• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” darmadağın edir, “Barselona” isə xal itirir – TURUN ŞƏRHİ

Dünya futbolu

11-10-2023, 19:0

9 turdan sonra yalnız bir komandanın “məğlubiyyət” xanasında “0” qalır ki, bu da “Barselona”dı.

"Football-plus.az" xəbər verir ki, kadr problemindən əziyyət çəkən kataloniyalılar “Qranada”ya uduza da bilərdi. Ancaq uduzmadılar – Saraqosanın dubluna yeniyetmə Yamal və vereran Roberto cavab verdi. Düzdü, heç-heçə Xavinin komandasını 3-cü pilləyə atdı. Çünki həm “Real”, həm də “Jirona” qələbə qazandı. “Sevilya” növbəti dəfə xal itirdi və bu nəticə Xose Luis Mendilibarın istefasına yol açdı. Avrokubokların digər iştirakçıları – “Vilyarrea” və “Betis” də xal itirməkdədi.

Evdə “Osasuna”nı darmadağın edən “Real” başqa oyunların nəticəsindən asılı olmayaraq liderliyi qorudu. Qonaqların meydanda az qala ayaqları əsirdi. Karvaxal 9-cu dəqiqədə hesabı açdı və bundan sonra ilk yarıda hansısa əlamətdar hadisə baş vermədi. Qonaqlar yalnız Budimirin “çərçivə”yə düşməyən zərbəsi ilə yadda qaldı. “Real” 2-ci hissədə təzyiqi artırdı ki, bu da dərhal bəhrəsini verməyə başladı. Xoselu təkbətəki boşa versə də, Bellingem dublu rəsmiləşdirdi. 65-ci dəqiqədə Vinisius fərqi darmadağın həddinə çatdırdı. Veteran Xoselu 70-ci dəqiqədə 4-cü qolu vurdu, sona yaxın isə penaltini boşa verdi. Bir sözlə, “Osasuna” bu oyunda çox zəif təsir bağışladı.

Turun ən dramatik keçən oyunlarından birində “Qranada” “Barsa”nı qəbul etdi. Buna qədər son üç oyunda Kataloniya nəhənginə uduzmayan “Qranada” 4-cü cəhddə də bunu bacardı, düzdü, həm də hakimlərin yardımı ilə. İlk yarım saatda autsayder çempionu, sadəcə, “yedi”. Artıq 17-ci saniyədə Qavinin mərkəzdəki səhvinin ardından hesab açıldı. 29-cu dəqiqədə Saraqosa daha bir qol vurdu. Belə düşünmək olardı ki, Levandovskisiz “Barsa” uduzmağa məhkumdu. Ancaq gənclər məsuliyyəti boynuna götürdü. İlk yarıya artırılan vaxtda Yaman qollardan birinin əvəzini çıxdı. “Barsa” fasilədən sonra o qədər fəal olmasa da, müəyyən imkanlar yaxaladı. Nəhayət, sona 5 dəqiqə qalmış kapitan Serxi Roberto topu qapıçının yanından tora göndərə bildi. Maraqlıdı ki, qonaqlar 3-cü qolu vurmağa da imkan tapdı. Amma hakim epizodla yaxından-uzaqdan əlaqəsi olmayan Torresin ofsaydda olduğunu bildirib, qolu saymadı.

“Jirona” “Real”dan aldığı sarsıdıcı məğlubiyyəti çox tez unudub. Kataloniyalılar səfərdə “Kadis”i məğlub etdi. Maçisin artıq 10-cu dəqiqədə meydandan qovulması da onların işinə yaradı. “Kadis”in oyunçusu mərkəzdə açıq ayaqla hücum etməklə birbaşa “qırmızı” gördü. “Jirona” ilk yarıda say üstünlüyünü maddiləşdirə bilməsə də, ikincidə bunu bacardı. Saatın tamamında Aleş Qarsiya cərimə meydançasının qövsü üzərindən qapını dəqiq nişan aldı.
Sonuncu dəfə sentyabrın 16-da “Valensiya”ya uduzan “Atletiko” həmin vaxtdan bəri qarşısına çıxanı əzir. Madrid derbisindəki qələbənin ardından “Osasuna” ilə “Kadis”i məğlub edən “hindular” bu dəfə “Real Sosyedad”la hesablaşdı. Lino 22-ci dəqiqədə hesabı açsa da, basklardan Oyarsabal 73-cü dəqiqədə bərabərlik qolunu vurdu. Amma son vaxtlar “Atletiko”nun “uğur çubuğu”na çevrilən Qrizmann 89-cu dəqiqədə Fernandesin əllə oynamasına görə təyin olunan penaltini qola çevirməklə “hindular”a heç də tam haqq etmədiyi qələbəni qazandırdı.

Turun başqa oyunlarıyla bağlı da maraqlı məqamlar var. “Atletik” bask derbisində “Real Sosyedad”a məğlubiyyətin acığını “Almeriya”dan çıxdı – 3:0. Kike Setyen “Vilyarreal”dan qovulandan sonra da “sarılar”ın nəticələri yaxşılaşmayıb. Onlar hesabat turunda evdə “Las-Palmas”a uduzdu – 1:2.

“Valensiya” ardıcıl iki məğlubiyyətdən sonra, nəhayət, xal qazana bildi. “Yarasalar” “Malyorka” ilə səfər oyununda heç-heçə etdi – 1:1. “Alaves” – “Betis” oyununda da eyni hesab qeydə alındı və burda da qollar ilk yarıda vuruldu. Evdə “Xetafe” ilə heç-heçəyə razılaşan “Selta”nın qələbəsiz oyunlar seriyası artıq 5-ə çatıb. “Sevilya” “Rayo Valyekano” ilə oyunda 0:2-ni 2:2-yə çevirə bilsə də, klub rəhbərliyi növbəti xal itkisinə dözmədi və çıxış yolunu Mendilibarı istefaya göndərməkdə gördü.

9-cu tur
Real – Osasuna 4:0
Bellingem, 9; 54. Vinisius, 65. Xoselu, 70. (70864)
Real: Kepa, Mendi, Rüdiger, Çuameni, Karvaxal (Vaskes, 79), Modriç (Dias, 79), Kamavinqa (Kroos, 67), Valverde, Bellingem (Sebalyos, 72), Vinisius (Rodriqo, 72), Xoselu.
Qranada – Barselona 2:2
Saraqosa, 1; 29 – Yamal, 45+1. Roberto, 85. (20354)
Barselona: Ter Ştegen, Balde, Kristensen, Kunde (Arauxo, 44), Kanselo, Lopes (Roberto, 61), Gündoğan, Qavi, Feliş, Yamal (Romeu, 76), Torres.
Atletiko – Real Sosyedad 2:1
Lino, 22. Qrizmann, 89-p. – Oyarsabal, 73. (65607)
Atletiko: Oblak, Ermoso, Vitsel, Aspilikueta (Saviç, 79), Lino (Qalan, 79), De Paul (Saul, 72), Koke, Lyorente (Rikelme, 72), Molina, Qrizmann, Morata.
Real Sosyedad: Remiro, Munyos, Le Norman (Paçeko, 65), Subeldiya, Traore, Merino (Zaxaryan, 65), Subimendi, Mendes, Barreneçea (Silva, 90), Kubo (Fernandes, 65), Oyarsabal (Sadik, 90).
Atletik – Almeriya 3:0
Quruseta, 10. D.Qarsiya, 63. Sanset, 81. (43677)
Kadis – Jirona 0:1
A.Qarsiya, 59. (16438)
Malyorka – Valensiya 1:1
Rodriges, 5 – Lopes, 45+3. (17659)
Sevilya – Rayo Valyekano 2:2
Sou, 50. Ən-Nəsiri, 90+6 – Valentin, 21. A.Qarsiya, 26. (35817)
Vilyarreal – Las-Palmas 1:2
J.Moreno, 90+2 – Koko, 45+2. Kardona, 51-p. (16249)
Alaves – Betis 1:1
Belyerin, 35-öz qapısına – Peres, 32. (18288)
Selta – Xetafe 2:2
Bamba, 24. Strand Larsen, 42 – Mayoral, 2. Qrinvud, 33. (17953)
1. Real 9 8 0 1 20-6 24
2. Jirona 9 7 1 1 19-11 22
3. Barselona 9 6 3 0 21-10 21
4. Atletiko 8 6 1 1 20-8 19
5. Atletik 9 5 2 2 16-9 17
6. Real Sosyedad 9 4 3 2 17-12 15
7. Betis 9 3 4 2 11-13 13
8. Rayo Valyekano 9 3 4 2 11-13 13
9. Valensiya 9 3 2 4 10-11 11
10. Las-Palmas 9 3 2 4 6-8 11
11. Xetafe 9 2 4 3 12-15 10
12. Osasuna 9 3 1 5 9-14 10
13. Kadis 9 2 3 4 8-12 9
14. Sevilya 8 2 2 4 13-12 8
15. Malyorka 9 1 5 3 12-15 8
16. Vilyarreal 9 2 2 5 11-15 8
17. Alaves 9 2 2 5 7-13 8
18. Selta 9 1 3 5 10-15 6
19. Qranada 9 1 3 5 15-23 6
20. Almeriya 9 0 3 6 11-24 3
Bombardirlər: Bellingem (Real) - 8, Levandovski (Barselona), Morata (Atletiko), Kubo (Real Sosyedad), Saraqosa (Qranada), Xoselu (Real) – 5.
Növbəti turun oyunları oktyabrın 20-23-ü aralığında keçiriləcək: Osasuna – Qranada, Real Sosyedad – Malyorka, Xetafe – Betis, Sevilya – Real, Selta – Atletiko, Las-Palmas – Rayo Valyekano, Jirona – Almeriya, Vilyarreal – Alaves, Barselona – Atletik, Valensiya – Kadis.

Turun rəqəmi
8 – cari mövsümdə qol sayını bu həddə çatdıran Bellingem Kriştiano Ronaldonun 2009-cu ildəki nəticəsini yenilədi. Portuqaliyalı həmin vaxt madridlilərin heyətində 7 qol vurmuşdu. 20 yaşlı ingiltərəli Madrid klubunda bütün turnirlər çərçivəsində ilk 10 oyundakı göstərici baxımından da Ronaldonu üstələyir. Bellingem 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb, Kriştiano isə 10 qol vurmuş, 1 məhsuldar ötürmə vermişdi.

Turun ulduzu
Brayan Saraqosa (Qranada) – dubl etdi, hətta sonda 3-cü qolu da vura bilərdi. Autsayderin ölkə nəhəngindən xal almasının əsas səbəbkarı oldu.

Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Real” həmişə yaxşı futbol göstərir. Ancaq hər şey ondan asılıdı ki, “yaxşı futbol” deyərkən nə nəzərdə tutulur... Bu gün həm topla, həm də topsuz yaxşı oynadıq. “Atletiko” ilə oyundan sonra önəmli dərəcədə “artırmışıq”. Tənqid bizə kömək etdi”.

Fakt
Yamal İspaniya çempionatında qol vuran ən gənc futbolçudu. “Qranada” ilə oyunda – 16 yaş 87 günlüyündə fərqlənən yarımmüdafiəçi 2012-də 16 yaş 98 günlüyündə qol vuran (“Malaqa” – “Selta” oyununda) Fabris Olinqanın rekordunu yenilədi.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Düşünürəm ki, oyunboyu dominantlıq etdik. İmkanlarımız oldu, daha artığına layiq idik, ancaq öz səhvlərimiz üzündən... Oyuna belə başlamaq olmaz. 1 xal bizim üçün azdı. Erkən qol bizə təsir göstərdi. Komandaya yardım etməyə qadir olan futbolçu görürüksə, ona şans veririk. Yamal bizə həqiqətən yardım edir, bu gün də vacib qol vurdu. Ferran Torresin qoluna gəlincə... Ferran kimə mane olurdu ki? Top necə uçurdusa, eləcə də uçdu, Ferrana toxunmadı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

---

3-10-2022, 10:0

"Real" "Osasuna" ilə oyunda xal itirdi

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

24-05-2023, 20:0

“Real” yenə 2-ci yeri əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

29-09-2023, 23:0

“Malyorka” “Barsa”nın zəfər yürüşünü dayandırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 19:0

“Jirona” nağılı bitdi, “Atletiko” liderlər qrupuna döndü - TURUN ŞƏRHİ

Aktual
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
Son xəbərlər
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə