MBA-nın altıqat çempionu Skotti Pippen zorlamada suçlanır.
Bu haqda xəbər yayan “Page Six” portalı bildirir ki, 58 yaşlı basketbolçu və onun sabiq xanımı Larsa əleyhinə iddianı ulduzun sabiq sevgilisi Çivett Valentayn qaldırıb. Qadın iddia edir ki, onunla Skotti arasındakı 1987-93-cü illər aralığında olan münasibətlər məhz basketbolçu və qardaşı tərəfindən zorlandığına görə bitib. Xəbərdə o da bildirilir ki, seksual zorakılıq 2011-ci ildə öldürülən Devonte Pippenin dünyaya gəlməsiylə nəticələnib. Valentayn basketbolçudan, ailə üzvlərindən və “Çikaqo”dan 250 milyon dollar tələb edir.
Xatırladaq ki, MBA-da 17 mövsüm keçirən Pippen “Çikaqo”nun heyətində 6 dəfə MBA çempionu, ABŞ yığması ilə 2 dəfə olimpiya çempionu olub, Şöhrət zalının üzvüdü.