Avropa Liqasının 1/8 finalının “Qarabağ” – “Bayer-04” oyununa iki gün qaldı.
Bilindiyi kimi, ölkəmizdə Almaniya təmsilçisinə fanatlıq edən futbolsevərlər də var. Onlar “Facebook”da fəaliyyət göstərən “Bayer-04 Azerbaijan” fan səhifəsində bir araya gəlib.
Görəsən, azərbaycanlı azarkeşlər sabah Bakıya təşrif buyuracaq komandanı qarşılayacaq? Sevimli komandalarını hansı tribunadan dəstəkləyəcəklər? Ümumiyyətlə, hansı tərəfin qələbəsi onları daha çox xoşbəxt edəcək?
Bu suallarla bəhs etdiyimiz səhifənin rəhbəri Mikayıl Abbasova müraciət etdik. Onun “football-plus.az”a söylədikləri: