“Bayer” mövsümdə ilk məğlubiyyətə heç vaxt olmadığı qədər yaxın idi” – Rusiya saytı

9.03.2024 17:00 626
Manşet / Avropa Liqası
“Qarabağ” – “Bayer-04” oyunu Rusiya mediasının da diqqət mərkəzindədi.

“Football-plus.az” xəbər verir ki, “Futbol na kuliçkax” portalı oyunun qısa şərhini oxuculara belə çatdırıb:

“Bayer” mövsümdə ilk məğlubiyyətini almadı, hərçənd buna heç vaxt olmadığı qədər yaxın idi. Qrupda leverkuzenlilərlə heç-heçə edən rəqibdən heç kim belə cəsarət gözləmirdi. Azərbaycanın “Qarabağ”ı indi çox yaxşıdı, ancaq klub bu gün az qala inanılmazı bacaracaqdı. Xabi Alonsonun komandası həmişə olduğu kimi, sonda istəyinə çatdı, artıq belə ənənəvi geridönüşlərə öyrəşmək lazımdı. İlk yarıda hamıdan yaxşı oynayan Juninyo həm məhsuldar ötürmə verdi, həm də qol vurdu. Belə görünürdü ki, “aspirinlər” artıq məğlubiyyətdən qaça bilməyəcək. Ancaq yox, qonaqlar yenə çətin anda geridönüş etməyi bacardı. Virts 70-ci dəqiqədə fərqləndi, 2-ci uzatma dəqiqəsində isə Şik Andrixin uğurlu asmasından yararlandı. “Qarabağ”a yazıq oldu, qələbəyə layiq idi, ancaq Juninyo zədələndi, sonra hər şey pozuldu və rəqib qurtula bildi. Bundesliqanın lideri Almaniyada çox qəzəbli olacaq, ancaq göründüyü kimi, “köhlən atlar” da 1/4 finala vəsiqə uğrunda döyüşməyə hazlrdl. Bu dueldə hər şey irəlidədi”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul