• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azarkeşlərin etiraz dalğası böyüyür - NAD radikal addımlara məcbur ola bilər

Ölkə futbolu / Manşet

11-03-2024, 16:0

"Neftçi Azarkeş Dərnəyi" srağagün komandanın uğursuz nəticələriylə bağlı bəyanat yaydı. Dünən isə "Forza Neftçi" eynisini etməklə yanaşı, klubu boykot etdiklərini, yəni azı 2-3 həftə tribunalarda yer almayacağını açıqladı.

Əvvəlcə oxucularımızı "Neftçi Azarkeş Dərnəyi"nin (NAD) bəyanatıyla tanış edirik:

"Klubumuzun ənənələrinə və tarixi imicinə uyğun olmasa da, yeni baş məşqçinin tapşırığı mövsümün sonunda 2-ci yeri tutmaqdı. İki məşqçinin "bacarığı" nəticəsində əldə edilən nəticələr və oyun planında sistemsizliyi görmək üçün ekspert olmağa ehtiyac yoxdu. Mövcud vəziyyətdə klub və komandanın daxilində ruh yüksəkliyinin çox aşağı olması, klubdaxili kommunikasiyada "yenilər və köhnələr" ayrı-seçkiliyinin olması, komandada qruplaşmaların baş verməsini qəti şəkildə pisləyir və rəhbərlikdən bu kimi gözlə görünən durumların aradan qaldırılmasını tələb edirik. Bu, dəfələrlə edilən xəbərdarlıqların sonuncusudu. Komandanın nəticələri azarkeşlərin sağlamlığına, psixoloji durumuna ciddi təsir edir. Bunu istər rəhbərlik, istərsə də komandada olan şəxslər kluba mənən bağlı olmamaları səbəbindən anlamaya bilər, amma ən azı sosial media və azarkeş qrupları arasında yaranan vəziyyətdən nə dərəcədə gərginliyin yaşandığını müşahidə edə və ya az-çox xəbərdar ola bilərlər. Ünvanı səhv salmayın (!) və unutmayın ki, "Neftçi" bu ölkənin yeganə klubudu ki, birbaşa azarkeşlərin də təsir dairəsindədi. Son oyundan sonra tərəfdarların qəzəbdən bazaya gələrək etiraz etmələri də buna bariz nümunədi. Həmin tribuna yoldaşlarımızın da tez bir zamanda azad olunmalarını arzulayırıq. Klub rəhbərliyindən konkret addımlar gözləyir və yaranmış vəziyyətin həlli üçün qətiyyətli addımlar tələb edirik!"

Belədə "Football-plus.az" olaraq, NAD-ın rəhbəri Kənan Hənifəyevlə danışmağı lazım bildik. Onunla söhbətdə "Neftçi"nin boykot qərarı, komandanın nəticələri və bundan sonra atılması tələb olunan konkret addımlardan danışdıq:

"Forza Neftçi" aktiv tribuna qrupu olduğu üçün qərarın doğru olduğunu düşünürük. Çünki mövcud vəziyyətin düzəlməsi üçün ciddi nəsə etmək lazımdı. Bizə gəlincə, dərnək üzvlərinin də bir çoxu tribunaya yollanmayacaq. Biz vəziyyətin müsbət tərəfə dəyişməsini və keyfiyyətli, həyəcanlı futbol izləmək istəyirik. Düşünürük ki, rəhbər şəxslərdən kimsə çıxıb brifinq vasitəsilə hesabat verəcək".

Kənan bəy ümumi durumu şərh edərkən gözləntilərdən söz açdı:

"Fikrimizi konkret bildirmişik. Bəyanatlardan sonra komandaya müsbətə doğru irəliləmək üçün vaxt verildi. Rəhbərlik tezliklə əməli fəaliyyətə keçməlidi. Komandaya verilən vaxt limiti başa çatsa da, daha bir neçə həftə gözləyəcəyik. Rəhbər şəxslərlə görüşüb problemləri demişik. Hətta lazım olsa, dəstək göstərəcəyimizi də dilə gətirmişik. Buna baxmayaraq, inkişafa doğru dəyişiklik çox cüzidi. Bəyanatdan sonra problemlər aradan qaldırılmasa, əlbəttə, başqa üsullar da var. Biz komandanın nüfuzunun qorunması və inkişafı üçün çalışırıq. Əksini edən hər kəsin qarşısında olacağıq. "Neftçi"dən konkret istəyimiz həm klub, həm də komanda daxilindəki işlərə peşəkar yanaşmadı. Burda yerinə layiq olmayan bir neçə futbolçu və funksioner var ki, tezliklə yola salınmalı və doğru-düzgün "Neftçi" formalaşdırılmalıdı. Hələ ki radikal addımlar atmırıq. Çünki camiəyə və klub nüfuzuna ziyan verə bilərik. Onsuz da ictimaiyyət qarşısında pis vəziyyətdəyik. Sadəcə, bilsinlər ki, B və C planlarımız da var. Müşahidə Şurası kəskin qərarlar verməlidi. "Neftçi Azarkeş Dərnəyi" olaraq, "Futbol+" vasitəsilə bildirmək istəyirik ki, Müşahidə Şurasının üzvləriylə görüşməyə hazırıq. Onları klubun bu çətin vəziyyətdən çıxması üçün vəhdət olmağa dəvət edirik. "Neftçi" azarkeşi komandasının inkişafını, uğurunu istəyir".

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

8-03-2024, 23:0

"Forza Neftçi"nin boykotu mövsümün sonuna qədər davam edə bilər

Premyer-liqa / Manşet

12-10-2023, 21:0

“Neftçi Azarkeş Dərnəyi” nə tələb edir?

Premyer-liqa

6-12-2022, 22:0

"Forza Neftçi"dən bəyanat

Premyer-liqa / Manşet

29-09-2023, 18:0

Kənan Hənifəyev: “Bu matçlarda Mutu bacarıqlarını nümayiş etdirə bilər”

Premyer-liqa

6-12-2022, 22:0

"Kapaz Ultras" da bəyanat yaydı

Aktual / Ölkə futbolu

5-08-2023, 12:0

"Neftçi" azarkeşləri dərnək yaratdı

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə