1-ci Liqa təmsilçisi "Zaqatala"nın futbolçusu Steyn Essono Qabon yığmasına dəvət alıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu millinin Seneqala qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün yığmaya çağırılıb.
Qeyd edək ki, "Zaqatala" 1-ci Liqada 19 xalla 7-ci pillədə qərarlaşıb.