Açılış oyununda “Ştutqart” “Union”a heç bir şans verməyərək hesabına növbəti – son 7 turda 6-cı qələbəni yazdı.
"Football-plus.az" xəbər verir ki, 2023-cü ilin aprelindən komandanın başında olan Sebastyan Höness şvabiyalılarla bundesliqada hər oyuna orta hesabla 1,97 xal qazanır və bu, klub tarixindəki bütün məşqçilər arasında ən yaxşı göstəricidi!xəbər verir ki, “Bavariya”nın mühərriki, nəhayət, işə düşməyə başlayır. Ötən həftəiçi “Latsio”nu darmadağın edən Münhen nəhəngi bu dəfə “Mayns-05”i 8 qolla “tapdaladı”. Bu “kötəkləmə” prosesində Keyn (3+1), Qoretska (2+2) və Musiala (1+2) yaxından iştirak etdi. “Rekordmayster” bu rəqibi evdə ardıcıl 7-ci oyunda məğlub etdiyi halda, bu oyunlarda 37 qol vurub! “Leyptsiq”, gözlənildiyi kimi, autsayder “Darmştadt”a heç bir şans vermədisə, Dortmund “Borussiya”sı çətin Bremen səfərində 3 xal qazandı. Özü də nəzərə alaq ki, Zabitserin fasilə ərəfəsində qırmızı vərəqə almasından sonra “arılar” bütün 2-ci hissəni azlıqda keçirməli oldu. Amma komanda işini artıq 2-ci hissəyə qədər həll etmişdi. Yeri gəlmişkən, “Borussiya”nın bundesliqada səfərdəki məğlubiyyətsiz seriyası 8 oyuna çatdı (4 qələbə, 4 heç-heçə). Bu, 2012/13-də Kloppun dönəmində qeydə alınmış 10 oyunluq məğlubiyyətsiz seriyadan bəri komandanın ən yaxşı göstəricisidi. “Haydenhaym”ı evə əliboş yola salan “Auqsburq” Yess Torupun başçılığı altında ilk dəfə ardıcıl 3 oyunluq qələbə seriyası yaxaladısa, nəfəsləri kəsən və 6 qola səhnə olan Reyn derbisində qalib müəyyənləşmədi.
Bazar gününün qarşılaşmalarına gəlincə, “Frayburq” ardıcıl 6-cı rəsmi oyunda “Bohum”dan üstün oldusa, Frankfurt “Ayntraxt”ı “Hoffenhaym” üzərində əzmkar qələbə qazandı. Maraqlıdı ki, bu komandalar arasında ardıcıl 7-ci görüşdə ən azı 4 qol vuruldu! Günün əsas oyununda lider “Bayer-04” “Volfsburq”u qəbul etdi. “Canavarlar” Leverkuzendə kleçirdikləri son 5 oyunun 4-də qalib gəlmiş və son 7 oyunda uduzmamışdılar. Amma bunlar hamısı keçmişdə qalıb. İndiki “Bayer-04” tam başqa səviyyədə olduğunu və yeni tarix yazmaq istədiyini növbəti dəfə sübut etdi. Xabi Alonsonun komandası üçün oyun ötən turdakı ssenari ilə keçdi: yenə rəqib çox tez azlıqda qaldı və yenə komanda hər hissədə bir qol vurmaqla inamlı qələbə qazandı. “Bayer-04” 25-ci turu da məğlubiyyətsiz başa vurmaqla şəxsi rekordunu yenilədi və 10 xallıq fərqi qorudu. Qeyd edək ki, turnirin tarixində sona 9 tur qalmış ən azı 10 xallıq fərqlə lider olan komanda heç vaxt çempionluğu əldən verməyib!
25-ci tur
Bavariya – Maynts-05 8:1
Keyn, 13; 45+7; 70. Qoretska, 19; 90+2. Müller, 47. Musiala, 61. Qnabri, 66 – Əmiri, 31. (75000)
Bavariya: Noyer, Kimmix, Dayer (Kim Min Çje, 75), De Liqt, Devis (Gerreyro, 18), Laymer, Qoretska, Sane (Qnabri, 62), Müller (Tel, 62), Musiala (Saraqosa, 75), Keyn.
Bayer-04 – Volfsburq 2:0
Tella, 37. Virts, 86. (30210)
Bayer-04: Qradetski, Stanişiç, Kossunu, Ta, İnkapye (Adli, 59), Qrimaldo, Palasios (Andrix, 90), Caka, Tella (Hofmann, 76), Virts (Hlojek, 90), Şik (İqlesias, 76).
Verder – Borussiya D 1:2
Njinma, 70 – Malen, 21. Sanço, 39. (42100)
Borussiya: Kobel, Ryuyerson, Zyule, Şlotterbek, Maatsen (Bensebayni, 84), Zabitser, Əmrə Can, Sanço (F.Nmeça, 74), Brandt (Adeyemi, 65), Malen (Hummels, 46), Füllkruq (Salih Özcan, 65).
Leyptsiq – Darmştadt 2:0
İşervud, 3-öz qapısına. Baumqartner, 50. (40000)
Leyptsiq: Qulaçi, Simakan (Henrixs, 87), Orban, Lukeba, Raum, Şlager, Kampl (Zayvald, 77), Simons, Elmas (Baumqartner, 46), Poulsen (Şeşko, 77), Openda (Olmo, 70).
Ştutqart – Union 2:0
Girassi, 19. Fürix, 65. (53800)
Ştutqart: Nübel, Vaqnoman, Ştensel (Levelinq, 60), Ruo (Anton, 46), İto, Mittelştadt, Karazor, Ştiller (Mahmud Dahud, 82), Miyo (Dəniz Undav, 60), Fürix (Çon Vu Yon, 82), Girassi.
Bohum – Frayburq 1:2
Ordets, 62 – Eqqeştayn, 36. Qreqoritş, 53. (25594)
Frayburq: Atubolu, Sildilliya, Ginter (Kübler, 75), Qulde, Günter, Eqqeştayn, Höfler, Doan (Keytel, 90), Şallai (Höler, 69), Qrifo (Musliya, 69), Qreqoritş (Röl, 75).
Ayntraxt F – Hoffenhaym 3:1
Kox, 32. Dina Ebimbe, 50. Götse, 64 – Bruks, 6. (57000)
Borussiya M – Köln 3:3
Onora, 32. Hek, 71; 73 – Alidu, 7; 64. Dauns, 79. (54042)
Auqsburq – Haydenhaym 1:0
Qoveleuv, 22. (30660)
1. Bayer-04 25 21 4 0 63-16 67
2. Bavariya 25 18 3 4 73-29 57
3. Ştutqart 25 17 2 6 57-31 53
4. Borussiya D 25 13 8 4 50-31 47
5. Leyptsiq 25 14 4 7 55-31 46
6. Ayntraxt F 25 10 10 5 41-32 40
7. Hoffenhaym 25 9 6 10 44-47 33
8. Frayburq 25 9 6 10 34-45 33
9. Auqsburq 25 7 8 10 40-41 32
10. Verder 25 8 6 11 34-39 30
11. Haydenhaym 25 7 7 11 34-43 28
12. Borussiya M 25 6 9 10 45-49 27
13. Volfsburq 25 6 7 12 30-41 25
14. Union 25 7 4 14 23-41 25
15. Bohum 25 5 10 10 30-52 25
16. Köln 25 3 9 13 19-42 18
17. Maynts-05 25 2 10 13 20-46 16
18. Darmştadt 25 2 7 16 24-60 13
Bombardirlər: Keyn (Bavariya) – 30, Girassi (Ştutqart) – 21, Openda (Leyptsiq) – 17, Dəniz Undav (Ştutqart), Demiroviç (Auqsburq) – 14.
Növbəti turun oyunları martın 15-17-si aralığında keçiriləcək: Darmştadt – Bavariya, Köln – Leyptsiq, Frayburq – Bayer-04, Borussiya D – Ayntraxt F, Haydenhaym – Borussiya M, Union – Verder, Maynts-05 – Bohum, Volfsburq – Auqsburq, Hoffenhaym – Ştutqart.
Turun rəqəmi
21 – Təsəvvür edin ki, “Bayer-04” tarixi ərzində heç vaxt bundesliqada bir mövsümə 21-dən artıq qələbə qazanmayıb. Amma komanda bu mövsüm 21 qələbə həddinə artıq 25-ci turda çatıb! “Aspirinlər” daha öncə 1996/97, 1999/00 və 2001/02 mövsümlərini 21 qələbə ilə başa vurmuşdu. Müqayisə üçün deyək ki, “Bavariya” ötən mövsüm çempionluğu məhz 21 qələbə ilə bayram etmişdi (8 heç-heçə, 5 məğlubiyyət).
Turun ulduzu
Harri Keyn (Bavariya) – ingiltərəli ulduz kosmik məhsuldarlıq nümayiş etdirməkdədi. Bu tur hesabına daha 3 qol yazan Keyn bundesliqada 25-ci oyunda vurduğu qolların sayını 30-a, münhenlilərin heyətində isə 34-cü rəsmi oyunda qol sayını 36-ya çatdırdı. Daha öncə “Darmştadt”, “Bohum” və Dortmund “Borussiya”sı ilə oyunlarda 3 qol vuran Keyn bundesliqa tarixində ilk mövsümdə 4 het-trik edən ilk futbolçu oldu. Bundan başqa, turnirin tarixində ilk mövsümdə 30 qol vurmağı daha öncə yalnız bir futbolçu – 1963/64-də “Hamburq”un heyətində Uve Zeeler bacarmışdı. Əslində Keynin göstəricisi daha dəyərlidi. Çünki Zeeler 1963-ə qədər də Almaniya çempionatında çıxış edirdi. Sadəcə, format dəyişikliyindən sonra yenilənmiş bundesliqa məhz 1963-dən keçirilməyə başlandı. Onu da bildirək ki, Keyn Levandosvkiyə məxsus 41 qolluq rekordu təkrarlamaq üçün qalan 9 turda ən azı 11 qol vurmalıdı.
Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: