• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“MLS-də çempionluq uğrunda mübarizə apardığımızı dərk edirik”

Dünya futbolu

8-03-2024, 18:0

Ötən ili uğursuz başa vuran “İnter Mayami” yeni mövsümün əvvəlində azarkeşlərini sevindirir.

"Football-plus.az" xəbər verir ki, Xerardo Martinonun komandası MLS-in 2-ci turunda “Orlando Siti”nin qapısından 5 cavabsız top keçirdi. Mayamililər hazırda Şərq konfransında 3 oyuna 7 xalla liderdilər.

Amma onların bir oyun artıq keçirdiyini qeyd etməliyik: “İnter Mayami” mövsümün ilk matçında - 18-ci turun irəli çəkilən ev oyununda “Real Solt Leyk”ə 2:0 hesabı ilə qalib gəldikdən sonra səfərdə “Los Anceles Qalaksi” ilə heç-heçə (1:1) oynayıb. Hesabat turunun matçının hakimi ilə bağlı bu qeydi etmək zəruridi. Əslində oyunu Gilyerme Seretta idarə etməli idi. Lakin onun təyinatı oyuna bir gün qalmış ləğv edilib. Buna sosial şəbəkələrdə referinin “İnter Mayami”nin formasında olan şəklinin görünməsi səbəb olub. Peşəkar Hakimlər Təşkilatı bu halın sonradan qalmaqala səbəb ola biləcəyindən çəkinərək hakimi dəyişib. Nəticədə matçı Serettaya ehtiyat hakim kimi yardım etməli olan Xayme Errera idarə edib.

Salvadordan olan referi “Çeyz Stedium”da 5 qol qeydə aldı. Hamısını “Orlando Siti” ilə matça fırtına kimi başlayan mayamililər vurdular. İlk iki qolun müəllifi Luis Suares oldu. ABŞ klubuna bu ilin əvvəlində qoşulan uruqvaylı hücumçu MLS-dəki 3-ü oyununda qol hesabını açdı. Yanvarın 24-də 37 yaşını tamamlayan Suares ilk hissədə hesabı 3:0-a çatdıran Robert Teylora assistentlik etdi. Fasilədən sonraya təsadüf edən son iki qolu isə Lionel Messi vurdu. Argentinalı hücumçuya son qolun məhsuldar ötürməsini “Barselona”da birgə oynadığı Suares verdi. Beləliklə, uruqvaylı 2 qol və 2 assist ilə matça damğa vurdu. Messi isə milli liqalarda 500-cü qolunu rəsmiləşdirdi! DÇ-2022-nin qalibi indiyədək İspaniya La Liqasında 474, Fransa Liqa 1-də 22, MLS-də isə 4 dəfə qapıya yol tapıb. 36 yaşlı Lionelin klub karyerasında 718, ümumilikdə isə 824 qol vurduğunu da bildirək.

O, oyundan sonrakı mətbuat konfransında möhtəşəm qələbə ilə bağlı bunları deyib:

“Matçı əvvəldən axıradək əla keçirdik. İntensiv oynamalı olduğumuzu bilirdik, “Orlando”ya qarşı başqa cür oynamaq olmaz. Oyun ərzində çox toqquşma baş verdi, gərgin anlar yaşandı, yeri gələndə müdafiəyə çəkilib əks-hücum şansı gözləməli olduq. Hesabı erkən açmaqda bəxtimiz gətirdi və bu, matçın sonrakı axarına təsir etdi. Hesabda üstünlüyə nail olandan sonra meydanda boş zonaların axtarışına çıxdıq, mübarizə bizim üçün bir qədər asanlaşdı və oyun gözlədiyimizdən fərqli alındı”.


Messi Suaresin çıxışı haqda da danışıb:

“Onun qol vurmasına çox sevindim. Hərçənd ilk iki oyunda qapıya yol tapa bilməməsinə görə qətiyyən narahatlıq keçirməmişdik. Luisin nəyə qadir olduğunu hamı yaxşı bilir. O, səviyyəsini bir daha göstərdi. Ümidlər çox da böyük olmayanda Luis qol vurub ötürmə verməklə oyunu sənin üçün qalib başa vurur”.


Lionel komandanın əsas hədəfinin MLS-də qələbə olduğunu deyib:

“İndi işlərimiz yaxşı gedir, biz futboldan həzz alır və inkişaf edirik. Bu gün qalib gəlmək vacib idi. Sözün düzünü deyəcəm: qələbə fonunda inkişafımızı davam etdirmək bizi güclü edir. Üzərimizdəki təzyiqə baxmayaraq, güclü komanda qurduğumuzu və MLS-də çempionluq uğrunda mübarizə apardığımızı dərk edirik. Bu yolun uzun olduğunu bilirik, yola isə yenicə başlamışıq. Amma reallıq belədi: mübarizəyə hazır komandamız var və uzun marafonda iştirak edəcəyik. Mövsümə yaxşı start vermək, ilk bir neçə oyunda kifayət qədər xal yığmaq vacibdi. Ona görə ki, bir müddət sonra çempionatda fasilə yaranacaq və digər turnirlər start götürəcək. Həqiqətən də gərgin mübarizələrdən sonra kiçik fasiləyə çıxmaq yaxşı haldı. Amerika Kuboku, Liqa Kuboku və digər turnirlərə qədər mümkün qədər çox xal toplamaq vacibdi”.


Yeri gəlmişkən, Don Qarber maraqlı fikir səsləndirib. MLS-in komissioneri Messinin indi ABŞ çempionatında çıxış etməsində Devid Bekhemin vaxtilə MLS-də oynamasının təsirini vurğulayıb. Xatırladaq ki, hazırda “İnter Mayami”nin həmsahibi olan İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi 2007-ci ildə sıralarına qoşulduğu “Los Anceles Qalaksi” ilə iki dəfə çempionluq sevinci yaşayıb:

“Bekhem vaxtilə bizim liqaya gəlməsəydi, indi Messi də burda olmazdı. Bekhemin gəlişi MLS-in dünyanın ən məşhur futbolçularının seçdiyi liqaya çevrilə biləcəyi ilə bağlı ilk real proqnoz idi. Devidin təcrübəsi özü, “Qalaksi” və liqamız üçün, sadəcə, fantastik idi. Və o, müəyyən müddətdən sonra MLS-də klub sahibi oldu. Devid məlum qərarı verməsəydi, liqanın indi hansı vəziyyətdə olacağını təsəvvür edə bilmirəm. Bir detalı da vurğulayım. Yalnız böyük ada malik oyunçunu cəlb etmək, onu meydana buraxmaq və hər şeyin ideal olacağını gözləmək olmaz. Həmin futbolçu liqaya inanmalıdı, siz isə onun ailəsi üçün əla şərait təmin etməli və həm də onun kluba uyğun gəldiyinə tam əmin olmalısız. Bir çox hallarda belə transferlər lazımi effekt verib, bəzən isə ümidlər doğrulmayıb. Odu ki, məsələnin yalnız Devidin deyil, həm də xaricdən bura gələn bütün məşhur oyunçuların təcrübəsi ilə bağlı olduğunu düşünürəm. Dediyim kimi, bəziləri MLS-də komandalarına faydalı ola bilməyiblər. Amma bu normaldı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-03-2024, 13:0

Suares coşdu, ''İnter Mayami'' 5 qol vurdu

Dünya futbolu

5-06-2023, 17:0

Nevill “İnter Mayami”dən qovuldu

Dünya futbolu

29-06-2023, 19:0

Martino ilə Messi yenidən bir komandada

Dünya futbolu

22-07-2023, 16:0

Messi “İnter Mayami”də qolla debüt etdi

Dünya futbolu

15-11-2023, 14:0

“İnter Mayami” Messini seçdi

Dünya futbolu

29-07-2023, 14:0

Bekhem ''İnter Mayami'' ilə bağlı yeni hədəfini açıqladı

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 204
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 193
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə