• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Heç bir təzyiq hiss etmədim, qəlbimin səsini dinlədim”

Dünya futbolu / Manşet

11-03-2024, 20:0

Almaniyada yeni bir qürbətçi gəncin parladığını və həmin istedadlı futbolçunun bugünlərdə seçim edərək Türkiyə yığmasına üstünlük verdiyini xəbər vermişdik.

Söhbət 2-ci bundesliqa təmsilçisi “Nürnberq”in yetirməsi olan və bu klubun şərəfini qoruyan Can Uzundan gedir. Oyun qurucusu mövqeyində oynayan 2005-ci il təvəllüdlü futbolçu cari mövsüm nürnberqlilərin heyətində 23 rəsmi oyunda 15 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyib. Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanın bu ay keçiriləcək matçlarda bu futbolçuya dəvət göndərəcəyi gözlənilir. Türkiyə Futbol Federasiyasının rəsmisi Həmit Altıntopla görüşdükdən sonra “ay-ulduzlular”ın xeyrinə qərar verən Can bugünlərdə seçimi və başqa məqamlar ilə bağlı Almaniyanın “Skay Sports” kanalına müsahibə verib.

- Yekun qərarını artıq vermisən. Nə üçün məhz Türkiyəni seçdin?
- Qəlbimin səsini dinlədim. Bu qərar bir klubdan başqasına keçərkən verilən adi qərarlardan deyil. Bu, qəlbdən gələn bir qərardı. Şərəfini qoruduğun yığmanı hiss etməli, onu sevməlisən. Qəlbim və hisslərim Türkiyənin mənim üçün daha doğru seçim olacağı söylədi.

- Nə qədər müddətə qərarını verdin? Çünki ötən il seçim etmək məsələsini yenidən təxirə salmışdın.
- Bəli, düşünmək üçün bir qədər zamana ehtiyacım var idi. Son bir neçə ayda ailə üzvlərim və ən yaxın dostlarım ilə bu mövzu barədə dəfələrlə söhbət etdim. Onların da fikirlərini dinlədim. Amma sonda qəlbimdən gələn səsi dinləyərək qərarı özüm verdim. Bu, şəxsi qərarımdı və ən doğru yolu seçdiyimi hiss edirəm.

- Qərarında idman prinsipləri nə dərəcədə rol oynadı?
- Dediyim, kimi bu, qəlbimdən gələn bir qərardı. Düşünərkən hansı komandanın mənə çempionluqlar qazandıracağına və ya daha yaxşı reklam anlaşmaları əldə etmək fürsəti yaradacağına dair hansısa taktiki məqamları nəzərə almadım. Yığma komandada ürəkdən oynamaq lazımdı. Bu, həm də şərəflə bağlı məsələdi. Öz məmləkətində bir futbol əfsanəsi olmaqdan böyük şey yoxdu. Əlimdən gələni edəcəm və Türkiyə üçün qürurla oynayacam. Üstəlik 2032-ci ildə AÇ Türkiyədə keçiriləcək. Bizdə gözəl bir nəsil yetişir. AÇ-2032-yə qədər hər turnir mənim üçün həm qürur olacaq, həm də mükəmməl bir hazırlıq.

- Sözlərindən belə başa düşmək olar ki, Türkiyə ilə bağlı böyük planların var.
- Bəli, böyük işlər görə bilmək üçün əlimdən gələni edəcəm.

- Sənin kimi Reqensburqda doğulan həmyaşıdın və ən yaxın dostun Kənan Yıldızın da Türkiyəni seçməsi bu qərarında rol oynadımı? Türkiyədə 2005-ci il təvəllüdlü qızıl nəsil yetişir. Sizdən başqa Arda Gülər də var...
- (gülür) Təbii ki, bu da mənim üçün bir bonusdu. Kənan uşaqlıqdan bəri ən yaxın dostumdu. Reqensburqun futbol meydanlarında birlikdə o qədər çox zaman keçirmişik ki... Amma peşəkar səviyyədə heç vaxt eyni klubun şərəfini qorumamışıq. Nəhayət, Türkiyə yığmasında bu həsrətə son qoymaq fürsətimiz olacaq. Həm meydanda, həm də meydandan kənarda bir-birimizi əla anlayırıq. Təbii ki, böyük planlarımız, arzularımız var.

- Almaniya Futbol İttifaqı da sənə ciddi maraq göstərirdi. Nürnberqdə Rudi Föllerlə görüşünüz olmuşdu. Onunla üz-üzə görüşmək necə hiss idi? Çünki Almaniya futbolunun ən böyük əfsanələrindən biridi.
- Föller təkcə Almaniyanın yox, dünya futbolunun əfsanəsidi. Onun bizimlə söhbət etmək üçün Nürnberqə gəlməsi məni və ailəmi qürurlandırdı. Xüsusilə atam çox qürurlandı və duyğulandı. Söhbətimiz gözəl və qarşılıqlı hörmət şəraitində keçdi. Son dərəcə alicənab insandı. Üzərimdə heç bir təzyiq qurmadı və Almaniyanın xeyrinə qərar verməsəm də, heç kimin bunu pis qəbul etməyəcəyini söylədi. Bunu eşitmək üçün gəlmişdi. Dürüst, açıq və hörmətcil davrandı. Köməkçiləri Andreas Rettiq və Toni di Salvo də çox simpatik insanlardı.

- Həmin görüşdən sonra qərar vermək daha da çətinləşdimi?
- Nəticə etibarilə Föllerin də məsləhətini nəzərə alaraq qəlbimin səsini dinlədim. Amma qərar verməmiş hər iki komandanın rəsmiləri ilə söhbət etmək mənim üçün çox vacib idi. Bu, həm də hörmət məsələsidi. Almaniya həmişə həyatımda önəmli bir yer tutacaq. Reqensburqda doğulmuşam. Futbolu isə bu şəhərdə, daha sonra İnqolştadtda və Nürnberqdə oynayaraq öyrənmişəm. Reqensburqdakı məktəbdə oxumuşam və orda çoxlu dostlarım var. Nürnberq isə məni peşəkar futbolçuya çevirdi. Almaniyaya həmişə minnətdar olacam. Qarşıdakı AÇ-də də onlara uğurlar arzulayıram. Türkiyə və Almaniya mənim məmləkətimdi.

- Bunlar çox gözəl sözlərdi. Bəs Türkiyə Futbol Federasiyası ilə danışıqlarınız hansı məcrada keçdi?
- U-17-dən bəri Türkiyə yığması üçün oynamışam. O yaş qrupunda AÇ-də də iştirak etdim. Ordakı məşqçilər daim mənə güvənirdi. Tez-tez zəng vuraraq mənlə, ailəmlə ünsiyyət qururdular. Ştefan Kunts istefaya göndərilməmişdən bir müddət öncə mənə zəng vurmuşdu. Yaxşı performans sərgiləyəcəyim təqdirdə AÇ-yə qatılmaq fürsətimin olacağına işarə vurmuşdu. Sonra Həmit Altıntop və Vinçentso Montella ilə danışdım. Altıntopla ötən ilin yayından bəri daim əlaqədəydik. Məni Türkiyəyə qazandırmaq üçün əlindən gələni etdi. Bu da mənim üçün önəmli amil oldu.

- Altıntop da Föller kimi səninlə üzbəüz görüşdümü?
- Əlbəttə. Bir müddət öncə Münhenə gəlmişdi. Orda görüşüb yaxından tanış olduq. Eyni şəkildə onun da Münhenə gəlməsi, mənimlə bağlı planlarını açıqlaması bizim ailə üçün çox böyük qürur mənbəyi oldu. Təkbətək görüşdə təxminən 2 saata yaxın Türkiyə və Türkiyə futbolunun hədəfləri, eləcə də komandadakı gələcək rolum haqda danışdıq. Sonra Montella ilə də telefonda bir xeyli söhbət etdim. Mənim özəlliklərimdən, onun oyun sistemindən danışdıq. Montella da, Altıntop da futbol dünyasında sözünü demiş şəxslərdi. Altıntop dünyanın ən güclü klublarında oynayıb, çox təcrübəli və açıqsözlüdü.

- Az da olsa, təzyiq hiss etdinmi? Və ya karyeran bir qədər də irəlilədikdən sonra qərar vermək daha yaxşı olmazdımı?
- Heç bir təzyiq hiss etmədim. İki böyük futbol ölkəsinin mənə bu dərəcədə inanması məni çox qürurlandırdı. Artıq qərar verilib və Türkiyə üçün oynayacağım anı səbirsizliklə gözləyirəm.

- İndidən yaydakı AÇ-nin xəyallarını qurmağa başlamısanmı? Turnir həm də doğulduğun ölkədə keçiriləcək.
- Bəli, mənim üçün bərmanəlı şəkildə çox özəl bir turnir olacaq. Türkiyə yığması ilə orda iştirak etmək indi ən böyük hədəfimdi. Altıntop və Montella mənə “Nürnberq”də yaxşı futbol sərgiləyəcəyim halda heyətə düşə biləcəyimi dedilər. Uşaq yaşlarımdan AÇ və ya DÇ-də iştirak arzusu ilə yaşayıram. Bir futbolçu üçün bundan böyük heç nə ola bilməz. Heyətdə yer almaq üçün əlimdən gələni edəcəm. Sonra isə nələr olacağını birlikdə görəcəyik.

ƏLİ RAUFOĞLU HAZIRLADI

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-12-2023, 19:0

Almanlar türklərin Canını almaq istəyir

Dünya futbolu

27-11-2023, 23:0

Kənan Yıldızın meneceri onu Arda Gülərdən üstün sayır

Dünya futbolu

18-03-2023, 14:0

Niderlandda doğulan futbolçu Türkiyəni seçdi

Dünya futbolu

26-03-2022, 22:0

Salih Özcan Türkiyə ilə Almaniya arasında seçimini etdi

Dünya futbolu

21-05-2022, 16:0

Türkiyə yığmasının üzvü Almaniya nəhənginin hədəfində

Aktual
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
Son xəbərlər
  • Bu gün, 18:32
    Parisi tərk edəcək
  • Bu gün, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Bu gün, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Bu gün, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Bu gün, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Bu gün, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Bu gün, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Bu gün, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Bu gün, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Bu gün, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə