Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli saytımıza açıqlamasında bu yöndə xüsusi tədbir keçirilməyəcəyini demişdi.
Belədə diqqətçəkən məqam ortaya çıxır. Gəncə təmsilçisi akademiyadan istifadə edirmi? Yoxsa açılış tədbiri keçirilmədən bu mümkün deyil? Ümumiyyətlə, “sarı-göylər”in bu yöndə əlavə informasiyası varmı?
“Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev “Football-plus.az”ın suallarını belə cavabladı:
“Bilindiyi kimi, stadionumuz sökülüb yenidn inşa edilir. Biz həmin idman qurğusunda olan otaqlardan istifadə edirdik ki, indi bu mümkün deyil. Odu ki, məcburiyyətdən akademiyanın bəzi otaqlarından istifadə edirik. Bura inzibati otaqlar, ofislər, paltardəyişmə otaqları və çamaşırxana daxildi. Qısası, bəli, binadan yararlanırıq, lakin hələ ki tam istifadə etmirik”.
KƏNAN BAHADIR





