1995/96 mövsümündən bəri ilk dəfə

21.02.2023 16:25 214
Dünya futbolu
“Bavariya”nın təqvim ilinə bir qədər inamsız başlaması bundesliqanın zirvəsində mükəmməl bir rəqabətin yaranmasına səbəb olub.

Football-plus.az xəbər verir ki, ilk “3-lük”də qərarlaşanların hamısının hesabında eyni – 43 xal var. Turnir 3 xallıq sistemlə keçirilməyə başlandığı 1995/96-dan bəri ilk dəfə 21-ci turdan sonra ilk üç pillədə qərarlaşan klubların hesabında eyni sayda xal var!

Yeri gəlmişkən, növbəti tur bu 3 klubdan ikisi - “Bavariya” və “Union” bir-biri ilə qarşılaşacaq.