• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Tottenhem” “Aston Villa”ya çatmaq imkanını əldən verdi – TURUN ŞƏRHİ

Dünya futbolu

4-04-2024, 18:0

Srağagün premyer-liqada 31-ci tur start götürdü.

"Football-plus.az" xəbər verir ki, “Vest Hem”lə “Tottenhem” arasında keçirilən London derbisi böyük maraq doğururdu. Axı “mahmızlar” Çempionlar Liqasına, “çəkicdöyənlər” isə avrokuboklara vəsiqə qazanmağa iddialıdı. Derbi bütün oyunöncəsi gözləntiləri doğrultdu və inadkar mübarizə şəraitində keçdi. 4-cü dəqiqədə Bouen Kudusun asmasından sonra “Tottenhem”in qapıçısı Vikarionu məyus etmək imkanını qaçırdısa, Conson “Vest Hem”i bağışlamadı. Porro ilə Son Hın Min fərqi artıra bilərdi. Amma belə olmadı, əvəzində “Vest Hem” “status-kvo”nu bərpa etdi. Moyesin komandasının köməyinə künc zərbəsi çatdı, Bouenin ötürməsindən sonra Zuma fərqləndi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda komandalar fasilə ərəfəsində hərəyə bir təhlükəli vəziyyət yaratdı. İkinci hissənin əvvəli də “çəkicdöyənlər”in təzyiqi altında keçdi. Antonio ilə Mavropanosun zərbələrindən sonra Vikario etibarlı oynadı, Paketanın zərbəsindən sonra isə top qapıdan azca aralı keçdi. Tezliklə “Vest Hem” qəti şəkildə müdafiəyə çəkildi. Meydan sahiblərindən yalnız Antonionun təkbətəki boşa verməsi yadda qaldı. Qonaqlar uzatma dəqiqələrində çox arzuladığı qələbə qolunu vura bilərdi. Ancaq Fabyanski Udocinin zərbəsinə əla reaksiya göstərdi. “Vest Hem” Moyesin rəhbərliyi altında ardıcıl 4-cü dəfə evdə “Tottenhem”ə uduzmadı. “Mahmızlar” dünən “Mançester Siti” ilə çətin səfər oyununa çıxan “Aston Villa”ya çatmaq imkanını qaçırdı. Evdə bütün turnirləri əhatə edən məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdıran “Vest Hem” isə “Nyukasl”ın irəli keçməsinə imkan vermədi.

Yeri gəlmişkən, “sağsağanlar” evdə “Everton”un müqavimətini qıra bilmədi. Liverpul təmsilçisi 3 oyunluq məğlubiyyət seriyasını məhz bu oyunda bitirdi. Baxmayaraq ki, oyun “Nyukasl” üçün yetərincə yaxşı başlamışdı. İsak 15-ci dəqiqədə müdafiəçiləri arxada qoyaraq ardıcıl 4-cü oyunda fərqləndi. Meydan sahibləri bundan sonra da dəfələrlə fərqi artırmaq imkanı qazandı. “Sağsağanlar” belə “bədxərcliyin” əvəzini sonda çox ağır çəkildə ödədi. Sonradan oyuna qoşulan Kalvert-Lüin 88-ci dəqiqədə Yanqa qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirməklə “Everton”u məğlubiyyətdən qurtardı. O, ötən ilin sentyabrından bəri ilk dəfə rəqib qapısına yol tapdı. Bu heç-heçə “Nyukasl”ı ən azı birgünlüyə 8-ci pillədə saxladısa, “göylər” də təhlükəli zonadan 4 xal irəlidədi.

“Everton” kimi “Nottingem Forest” də nəyin bahasına olur-olsun, elitada yerini qorumağa çalışır. “Meşəçilər” evdə “Fulhem”i məğlub etməklə bu yolda nəhəng addım atdı. Yerli azarkeşlərin oyundan əvvəl futbolçulara ünvanladığı mesaj belə idi: çıxın və öz oyununuzu oynayın! Meydana bu mesajın təsiri altında çıxan “meşəçilər” ilk 20 dəqiqə bitməmiş 2:0 öndə idi. Hadson-Odoi 9-cu dəqiqədə hesabı açdı, Vud 19-cu dəqiqədə fərqi artırdı. Oyunun belə axarından narazı qalan “bağbanlar”ın baş məşqçisi Marko Silva çıxış yolunu 33-cü dəqiqədə üçlü dəyişikliyə əl atmaqda gördü. Ancaq bu gediş özünü doğrultmadı. Əksinə, Gibbs-Uayt uzatma dəqiqələrində 3-cü qolu da qonaqların qapısından keçirdi. “Fulhem” bütün 2-ci hissə boyunca “meşəçilər”i təzyiq altında saxlasa da, təsəlli qolunu belə vura bilmədi. Martın 18-də hesabından 4 xal silinən “Nottingem Forest” son iki turda məhz bu qədər xal qazanıb və elitada qalmaq ümidinin davam etdirir.

Çərşənbə günü keçirilən digər oyunlara gəlincə, aşkar autsayderlərdən “Bernli” evdə “Vulverhempton”dan xal aldı, “Kristal Pelas”ı Klyuvertin yeganə qolu ilə məğlub edən “Bornmut” hesabına daha 3 xal yazdı.

31-ci tur
Vest Hem – Tottenhem 1:1
Zuma, 19 – Conson, 5.
Tottenhem: Vikario, Udoci, Van de Ven, Romero, Porro, Bissuma (Heybyerq, 82), Bentankur (Sarr, 70), Verner (Rişarlison, 82), Meddison (Kulusevski, 70), Conson (Lo Çelso, 90), Son Hın Min.
Nottingem Forest – Fulhem 3:1
Hadson-Odoi, 9. Vud, 19. Gibbs-Uayt, 45+3 – Adarabioyo, 49.
Nyukasl – Everton 1:1
İsak, 15 – Kalvert-Lüin, 88-p.
Bernli – Vulverhempton 1:1
Brun-Larsen, 37 – Ayt-Nuri, 45+3.
Bornmut – Kristal Pelas 1:0
Klyuvert, 79.
Arsenal – Luton 2:0
Edeqor, 24. Hasioka, 44-öz qapısına.
Brentford – Brayton 0:0
Mançester Siti – Aston Villa 4:1
Rodri, 11. Foden, 45+1; 62; 69 – Duran, 20.
“Liverpul” – “Şeffild Yunayted”, “Çelsi” – “Mançester Yunayted” oyunları bu gün keçiriləcək.
1. Arsenal 30 21 5 4 72-24 68
2. Liverpul 29 20 7 2 67-27 67
3. Mançester S. 30 20 7 3 67-29 67
4. Aston Villa 31 18 5 8 63-46 59
5. Tottenhem 30 17 6 7 62-44 57
6. Mançester Y. 29 15 3 11 40-40 48
7. Vest Hem 31 12 9 10 50-55 45
8. Nyukasl 30 13 5 12 64-52 44
9. Brayton 30 11 10 9 51-46 43
10. Vulverhempton 30 12 6 12 43-47 42
11. Bornmut 30 11 8 11 44-53 41
12. Çelsi 28 11 7 10 49-47 40
13. Fulhem 31 11 6 14 47-50 39
14. Kristal Pelas 30 7 9 14 34-50 30
15. Brentford 31 7 7 17 42-55 28
16. Everton (-6) 30 8 8 14 31-42 26
17. Nottingem F. (-4) 31 7 8 16 39-53 25
18. Luton 31 5 7 19 43-64 22
19. Bernli 31 4 7 20 32-66 19
20. Şeffild Y. 29 3 6 20 27-77 15
Bombardirlər: Holann (MS) - 18, Uotkins (Aston Villa), Salah (Liverpul), Solanke (Bornmut) - 16, Bouen (Vest Hem), Son Hın Min (Tottenhem), İsak (Nyukasl) – 15.

Reaksiyalar
Angelos Postekoğlu, “Tottenhem”in baş məşqçisi:

“Bəli, “Vest Hem”in stadionuna gələndə əziyyət çəkirsən. Rəqib güclü komandadı, yığcam müdafiə olunur, bu üzdən dözüm göstərmək lazımdı. Düşünürəm ki, bunun öhdəsindən gəldik. Nəticəyə görə yox, oyunun bizim üçün ağır keçməsinə görə məyusam. Qolumuz yaxşı düşünülmüş gediş idi, bunun üzərində işləmişdik. Qarşıda hələ çox oyun var. Hansısa oyun gərgin mübarizə şəraitində keçməsə, təəccüblənərəm. Hər komanda hansısa hədəf uğrunda mübarizə aparır. Biz öz səviyyəmizi qorumalıyıq”.


Devid Moyes, “Vest Hem”in baş məşqçisi:
“Oyundan əvvəl məndən soruşsaydılar, bəli, heç-heçəyə razılıq verərdim. Ona görə ki, “Tottenhem” həqiqətən yaxşı komandadı. Hər kəs “Tottenhem”in oyun üslubundan xəbərdardı. “Mahmızlar”ın qarşısını almaq üçün bəzi dəyişikliklər etmək lazım gəldi. “Vest Hem” bu gün yaxşı çalışdı, uşaqların haqqını verməliyik. Rəqibə çoxlu təhlükə yaşatdıq. Səmimi şəkildə belə hesab edirəm ki, bu gün məğlubiyyətə layiq deyildik. Bəlkə də heç-heçə ədalətli nəticədi. Həftəsonu keçirdiyimiz “Nyukasl”la oyunla müqayisədə bu gün daha yaxşı təşkilatlanmış şəkildə mübarizə apardıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-03-2024, 18:0

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

19-04-2023, 12:0

“Arsenal”la “Siti” arasındakı xal fərqi bir qədər də azaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

14-02-2024, 21:0

“Arsenal” darmadağın etdi, qalan nəhənglər də qələbə qazandı

Dünya futbolu

5-02-2024, 22:0

“Liverpul” və “Siti” inamlı qələbə qazandı

Dünya futbolu

3-05-2023, 19:0

“Şəhərlilər” zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Aktual
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Son xəbərlər
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
Daha çox
Oxunub: 203
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə