AFFA Gəncə futbol akademiyası üçün mərasim keçirməyəcək - AÇIQLAMA

7.03.2024 11:30 230
Ölkə futbolu / Manşet
Xatırlayırsızsa, martın 1-də AFFA rəhbərliyi Gəncəyə səfər etmiş və futbol akademiyasının binasına baxış keçirmişdi.

Diqqəti cəlb edən məqam isə binanın xüsusi açılış tədbirinin keçirilməməsi olmuşdu. Yəni ənənəvi qırmızı lentin qayçı ilə kəsilməsi mənzərəsinin şahidi olmamışdıq.

Bəs akademiyanın binasında iş nə vaxt başlayacaq? Planda xüsusi tədbir varmı?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli “Football-plus.az”ın sualını cavabladı:

“Fəaliyyətə başlayacağı konkret tarix haqda məlumat yoxdu. Onu deyə bilərəm ki, AFFA tərəfindən rəsmi açılış tədbiri nəzərdə tutulmayıb”.

KƏNAN BAHADIR