• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Artıq “Barsa” “Real”ın ən yaxın izləyicisidi – TURUN ŞƏRHİ

Dünya futbolu

20-03-2024, 19:0

La Liqada 29-cu turun ən önəmli məqamları “Almeriya”nın mövsümdə ilk qələbəsini qazanması, “Barselona”nın “Atletiko”nu darmadağın etməsi və “Jirona”nın gözlənilmədən “Xetafe”yə uduzmasıdı.

"Football-plus.az" xəbər verir ki, “Real”ın “Osasuna” üzərindəki qələbəsi isə gözlənilən idi. Beləliklə, yığma fasiləsi ərəfəsində “Barselona” Madrid nəhənginin əsas izləyicisinə çevrildi.

“Osasuna” – “Real” oyunu şən və məhsuldar keçdi. Artıq 7-ci dəqiqəyə qədər komandalar hərəyə bir qol vurdu. Qonaqlar 18-ci dəqiqədə növbəti dəfə hesabda irəli çıxdı. Valverdenin gözəl ötürməsindən sonra Karvaxal fərqləndi. 2:1 hesabının təhlükəli olduğunu anlayan “Real” fasilədən dərhal sonra üstünlüyünü möhkəmlətməyə çalışdı. 61-ci dəqiqədə yenə Valverde meydanın mərkəzindən başla Diasa ötürmə verdi, o isə sürəti hesabına cərimə meydançasına daxil olaraq qapıçıya heç bir şans vermədi. Ardından Vinisius komandasının 4-cü qolunu vurdu və bu dəfə də assistent Valverde idi. “Ağ şimşəklər” uzatma dəqiqələrinə qədər hesabı 7:1 və ya 8:1 də edə bilərdi. Ancaq qapıçı Errera Vinisiusla Rodriqonun zərbələrinin qarşısını aldı. Munyos uzatma dəqiqələrində “Osasuna”nı darmadağından qurtardı. Arda Gülərin final fiti ərəfəsində meydanın mərkəzindən vurduğu zərbə tirdən döndü.
Belə çıxır ki, “Jirona” artıq çempionluq uğrunda mübarizənin tempinə davam gətirmir. Hətta Kataloniyanın kiçik təmsilçisinin bu gedişlə “ÇL zonası”ndan uzaq düşməsi də tam realdı. “Xetafe” ilə oyunlar nadir hallarda gözəl alınır. Hakim bu qarşılaşmada ilk dəqiqələrdən vərəqələri sağa-sola payladı. Meydanın hər qarışı uğrunda mübarizə gedirdi, ancaq baxımlı oyun yox idi. Qonaqların qapısına ilk zərbə qolla nəticələndi. 33-cü dəqiqədə Santyaqo topu qapının uzaq küncünə necə göndərdisə, Qassaniqa yerindən tərpənə bilmədi. “Jirona” qoldan sonra fəallaşsa da, Dovbikin oyunu heç cür alınmırdı. Ukraynalı hücumçu iki dəfə əlverişli vəziyyətdə topu qapının yanından vurdu. Fasilədən sonra da hakim vərəqə yağdırmaqda idi. Bu oyunda hər komandadan 4 futbolçu “sarı” ilə cəzalandırıldı. Referi 2-ci hissəyə 10 dəqiqə artırsa da, “Jirona” bərabərlik qolunu vura bilmədi.

Belə görünür ki, Dieqo Simeonenin “Atletiko”suna qarşı “Barselona”nın 2-ci, hətta 3-cü komandası da çıxsa, yenə ən azı heç-heçə edəcək. “Hindular” bir ildən artıq idi evdə heç kimə uduzmurdu. Bilirsizmi, bu əzəmətli seriya hansı komanda ilə oyundan sonra başlamışdı? Bəli-bəli, məhz “Barsa” ilə oyundan sonra! Hər iki komanda oyuna çox pis başladı: çoxlu səhv, top itkisi, qapıya qeyri-dəqiq zərbələr. Həm Çempionlar Liqasının oyunlarından sonrakı yorğunluq, həm də ümumi əsəbi fon özünü göstərirdi. Yalnız hissənin sonuna yaxın “Barsa” oyununu tapdı və Oblakın qoruduğu qapıya hücum dalğası başladı. Rafinyanın baş zərbəsi qeyri-dəqiq oldu, Oblak Lopesin zərbəsini dəf etdi, ancaq 38-ci dəqiqədə Feliş hesabı açdı. Levandovski sol cinahdan cərimə meydançasına elə ötürmə göndərdi ki, portuqaliyalıya yanız topa toxunmaq qaldı. Simeone fasilədən sonra Qrizmann ilə Depayı “döyüşə atmaqla” oyunun axarını dəyişməyə çalışsa da, oyun canlanan kimi Levandovski fərqi artırdı. Qəzəblənən “hindular” təzyiqi artırdılar. Ancaq bu dəqiqələrdə Ter Ştegen qapıda xarüqələr yaradırdı. 65-ci dəqiqədə oyunun taleyini həll edən qol vuruldu. Levandovski bu dəfə assistent rolunu oynadı. “Atletiko”nu darmadağın edən “Barsa” “Real”ın çempionluq niyyətinə sona qədər əngəl olmağa çalışacağını göstərdi. Amma əzəli rəqiblər arasındakı xal fərqi yetərincə böyükdü.

Turun qalan oyunlarına gəlincə, “Alaves”i məğlub edən “Atletik” “ÇL zonası”na yüksəldi. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardan “Real Sosyedad” evdə “Kadis”ə iki cavabsız qolla qalib gəldi, “Betis” səfərdə “Rayo Valyekano”ya eyni hesabla uduzdu. “Malyorka” – “Qranada”, “Vilyarreal” – “Valensiya”, “Las-Palmas” – “Almeriya” oyunlarının taleyini bir qol müəyyənləşdirdi. “Selta” isə səfərdə “Sevilya” üzərində əzmkar qələbə qazandı.

29-cu tur
Osasuna – Real 2:4
Budimir, 7. Munyos, 90+1 – Vinisius, 4; 64. Karvaxal, 18. Dias, 61. (22430)
Real: Lunin, Mendi (F.Qarsiya, 85), Rüdiger, Çuameni, Karvaxal, Kroos (Vaskes, 77), Kamavinqa (Naço, 72), Valverde, Vinisius (Gülər, 85), Rodriqo, Dias (Modriç, 72).
Atletiko – Barselona 0:3
Feliş, 38. Levandovski, 47. Lopes, 65. (68253)
Atletiko: Oblak, Saviç, Mandava, Vitsel, Barrios, Lino (Qrizmann, 46), Molina, Lyorente (Koke, 58), De Paul (Saul, 66), Rikelme (Korrea, 58), Morata (Depay, 46).
Barselona: Ter Ştegen, Fort (Kasado, 82), Kubarsi, Arauxo, Kunde, Lopes (Martines, 82), Roberto (Romeo, 77), Gündoğan, Feliş (Roke, 77), Rafinya (Yamal, 61), Levandovski.
Xetafe – Jirona 1:0
Santyaqo, 33. (12912)
Jirona: Qassaniqa, Blind, Xuanpe, E.Qarsiya, Kouto, A.Qarsiya (Solis, 54), Martin, Savio, Torre (X.Qarsiya, 77), Portu (Stuani, 77), Dovbik.
Atletik – Alaves 2:0
Quruseta, 32; 37. (48257)
Atletik: Simon, Lekue, Yeray, Vivian, De Markos, Prados (D.Qarsiya, 70), De Qalarreta (Vesqa, 81), N.Uilyams (Berenger, 77), Qomes (Munyain, 70), İ.Uilyams, Quruseta (R.Qarsiya, 77).
Real Sosyedad – Kadis 2:0
Merino, 28. Zaxaryan, 68. (31000)
Rayo Valyekano – Betis 2:0
Lejen, 40. Kamelyo, 78. (13264)
Malyorka – Qranada 1:0
Railyo, 85. (16477)
Vilyarreal – Valensiya 1:0
Kuenka, 54. (20647)
Las-Palmas – Almeriya 0:1
Baptistao, 14. (22865)
Sevilya – Selta 1:2
Ən-Nəsiri, 18 – Peres, 72. Strand Larsen, 78. (36554)
1. Real 29 22 6 1 64-20 72
2. Barselona 29 19 7 3 60-34 64
3. Jirona 29 19 5 5 59-34 62
4. Atletik 29 16 8 5 50-26 56
5. Atletiko 29 17 4 8 54-34 55
6. Real Sosyedad 29 12 10 7 42-31 46
7. Betis 29 10 12 7 34-33 42
8. Valensiya 28 11 7 10 32-32 40
9. Vilyarreal 29 10 8 11 47-51 38
10. Xetafe 29 9 11 9 37-42 38
11. Las-Palmas 29 10 7 12 29-32 37
12. Osasuna 29 10 6 13 33-43 36
13. Alaves 29 8 8 13 26-35 32
14. Malyorka 29 6 12 11 25-35 30
15. Rayo Valyekano 29 6 11 12 25-38 29
16. Sevilya 29 6 10 13 36-44 28
17. Selta 29 6 9 14 32-44 27
18. Kadis 29 3 13 13 20-40 22
19. Qranada 28 2 8 18 30-58 14
20. Almeriya 29 1 10 18 28-57 13
Bombardirlər: Bellingem (Real) – 16, Mayoral (Xetafe), Budimir (Osasuna) – 15, Dovbik (Jirona), Morata (Atletiko) 14.
Növbəti turun oyunları martın 29-u – aprelin 1-i aralığında keçiriləcək: Kadis – Qranada, Xetafe – Sevilya, Almeriya – Osasuna, Valensiya – Malyorka, Barselona – Las-Palmas, Selta – Rayo Valyekano, Jirona – Betis, Alaves – Real Sosyedad, Real – Atletik, Vilyarreal – Atletiko.

Turun rəqəmi
900 – Karlo Ançelotti Avropanın aparıcı liqalarında baş məşqçi kimi keçirdiyi oyunların sayını bu həddə çatdırdı. 64 yaşlı italiyalı mütəxəssis bu oyunların 541-də qalib gəlib, 202-də heç-heçə edib, 156-da uduzub. “Böyük beşlik” ölkələrinin hamısında çempion olmağı bacaran Ançelottinin klublar üzrə oyun sayı belədi: “Parma” (68), “Yuventus” (84), “Milan” (283), “Çelsi” (76), PSJ (57), “Bavariya” (40), “Napoli” (53), “Everton” (58), “Real” (180).

Turun ulduzu
Robert Levandovski (Barselona) – komandasının hər üç qolunda yaxından iştirak etdi, tərifəlayiq oyun göstərdi. Düzdü, Valverde də hesabına üç məhsuldar hərəkət yazdı, ancaq rəqiblərin statusundakı fərqi nəzərə almaq lazımdı: “Atletiko” “Osasuna” deyil.

Turun sitatı
Miçel, “Jirona”nın baş məşqçisi:

“Hər məğlubiyyət bizi narahat edir. Çempionlar Liqasına yer uğrunda mübarizə aparırıq. Bunun üçün tarixi şansımız var, bacarmasaq, mənim üçün ağır zərbə olacaq. ÇL-də düşməyə qadir komandamız var, bunu haqq etmişik”.

Faktlar
* Cari mövsümdə 15-ci qolunu vuran Budimir “Osasuna” oyunçuları arasında 21-ci əsr üçün rekord müəyyənləşdirdi. Ümumiyyətlə, bir mövsüm ərzində vurulan qol sayına görə klub tarixinin rekordçusu isə Xulian Verqaradı. O, 1935/36 mövsümündə 20 dəfə fərqlənib.
* Valverde “Real”ın üç qolunun məhsuldar ötürməsini verdi. Uruqvaylı yarımmüdafiəçi komandasının heyətində 2022-nin mayından bəri bir çempionat oyununda 3 belə ötürmə verən ilk futbolçudu. Onda Modriç “Levante” ilə oyunda bunu bacarmışdı.
* “Real”ı bütün turnirlərdə 277-ci oyuna çıxaran Ançelotti 200-cü qələbəsini qazandı. O, “Real”da bunu bacaran 2-ci, İspaniya elitasının tarixində isə 6-cı calışdırıcı oldu. Ançelotti 200 qələbə həddinə hamıdan tez çatıb. İndiyə qədər La Liqa klublarında 200 qələbəni Migel Munyos 289-cu (Real), Dieqo Simeone (Atletiko) 321-ci, Yohan Kroyff (Barselona) 330-cu, Luis Araqones 393-cü (Atletiko), Arsenio İqlesias (Deportivo) 425-ci oyunda qazanmışdı. Ançelottinin 200 qələbəsi turnirlər üzrə belə bölünüb: La Liqa – 129, ÇL – 43, İspaniya kuboku – 18, İspaniya Superkuboku – 4, klublarası dünya çempionatı – 4, Avropa Superkuboku – 2. Yalnız Migel Munyos “Real”ın baş məşqçisi kimi Ançelottidən daha çox – 357 qələbə qazanıb.

Reaksiyalar
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Bütün qələbələrlə qürur duyuram. Yaxşı oynayıb 3 xal qazandıq. Yığma fasiləsinə həmişəkindən daha yaxşı durumda yollanırıq. Vinisius “Real”ın oyununa göstərdiyi təsirlə həlledici futbolçudu. Bu gün daha çox qol vura bilərdi. Ona çox təzyiq göstərirlər, özünə daha yaxşı nəzarət etməlidi. Bu gün, demək olar ki, bütün qərarları doğru idi. Rəqiblər də Vinisiusa münasibətdə özünü ədalətli apardı. Hə, bəzən ayağına vururdular, ancaq bunlar sırf oyun anı idi. Vinisius daha yaxşı olacaq, çünki ciddi, təvazökar və ağıllı oğlandı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

15-11-2023, 22:0

“Real” darmadağın etdi, qalan liderlər də qələbə qazandı – TURUN ŞƏRHİ

---

3-10-2022, 10:0

"Real" "Osasuna" ilə oyunda xal itirdi

Dünya futbolu

11-10-2023, 19:0

“Real” darmadağın edir, “Barselona” isə xal itirir – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 16:0

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

29-09-2023, 23:0

“Malyorka” “Barsa”nın zəfər yürüşünü dayandırdı – TURUN ŞƏRHİ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 244
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə