AÇ-2024-ün bütün iştirakçıları müəyyənləşdi

27.03.2024 02:40 195
AÇ-2024-ün pley-off mərhələsinə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, turnirin bütün iştirakçıları müəyyənləşib. Gürcüstan penaltilər seriyasında Yunanıstanı, Polşa Uelsi, Ukrayna isə İslandiyanı məğlub edərək final mərhələsinə vəsiqə qazanıb.

AÇ, pley-off görüşləri
Gürcüstan - Yunanıstan 0:0, pen. 4:2
Uels - Polşa 0:0, pen. 4:5
Ukrayna - İslandiya 2:1


Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.