Barış Şimşək “Turan Tovuz”un əsas komandası ilə görüşdü

29.01.2024 15:14 206
Ölkə futbolu
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək “Turan Tovuz”un əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb.

“Football-plus.az” xəbər verir ki, komitə rəhbəri komanda üçün oyun qaydaları üzrə seminar keçib.

Seminarda oyun qaydalarındakı yeniliklər haqqında məlumat verilib. Barış Şimşək seminar iştirakçılarının oyun qaydaları ilə bağlı suallarını cavablandırıb.

Sonda müxtəlif matçlardan seçilmiş epizodlar müzakirə edilib.