“Formula-1” komandalarından RB (əvvəlki adı “Toro Rosso”) Daniell Rikkyardonu Liam Louson ilə əvəz edə bilər.
"Football-plus.az" xəbər verir ki, “The Herald”ın yaydığı xəbərə görə, RB-nin şərəfini qoruyan avstraliyalı qarşıdakı iki mərhələni də boşa versə, əvəzlənəcək. Rikkyardo cari mövsümün ilk üç mərhələsində bir dəfə də top-10-da düşməyib. 34 yaşlı pilot ev mərhələsində təsnifatın 2-ci seqmentinə də adlaya bilməyib. Dünya çempionatında növbəti mərhələlər Yaponiyada (5-7 aprel) və Çində (19-21 aprel) keçiriləcək.