“Qurban Qurbanova Türkiyədə ən azı üç mövsüm güvənməlidilər” – niyə?

22.03.2024 11:30 1 221
Aktual / Ölkə futbolu
“Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışı təkcə futbolçuları yox, komandanın baş məşqçisi Qurban Qurbanovu da dünya arenasında vitrinə çıxarıb. Xüsusən də qardaş Türkiyənin bəzi aparıcı klubları Qurban bəyin xidmətində maraqlıdı.

Bunların önündə isə “Qarabağ”ın baş məşqçisinin azarkeşlik etdiyi “Beşiktaş” qərarlaşıb. “Qara qartallar”ın portuqaliyalı mütəxəssis Fernando Santoşun işindən narazı olması, onun əvəzinə Qurban Qurbanovu komandaya gətirmək istəyi ilə bağlı yazılar dərc olunur.

Görəsən, Qurbanov Türkiyəyə üz tutarsa, orda nə dərəcədə uğurlu ola bilər? Bu yöndə skaut/vasitəçi Emil Şükürova tribuna verdik:

“Qürurvericidi. Qurbanovun gördüyü iş və qazandığı nəticələr diqqətdən kənarda qalmır. Hocamız Azərbaycanın futbol səviyyəsini çoxdan aşıb, artıq yeni çağırışları qəbul edə bilər. Gedərsə, nəticə verə biləcəyi mühitin olması və ən azı üç mövsüm ona güvənilməsi lazımdı. Bu səbəbdən də daim avrokuboklar uğrunda mübarizə aparan komandaya getməsi düzgün olardı. Türkiyə, Rusiya liqaları maliyyə baxımından fərqli, daha yüksək səviyyəli oyunçularla iş deməkdi. Bu üzdən mütləq şəkildə ona uzun müddət güvənəcək rəhbərliyin olması şərtdi. Gerisini Qurbanovun həll edəcəyinə əminəm”.

KAMAL SƏFƏR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul