Halep Mayami turnirinə qatılacaq

15.03.2024 13:20 144
İdman
Rumıniyalı tennisçi Simona Halep sosial şəbəkə hesabında Mayami turnirinə qatılacağını açıqlayıb:

“Sevinc hissi ilə bildirirəm ki, bir həftədən sonra Mayami turnirində iştirak edəcəm. Korta və yarış prosesinə dönmək üçün səbirsizlənirəm. Tezliklə görüşənə qədər”.
Tennisçi bir neçə gün əvvəl martın 19-31-i aralığında Mayamidə keçiriləcək turnirdə iştirak üçün “wild-card” alıb. Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi (CAS) martın 5-də 32 yaşlı Halepin antidopinq qaydalarını pozmağa görə üzləşdiyi 4 illik cəzanı 9 aya endirib. Rumıniyalı ulduz 2022-ci ilin oktyabrında başlayan cəza müddətini arxada qoyduğuna görə artıq korta qayıda bilər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul