• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Superkubok uğrunda oyun yenə təxirə salınacaq?

Dünya futbolu

15-03-2024, 19:0

Türkiyə çempionatında bu mövsüm nəfəsləri kəsən çempionluq mübarizəsi davam edir.

"Football-plus.az" xəbər verir ki, “Qalatasaray”la “Fənərbaxça”nın az qala hər tur qalib gəlməsi tez-tez müxtəlif rekordların qırılması ilə nəticələnir. Hər iki əzəli rəqib hər tur xal hesabında rekord qırır. 29-cu turu “Qalatasaray” 78, “Fənərbaxça” 76 xalla tamamlayib ki, bu da superliqa tarixi üçün tam yeni göstəricilərdi. Yeri gəlmişkən, ilk iki pillədə qərarlaşan klubun 29-cu turdan sonra hesabında ümumilikdə 154 xal olması da cari mövsümün çox qeyri-adi bir mübarizəyə səhnə olmasının göstəricisidi. Son 20 ildə Avropanın öndə gələn 8 çempionatına nəzər salsaq, görərik ki, onların heç birində 29 turdan sonra ilk iki pillədə qərarlaşanların hesabında ümumilikdə bu qədər xal olmayıb! Bu göstəricidə 2-ci pillədə 2021/22-də Portuqaliya çempionatındakı rəqabət yer alır. Həmin dönəmdə “Portu” (79) ilə “Sportinq”in (73) 29-cu turdan sonra hesabında ümumilikdə 152 xal var idi. 3-cü pillədə isə Avropa futbolunun ən böyük rəqabətlərindən biri yer alır. Belə ki, 2010/11-də La Liqada 29-cu turdan sonra “Barselona” (78) və “Real” (73) ümumilikdə 151 xal toplamışdı. Superliqada sona 9 tur qalıb və bir çoxlarının fikrincə, çempionluğun taleyi sondan əvvəlki turda “Qalatasaray”la “Fənərbaxça” arasında “Rams Park”da keçiriləcək derbidə həll olunacaq. Əzəli rəqiblər bu performansı və bu orta xal hesabını davam etdirsələr, onların hər ikisi bu mövsüm 100 xal həddini aşa bilər! Maraq üçün bildirək ki, 3 xallıq sistemdə həm xal, həm də qol rekordu “Fənərbaxça”ya aiddi. “Sarı-lacivərdlilər” 1988/89 mövsümünü 93 xal və 103 qol göstəriciləri ilə tamamlamışdılar.

Bu arada başıbəlalı Türkiyə superkuboku ilə bağlı yeni xəbər var. Bu matçın heç cür “bəxti açılmır”. Bilindiyi kimi, əzəli rəqiblər arasında keçirilməli olan superkubok hələ dekabrın 29-da Səudiyyə Ərəbistanında sahibini tapmalı idi. Məlum səbəblər üzündən baş tutmayan həmin görüş Türkiyə Futbol Federasiyasının qərarı ilə aprelin 7-də Şanlıurfada keçirilməlidi. Amma ortaya yenə problem çıxıb. Dünən “Fənərbaxça” başqanı Əli Koç 2 saatdan artıq davam edən mətbuat konfransında bu məsələyə toxunub. O, “Qalatasaray”ın razılıq verəcəyi təqdirdə fdederasiyaya yenidən bu oyunun təxirə salınması üçün müraciət edəcəklərini bildirib. Məsələ burasındadı ki, “Fənər”in “Yunion” səddini adlayaraq Konfrans Liqasında 1/4 finala yüksəlmək ehtimalı böyükdü. Bu turnirdə 1/4 finalın ilk oyunu aprelin 11-də, yəni superkubokdan 4 gün sonra keçiriləcək. “Fənərbaxça” yarımfinala yüksələcəyi təqdirdə Türkiyə əmsallar cədvəlində mövsümü ilk “10-luq”da, dəqiq desək, 9-cu pillədə bitirməyi praktiki cəhətdən rəsmiləşdirəcək. Bu üzdən Əli Koç komandasının 1/4 finala yaxşı hazırlaşması üçün yenidən superkubokun vaxtının dəyişdirilməsi tələbi ilə federasiyaya müraciət edəcəklərini istisna etməyib.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

9-02-2024, 13:0

23-cü turdan təxirə salınmış matçın tarixi

Dünya futbolu

21-02-2023, 16:0

1995/96 mövsümündən bəri ilk dəfə

Dünya futbolu

26-02-2023, 20:0

Valensiya adını ''Fənərbaxça''nın tarixinə yazdırdı

Dünya futbolu

31-10-2023, 15:0

''Qalatasaray'' Muslera ilə bağlı qərarını verdi

Dünya futbolu

7-03-2024, 15:0

“Qalatasaray”ın çempionluq şansı 100 faizdi!

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə