• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Arveladze Gürcüstanın AÇ-də çətin qrupa düşdüyünü düşünmür

Dünya futbolu

3-04-2024, 19:0

Məlum olduğu kimi, Gürcüstan yığması böyük uğura nail olaraq tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı.

"Football-plus.az" xəbər verir ki, özü də bu komanda bu yay Almaniyada keçiriləcək qitə turnirinin qrup mərhələsinə Türkiyəyə qarşı oyunla start verəcək. Bu oyun iyunun 18-də Dortmundda baş tutacaq. Bu iki komanda ilə yanaşı, qrupda Portuqaliya və Çexiya da yer alır. Bu arada Gürcüstan futbolunun əfsanəsi, Türkiyədə də yetərincə populyar olan Şota Arveladze “Hürriyət” nəşrinə açıqlamalar verib. Bu yaxınlarda “Fatih Karagümrük”ün baş məşqçisi postundan istefa verən 51 yaşlı Arveladze həmyerlilərinin uğurundan və Türkiyənin son durumundan danışıb.

* Gürcüstanın AÇ-nin final mərhələsinə vəsiqə qazanması ölkənin hər bir vətəndaşını sevincə qərq etdi. Çox xoşbəxtik. Bu, Gürcüstan futbolu və ölkədəki futbolsevərlər üçün olduqca mühüm olaydı. Hətta deyərdim ki, bizim üçün bayram qədər böyük uğurdu. Bu uğurda fransalı mütəxəssis Villi Sanyolun əvəzsiz rolu var. Komandanın başına keçdiyi ilk gündən etibarən çox yaxşı çalışırdı. İşini məsuliyyətli şəkildə yerinə yetirərək bizə bu cür sevinc yaşatdı. İndi bunu davam etdirməyə çalışacağıq. Çünki yaxşı oyunçulara malikik. Kvaratsxeliya, Çakvetadze, Davitaşvili, Zivzivadze, qapıçı Mamardaşvili... Bunların hamısı aparıcı futbol ölkələrində top qovan oyunçulardı.

* Bizim üçün tam yeni bir təcrübə olacaq. Çünki heyətdəki heç bir futbolçunun belə böyük turnirdə oynamaq təcrübəsi yoxdu. Amma digər tərəfdən, çox da qorxulu bir qrupa düşdüyümüzü deməzdim. Yəni bəxtsizlikdən şikayətlənmək, hədsiz dərəcədə çətin rəqiblərlə oynayacağımızı iddia etmək düzgün olmaz. Gürcüstanın bu qrupda hər komandaya qarşı layiqincə mübarizə apara biləcək bir komandası var. Düzdü, az öncə dediyim kimi, AÇ təcrübəmiz yoxdu. Amma əvəzində Çempionlar Liqasında, eləcə də Avropanın güclü çempionatlarında top qovan oyunçularımız var. Sona qədər mübarizə aparan, öz sisteminə sadiq qalan və ən əsası əla forma yaxalayan bir komandamız var. Digər komandaların əsas üstünlüyü təcrübə olacaq. Çünki onlarda daha öncə AÇ-də oynamış futbolçular var.

* Türkiyəyə gəlincə, bu komandanın necə oynayacağını proqnozlaşdırmaq çətindi. Çünki Türkiyənin gah çox yaxşı, gah da çox pis performans sərgilədiyi hamıya məlumdu. Yaxın keçmişdə Türkiyənin önəmli uğurları olub. Onlar üçün qrupdan çıxmaq vacibdi. Pley-offa vəsiqə qazansalar, artıq onlardan hər şey gözləmək olar. Türkiyənin AÇ-2024-ə qrup lideri kimi yollanacağını az adam proqnozlaşdırardı. Çünki seçmə mərhələdə çətin qrupa düşmüşdülər. Xorvatiyanı səfərdə məğlub etmələri böyük sürpriz oldu. Montella yalnız işinə kökləndi və qısa müddət ərzində çox yaxşı işlər gördü. Türkiyə ilk dəfə AÇ-nin final mərhələsinə qrup lideri kimi yollandı. Bəlkə də bu məqam oyunçularda bir qədər rahatlıq yaratdı. Belə məqamda rahatlığın olması yaxşı haldı. Türkiyə stress altında olmadan rahat futbol oynayacaq. Düzdü, hazırlıq matçlarında da komandadan çox şey gözləyənlər var idi. Macarıstana uduzsalar da, 4-5 qol fürsətini boşa verdilər. Həm statistik göstəricilər baxımından, həm də oyun olaraq yaxşı təsir bağışladılar. Futbol elə oyundu ki, rəqib oyunboyu bir dəfə hücum edib qalib gələ bilir.
* Avstriya ilə oyundakı nəticəni isə təbii ki, heç kim gözləmirdi. Heyətdə bəzi yeni oyunçular var idi. Bu məğlubiyyətlər bəlkə də Türkiyəyə faydalı olacaq. Bəzən komanda daxilində “biz çox güclüyük, yaxşı futbolçularımız var, güclü çempionatlarda və nəhəng klublarda oynayan oyunçulara sahibik” düşüncəsi hökm sürə bilir. Bu cür oyunlar və bu cür nəticələr ilk növbədə məhz onlara mesaj olmalıdı. Yığmaya çağrılan futbolçularda zaman ötdükcə istər-istəməz müəyyən eqo yaranır. Bu yığma pəncərəsinə qədər Montella türkiyəli fanatların gözündə çox yaxşı məşqçi idi. Çünki buna qədər işlər qaydasında gedirdi. Bu iki məğlubiyyət hər mənada Türkiyəyə təcrübə qazandıracaq. Türkiyə mətbuatında dərhal sərt tənqidlər səsləndirildi. Bu tənqidlər Montellanı daha da güclü edəcək və inkişaf etdirəcək. Bunları nəzərə alaraq komandasını və özünü qarşıdakı oyunlara hazırlaşdıracaq.
* Mən şəxsən Hakan Çalhanoğlunun AÇ-də adından söz etdirəcəyini düşünürəm. Yaşa dolduqca və təcrübə topladıqca çox inkişaf etməyə başlayıb. Meydanın mərkəzində inanılmaz dərəcədə fərq yarada bilən futbolçudu. Eyni zamanda mübarizələrdən heç vaxt çəkinmir. Arda Güləri də çox bəyənirəm. Necə istedada malik olduğunu onsuz da hər kəs bilir. O da yaxşı formada olduqda fərq yarada bilən futbolçulardandı. İndi Ardanın yeganə problemi oyun praktikasının azlığıdı. Bu yaşda futbolçu gərək oynayaraq inkişaf etsin. Arda isə məşq edərək inkişaf etməyə çalışır. “Real”da əsas heyət üzvü sayılmadığı və nə vaxt oynayacağını bilmədiyi üçün ona da çətindi. “Real”da onun üçün əsas müsbət məqam təcrübəli futbolçularla məşq edərək fiziki cəhətdən özünü inkişaf etdirməsidi. Ardanın AÇ-də Türkiyəyə böyük faydası dəyə bilər.

Paylaş:
Digər xəbərlər

AÇ

28-03-2024, 21:0

Milli futbolçular ordenlə təltif olunacaq

Dünya futbolu / Manşet

10-03-2024, 21:0

''Qalatasaray''ı kubokdan kənarlaşdıran məşqçi istefa verdi

AÇ

26-03-2024, 23:0

Gürcüstan Avropa çempionatının final mərhələsində

AÇ

3-12-2023, 14:0

Türkiyə AÇ-nin qrupunda hansı stadionlarda oynayacaq?

Manşet / Avropa Liqası

15-12-2023, 01:0

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

AÇ

27-03-2024, 02:0

AÇ-2024-ün bütün iştirakçıları müəyyənləşdi

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Bu gün, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Bu gün, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 80
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə