Bu gün futbol üzrə ölkə kubokunun yarımfinal mərhələsi başlayır.
İlk oyunda “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Bu oyun saat 20.00-da “Neftçi Arena”da start götürəcək. Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək. Onun premyer-liqanın cari mövsümündə idarə etdiyi 4 matçın heç birində “Neftçi” qələbə qazana bilməyib. Amma “Qarabağ” 3 oyunun ikisində qələbə qazanıb. Bunlardan biri də 17-ci turda “Neftçi”yə qarşı olub.
7-ci tur. Zirə - Neftçi 1:1
11-ci tur. Neftçi - Sabah 0:1
13-cü tur. Qarabağ - Səbail 3:1
17-ci tur. Qarabağ - Neftçi 2:0
22-ci tur. Qarabağ - Sabah 3:3
26-cı tur. Kəpəz - Neftçi 3:3
GÜNAY SÜLEYMANOVA