 50 milyona qaldırmağa hazırdı. “Real”ın Aleksander-Arnolda maraq göstərməsi ilə bağlı şayiələrə gəlincə, bunların gerçəklik payı azdı. Birincisi, xəbərlərdə heç bir konkretlik yoxdu. İkinci, 32 yaşlı Karvaxal hər mövsüm əvvəlkindən daha yaxşı təsir bağışlayır, onun əvəzedici Lukas Vaskes isə klubla yeni müqavilə bağlayıb. Nəhayət, Trent çox bahadı.

Başqa baş ağrısı
İngiltərəli gəlsə də, gəlməsə də, yayda Karlo Ançelotti üçün yeni başağrısı yaranacaq. Buna xoş ağrı da demək olar. Hamı bilir ki, Vinisius cinahda oynamaq istəyir, Mbappenin isə mərkəz hücumçusu kimi oynamaqdan zəhləsi gedir. Kilian daim bu haqda danışır. Özü də hansı cinah olması önəmli deyil. Axı DÇ-2018-də Mbappe sağ cinahda oynayırdı. Onda mərkəz hücumçusu mövqeyində Jiru var idi, PSJ-də isə analoji rolu Kavani yerinə yetirirdi. “Real”da bu xarakteristikaya yalnız Xoselu uyğun gəlir. İcarə müqaviləsinin müddəti bitməkdə olan veteran hücumçu daimi müqavilə bağlamağa hazırlaşır. Ancaq bu veteran rotasiya oyunçusudu, eləcə də oyunu xilas etmək və ya güc təzyiqi hesabına müdafiəni yarmaq lazım gələndə “ikinci mərtəbədən” qollar üzrə ixtisaslaşıb.
Deməli, ulduz debütantın rahatlığı üşün Xoselunun daim oynayacağını təsəvvür etmək çətindi. Vinisius, Rodriqo və Endrikin olacağı komanda üçün bu hədsiz böyük təmtəraq olardı. Xüsusən də Vinisiusa klubda az qala müqəddəs sayılan 7 nömrəli forma verilib, Mbappe gəlsə belə, həmin formanı ona verən deyil. Bu vəziyyəti qətiyyən Braim Diasın durumu ilə eyniləşdirmək olmaz. O, “Real”a dönəndə heç bir təminat almamışdı, tədricən özünə heyətdə yer etdi.

Klassikadan ekstrimə qədər
İstənilən halda yayda – Ançelotti toplanışlarda yeni sxemi “oturdanda” hər şey aydın olacaq. Biz isə hələ ki yalnız sxemin necə olacağı ilə bağlı fantaziyalar irəli sürə bilərik. Bütün əldə olan bilgiləri, ulduzların xarakterini və ambisiyalarını nəzərə alsaq, 4-3-3-ə dönüş ən real variant kimi görünür. Belədə Vinisius sevimli sol cinahına dönəcək, Mbappe sağda oynayacaq, hücumun mərkəzində isə ilk seçim Rodriqo olacaq. Əlbəttə, kimsə bu varianta etiraz edib bildirəcək ki, belə sxem orta sahədə vakansiyaların sayını azaldır, Bellingemi indiki mövqeyindən məhrum edir. Ancaq burda Ançelottinin dəfələrlə vurğuladığı məqamı xatırlatmaq istəyirik. Onun dediyinə görə, Cud hücumçu deyil, ingiltərəlinin qolları yalnız bonusdu, baş məşqçi hücum oyunçularından daha çox qol gözləyir. Yəni baş məşqçi Bellingemin istedadının genişliyinə heyranlığını gizlətməməklə yanaşı, hücumu bitirməli olan oyunçularla bağlı narazılığını da ifadə edir. Cud hansısa məqamda məhsuldarlığı aşağı salanda Ançelotti xatırlatdı ki, qol vurmaq onun işi deyil. Odu ki, çox güman, Bellingem yayda yığmada və əvvəllər “Borussiya”da olduğu kimi, yarımmüdafiəçilərin “üçlüy”ünə qayıdacaq. Orta sahədə kimlərlə birgə yer alacağı da maraqlı sualdı. Variant çoxdu, cavabların sayı isə Kroosun gələcəyindən asılıdı.

İndiki 4-3-1-2-yə gəlincə, bu düzülüş alternativi rolunu oynaya bilər. Eləcə də bu mövsüm geniş yarımmüdafiəçi kvartetinin istifadə olunduğu variant kimi, yəni Valverde sağ cinahda, Dias isə sol cinahda oynasın. Üstəlik 4-2-2-2 fərqli ola bilər. Ançelotti PSJ-də Mbappe, Kavani, Neymar və Di Mariyanı yanaşı oynadan Tomas Tuxel kimi superhücum variantı da seçə bilər. “Real”da müvafiq ifaçı seçimi var. Ümumiyyətlə, Ançelottinin çoxdan yaradıcılıq üçün belə geniş imkanı yox idi. Belə görünür ki, italiyalı mütəxəssis üçün daha çətin vəzifə hətta oyunun qurulması baxımından ən yaxşı variantı seçmək yox, ayrı-ayrı oyunçuların oyun vaxtından narazılığını minimuma endirmək olacaq. Elə bu qabiliyyətdə də don Karlonun tayı-bərabəri yoxdu. O, işin öhdəsindən gələcək, həm də bu, çox maraqlı olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-02-2024, 20:0

“Real”ın oyunçusu nə vaxt qayıdacaq?

Dünya futbolu

11-08-2022, 15:0

Ançelotti Qvardiolanı, Benzema isə Raulu keçdi

Dünya futbolu

9-02-2023, 20:0

Benzema ilə Militaonun şansı olacaq

Dünya futbolu

17-06-2023, 17:0

Ançelotti “Real”da nədən narazıdı?

Dünya futbolu

15-03-2024, 22:0

Ançelotti Ardanı təriflədi

Aktual
“Gün kamera tərəfə düşəndə istənilən halda belə problemlər yaranır”
“Qarabağ” və oyunçuları “pul gölündə üzür”
''Spartak'' Stankoviçlə yollarını ayırdı - namizədlər arasında Qurban Qurbanov da var!
“Belə başa düşürəm ki, problemimiz qalmayıb” – bəs onda niyə “hə” cavabı almırsız?
Fransa ilə oyun ərəfəsində yığmada daha bir ciddi itki – cəzalı duruma düşdü
"Azərbaycan millisi evdə həmişə güclü oynayır" - Hannes Haldorsson
Son xəbərlər
  • Bu gün, 00:01
    “Ayaks”a kim təyinat alacaq?
  • Dünən, 23:41
    Yenə Asiyada işləyəcək
  • Dünən, 23:10
    Moskva klubunda istefa
  • Dünən, 22:49
    Məşhur braziliyalı xəstəxanalıq oldu
  • Dünən, 22:18
    Argentina yığmasında peyvənd problemi
  • Dünən, 21:57
    Levandovski üçün sonuncu mövsüm?
  • Dünən, 21:26
    Premyer-liqada yeni baş məşqçi
  • Dünən, 20:55
    İngiltərə yığmasında iki itki
  • Dünən, 20:24
    “Gün kamera tərəfə düşəndə istənilən halda belə problemlər yaranır”
  • Dünən, 19:53
    “Real”ın qapıçısı nə vaxt qayıdacaq?
  • Dünən, 19:32
    “Şamaxı” autsayderlərin ən güclüsüdü! - REPORTAJ
  • Dünən, 19:01
    Klubu ilə danışıqlara başladı
  • Dünən, 18:40
    “Real”ı qışda tərk edəcək
  • Dünən, 18:19
    “Qəbələ”nin 8-ci məğlubiyyəti, “Sumqayıt”dan ardıcıl ikinci qələbə - REPORTAJ
  • Dünən, 17:58
    Klubunda hamını arxada qoydu
  • Dünən, 17:27
    “Qarabağ” və oyunçuları “pul gölündə üzür”
  • Dünən, 16:56
    Ronaldodan dəqiq açıqlama
  • Dünən, 16:25
    Tufan yatdı...
  • Dünən, 15:54
    Yığmanın baş məşqçisi dəyişdi
  • Dünən, 15:33
    Yenidən ABŞ klubuna təyinat aldı
  • Dünən, 15:02
    Kənan Yıldızın yeni maaş tələbi ''Yuve''ni qane etmədi - danışıqlar dayandırıldı
  • Dünən, 14:41
    Pyoliyə xələf oldu
  • Dünən, 14:20
    Cüdoçularımızın ilk rəqibləri müəyyənləşdi - Xorvatiya "Qran-Pri"si
  • Dünən, 13:59
    ''Spartak'' Stankoviçlə yollarını ayırdı - namizədlər arasında Qurban Qurbanov da var!
  • Dünən, 13:28
    Yenidən əvvəlki klubunda oynayacaq
  • Dünən, 13:14
    İtaliyadakı oyun üçün "Qarabağ" azarkeşlərinə nə qədər yer ayrılıb?
  • Dünən, 12:57
    Zədəsini sağaltdı
  • Dünən, 12:36
    La Liqada yeni rekordun müəllifi oldu
  • Dünən, 12:15
    “Belə başa düşürəm ki, problemimiz qalmayıb” – bəs onda niyə “hə” cavabı almırsız?
  • Dünən, 11:54
    Bir qarşılaşma təxirə salındı - ABL
  • Dünən, 11:23
    Premyer-liqada hamını qabaqladı
  • Dünən, 10:52
    "Turan Tovuz"un məşqçiləri kənd məktəbinin qonağı oldu
  • Dünən, 10:31
    “Azərreyl” ilk oyunda məğlub oldu - CEV Kuboku
  • Dünən, 10:00
    “Avrokuboklar uğrunda mübarizə aparan komandalar iki-üç yerli futbolçuya güvənir” – ilk dövrənin təəssüratı
  • Dünən, 01:40
    Ronaldo “qırmızı” aldı, Mbappe İslandiyanın xahişini yerinə yetirdi - gecənin nəticələri
Daha çox
Oxunub: 194
"Turan Tovuz"un yeni ot örtüyüylə bağlı şok problem - komanda yenə Tovuzdan ayrılacaq?
Oxunub: 170
PFL və “CBC Sport” Yevlax şəhər stadionunda yenə qüsurlar tapdı! - indi də gülməli stul söhbəti...
Oxunub: 164
Yığmamızın düşərgəsində həyəcan: 6 futbolçunun taleyi tükdən asılıdı
Oxunub: 150
Kamal Umudlu Peterburqda kobud səhvə yol verdi – Qolovinin qolu sayılmamalıydı!
Oxunub: 72
Mahir o qolu dayısı oğluna həsr edəcəkdi... – 78 gündən sonra, 78-ci dəqiqə...
Oxunub: 61
2014-də donub qalan Sxadadze və ya bəhanələr dünyasına xoş gəlmisiz!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə