• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

1:5... Günah kimdədi?

Yığma / Manşet

22-03-2024, 21:0

U-21 millimiz Avropa çempionatının növbəti seçmə oyunundan üzüağ ayrıla bilmədi - 1:5.

Rəqib istənilən meyar üzrə bizimkilərdən daha üstün İngiltərə idi. Düzü, yığmamızın qələbəsi sensasiya sayılacaqdı. Yəni reallıq ümidli olmağa əsas vermirdi. Lakin oyun göləniləndən də pis nəticə ilə bitdi.

Baş məşqçi Samir Əliyev "çərçivə"ni qorumağı "Sabah"ın qapıçısı Rüstəm Samiqullinə tapşırmışdı. Onu həm təcrübə, həm də boy baxımından qabaqlayan Amin Ramazanov (Qarabağ) isə ehtiyatda idi. Əlbəttə, rəqibin elə futbolçuları var ki, təcrübə və dəyərdə nəinki U-21, əsas millimizin bütün üzvlərini üstələyir! Amma şanslardan niyə maksimum yararlanmayaq ki?!

Matçın detallarına ötəri nəzər salsaq, U-21-in qapısından iki qol keçirən Harvi Elliott "Liverpul"un hücumameyilli yarımmüdafiəçisidi. O, həm də yarımmüdafiədə möhtəşəm iş ortaya qoyur. 35 milyon avroluq futbolçu keyfiyyətini ilk fürsətdə ortaya qoydu. 20 yaşlı oyunçu "Liverpul"un heyətində müntəzəm çıxış edir (24 oyun, 2 qol, 3 məhsuldar ötürmə) İkinci qolun müəllifi Noni Madueke isə "Çelsi"də ara-sıra meydana çıxır (5 oyun, 1 qol, 1 məhsuldar ötürmə). Buna baxmayaraq, özgüvənli və dəqiq oyunla yadda qalmağı bacarır. 25 milyon avro dəyəri olan hücumçunun 22 yaşı var. Üçüncü qol Teylor Harvud-Bellisdən gəldi. Mərkəz müdafiəçisi çempionşip iştirakçısı "Sauthempton"un müntəzəm meydana çıxan üzvüdü (30 oyun, 2 qol, 2 məhsuldar ötürmə). 22 milyon avro qiyməti olan futbolçu müqaviləylə "Mançester Siti"yə məxsusdu. Oyunda nöqtəni "16 milyon avroluq" Arçi Qrey qoydu. 18 yaşlı mərkəz müdafiəçisi çempionşip təmsilçisi "Lids"də forma geyir (36 oyun, 1 qol, 2 məhsuldar ötürmə).
Bizimkilərə gəlincə, etiraf edək ki, Samir Əliyevin dəvət etdiyi gənclər məxsus olduğu komandalarda ya meydana çıxsa da, fəal olmur, ya da ehtiyat oyunçular skamyasından boylanır. Mütəxəssis özü də bu barədə giley-güzarını matçdan öncə dilə gətirmişdi. Futbolçularımız meydanın hərarətini, rəqabətin ləzzətini az qala elə millinin heyətində dadır. Halbuki yığmaya daha hazırlıqlı oyunçular çağrılmalıdı.

Günah kimindi? Milliyə dəvət etmək üçün tam hazır futbolçu tapmaqda çətinlik çəkən Samir Əliyevdə? Yoxsa gənclərə şans verməkdən çəkinən, onları meydana buraxsa, turnir cədvəlində qaneedici pillələrdə deyil, aşağılarda qərarlaşacağını anlayan baş məşqçilərdə?

"Qarabağ"da "böyüyən", millidə "balacalaşan" Nəriman Axundzadə ingiltərəli həmyaşıdlarıyla təktətək mübarizələrdən niyə çəkindi? Emil Səfərov bir neçə dəfə rəqiblərin başını gicəlləndirsə də, niyə qeyri-dəqiq ötürmələrlə yadda qaldı? Fərid Yusifli Elliottun necə qol vurduğunu azarkeş kimi seyr etməkdənsə, öz işini görsəydi, daha yaxşı olmazdımı? Pambıqdan daha yumşaq müdafiə xəttindən gileylənək, yoxsa küt bıçağı xatırladan hücum cəhdlərindən? Ya da heç birindən. Bəlkə də günah gözəgörünməzlərdədi. Üçhərflilərdə yox! Vəziyyətin belə duruma gəlməsinə səbəb olan dördhərflidə...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Yığma

18-03-2024, 10:0

Samir Əliyev İngiltərə və Ukrayna ilə oyunlar üçün heyəti açıqladı

Ölkə futbolu

30-08-2023, 10:0

Millimizin iki üzvü top-klub üçün ən çox hazır olan gənclər siyahısında

Yığma

12-05-2023, 14:0

“Maksimum yaxşı hazırlaşıb seçmə mərhələyə hazır olmalıyıq" - AÇIQLAMA

Dünya futbolu

17-08-2023, 23:0

“Liverpul”a yaponiyalı futbolçu gəlir

Dünya futbolu

14-08-2022, 18:0

"Liverpul"da yeni müqavilə

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Daha çox
Oxunub: 208
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 190
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə