• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” “Tüpraş Stadionu”nu tarixi qolla fəth etdi – TURUN ŞƏRHİ

Dünya futbolu

6-03-2024, 21:0

Tur “Kasımpaşa” ilə “Sivasspor” arasındakı qolsuz bərabərliklə start götürdü.

Kubokda “Fənərbaxça”nı darmadağın edən “Ankaragücü” şənbə gününün açılış oyununda autsayder “İstanbulspor”la bacara bilmədi. “Çaykur Rizəspor” 5 oyunluq qələbəsiz seriyaya “Kayserispor”u darmadağın etməklə son qoydu. Kayseri təmsilçisi Burak Yılmazın dönəmində 6-cı oyunda ilk dəfə uduzdu.
Şənbə gününün əsas oyunu Mersində keçirildi. Volkan Dəmirəlin “Hatayspor”u “Fənərbaxça”nı qəbul etdi. Bu mövsüm hələ ki “Qalatasaray”a superliqada məğlubiyyət acısı yaşadan yeganə kollektiv “Hatayspor”du. Amma hataylılar bu dəfə çempionluğa daha bir namizədi büdrədə bilmədi. Əvvəldən sona qədər üstün olan “Fənər” intriqanı artıq ilk yarıda öldürdü. Hissənin ortalarında Cekonun sol cinahdan qapı önünə ötürməsini müdafiəçilərin gözündən yayınan Osayi-Samuel dəqiq tamamladı. Fasilə ərəfəsində isə Cengiz Ündər Tadiçin asmasından sonra topu tora göndərdi. Cengiz Semih Şənturkdən (2007/08) bəri “Fənər”in heyətində bir mövsümdə superliqada səfərdə 7 qol həddinə çatan ilk yerli futbolçu oldu! İkinci yarıda meydan sahiblərinin heyətində müqaviləylə “Qalatasaray”a məxsus olan Xəlil Dərvişoğlu 2 dəfə qol vurmağa yaxın olsa da, ona ilk halda qeyri-dəqiqlik, ikinci halda qapıçı Livakoviç mane oldu. Sona qədər də oyunda başqa qol olmadı. 10-cu turdan bəri ilk dəfə meydana çıxan Bekaonun matçın sonlarına yaxın yenidən zədələnərək əvəzlənməsi diqqəti çəkdi. “Fənər” çempionat çərçivəsində ardıcıl 8-ci səfər oyununda xal itirmədi. Bundan başqa, komandanın superliqada qələbə seriyası 3, məğlubiyyətsiz seriyası 17 oyuna çatdı.

Turun daha 3 oyunu bazar günü keçirildi. Son 8 turda cəmi 1 dəfə uduzan “Samsunspor” “İstanbul BŞ” ilə səfər oyununda pis təsir bağışlamasa da, xal qazana bilmədi. İbrahim Üzülməzin “Pendikspor”un başında debütü isə uğursuz alındı. Evdə “Konyaspor”a uduzan İstanbul təmsilçisi ardıcıl 4-cü turu xalsız başa vurdu. Son 4 turda 3-cü qələbəsini qazanan Konya təsmilçisi 18-ci turdan bəri ilk dəfə düşmə zonasından çıxdı. Günün və turun əsas oyunu “Tüpraş Stadionu”nda keçirildi. İndiyə qədər bu arenada heç vaxt qələbə qazanmayan “Qalatasaray” liderliyi qaytarmaq üçün derbidə mütləq hesabına 3 xal yazmalıydı. Maraqlıdı ki, Fernando Santuşun başçılığı altında buna qədər evdə keçirdiyi 6 rəsmi oyunun heç birində qol buraxmayan “Beşiktaş” derbidə artıq 2-ci dəqiqədə hesabda geri düşdü! Künc zərbəsi zamanı İkardiyə mane olmağa çalışan Əl-Musrati başla topu öz qapısına göndərdi. “Qalatasaray”la oyunda öz qapısına qol vuran sonuncu “Beşiktaş”lı futbolçu 2012-nin mayında Uqo Almeyda olmuşdu. Bu, eyni zamanda bu derbinin tarixində “Qalatasaray”ın vurduğu ən erkən qol idi! “Qartal” qolun şokundan tez ayılaraq hücumlar qurmağa başladı. Bir epizodda Raşitsanın qapı önünə ötürməsinə Cenk çata bilmədisə, çox keçmədən kosovolunun künc zərbəsindən asması zamanı top tirə dəydi. “Cim-Bom” fasilə ərəfəsində fərqi artırmağa yaxın olsa da, qapısını vaxtında tərk edən Mərt Kərəm Dəmirbaya mane oldu.

2-ci hissə meydan sahiblərinin hücumları ilə başladı. 53-cü dəqiqədə böyük müzakirələrə səbəb olan epizod yaşandı. Kön Cenk Tosunun formasından çəkib yerə yıxsa da, hakim penalti təyin etmədi. Maraqlıdı ki, VAR da işə qarışmadı. Bir epizodda Muslera Masuakunun qüvvətli zərbəsini dəf etdikdən sonra Kolli yaxın məsafədən başla fərqlənə bilmədi. Sonrakı epizodda isə Gezzal gözəl fürsət əldə etsə də, Muslera ona mane oldu. “Beşiktaş” oyunu azlıqda tamamlamalı oldu. Kollinin Barış Alpərə sərt müdaxiləsindən sonra Xəlil Umut Meler əvvəlcə sarı vərəqə göstərsə də, epizodu izlədikdən sonra “sarı”nı “qırmızı” ilə əvəzlədi. Beləliklə, “Tüpraş Stadionu”nda keçirdiyi 8-ci oyunda ilk qələbəsini qazanan son çempion yenidən liderliyi özünə qaytardı. “Qalatasaray” 2014/15-dən bəri ilk dəfə “Beşiktaş”ı mövsümün hər iki oyununda məğlub etdi. “Sarı-qırmızılar”ın superliqada qələbə seriyası 9, məğlubiyyətsiz seriyası 16 oyuna çatdı. Onu da bildirək ki, oyundan sonra “Qalatasaray”ın sosial şəbəkədəki səhifəsində sarı-lacivərdli yelləncəkdə məyus halda oturmuş qartal şəkli paylaşıldığından iki klubun rəhbərliyi arasında münaqişə yaşandı.

28-ci tur
Beşiktaş – Qalatasaray 0:1
Əl-Musrati, 2-öz qapısına.
Beşiktaş: Mərt Günok, Onur Bulut, Nəcip Uysal, Kolli, Masuaku, Əl-Musrati, Amarti (Gezzal, 60), Raşitsa (Abubakar, 60), Muçi, Cenk Tosun (Muleka, 80), Semih Kılıçsoy.
Qalatasaray: Muslera, Kaan Ayhan, Sançes, Nelsson, Kön, Kərəm Dəmirbay (Ndombele, 90+4), Torreyra (Vinisius, 90+4), Barış Alpər Yılmaz, Mertens (Berkan Kutlu, 85), Kərəm Aktürkoğlu (Tete, 90+8), İkardi.
Hatayspor – Fənərbaxça 0:2
Osayi-Samuel, 24. Cengiz Ündər, 40.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Oostervolde, 66), Çağlar Söyüncü, Bekao (Bonuççi, 82), Fərdi Kadıoğlu (Mərt Müldür, 88), Mərt Hakan Yandaş (Kruniç, 83), İsmayıl Yüksək, Cengiz Ündər (Fred, 66), Şimanski, Tadiç, Ceko.
Alanyaspor – Trabzonspor 3:1
Aydın, 8; 38. Karaca, 73 – Pepe, 90+5.
Adana Dəmirspor – Fatih Karagümrük 1:0
Balotelli, 27-p.
İstanbul BŞ – Samsunspor 1:0
Aleksiç, 47.
Ankaragücü – İstanbulspor 1:1
Bassoqoq, 53 – Loşay, 45+8.
Çaykur Rizəspor – Kayserispor 3:0
Şelvi, 62. Zekiri, 81. Vareşanoviç, 90.
Pendikspor – Konyaspor 0:2
Çikalleşi, 12-p. Ethemi, 73.
Kasımpaşa – Sivasspor 0:0
Antalyaspor – Qaziantep 1:0
Larsson, 40.
1. Qalatasaray 28 24 3 1 58-15 75
2. Fənərbaxça 28 23 4 1 72-22 73
3. Trabzonspor 28 14 4 10 45-36 46
4. Beşiktaş 28 14 4 10 39-32 46
5. Kasımpaşa 28 11 7 10 48-50 40
6. İstanbul BŞ 28 11 6 11 36-33 39
7. Çaykur Rizəspor 28 11 6 11 31-40 39
8. Antalyaspor 28 9 11 8 33-31 38
9. Sivasspor 28 9 11 8 34-37 38
10. Kayserispor (-3) 28 10 8 10 35-41 35
11. Adana Dəmirspor 28 8 11 9 40-36 35
12. Samsunspor 28 9 6 13 33-37 33
13. Alanyaspor 28 7 12 9 35-41 33
14. Konyaspor 28 7 10 11 28-39 31
15. Ankaragücü 28 6 12 10 33-36 30
16. Fatih Karagümrük 28 7 8 13 32-32 29
17. Hatayspor 28 6 11 11 32-39 29
18. Qaziantep 28 7 7 14 31-41 28
19. Pendikspor 28 6 8 14 32-57 26
20. İstanbulspor (-3) 28 3 7 18 21-52 13
Bombardirlər: Ceko (Fənərbaxça) – 18, Tiam (Kayserispor/Pendikspor) - 15, İkardi (Qalatasaray), Manay (Sivasspor) – 14.
Növbəti turun oyunları martın 8-11-i aralığında keçiriləcək: Trabzonspor – Fatih Karagümrük, Konyaspor – Adana Dəmirspor, Sivasspor – Alanyaspor, İstanbulspor – Kasımpaşa, Fənərbaxça – Pendikspor, İstanbul BŞ – Antalyaspor, Qaziantep – Beşiktaş, Samsunspor – Ankaragücü, Qalatasaray – Çaykur Rizəspor, Kayserispor – Hatayspor.

Turun rəqəmi
75 – “Fənərbaxça” ilə “Qalatasaray” arasında davam edən “qaçdı-qovdu”, demək olar, hər tur xal rekordunun yenilənməsi ilə nəticələnir. Əvvəlcə “Fənərbaxça” hesabına növbəti qələbəni yazdı və xalını 73-ə çatdırmaqla yeni rekord müəyyənləşdirdi. Amma bu rekord cəmi 24 saat çəkdi. Mövsümün ən çətin səfərlərindən birini itkisiz başa vuran “Cim-Bom” 28-ci həftəni 75 xalla tamamladı. Bu, turnirin tarixinin yeni rekordudu!

Turun ulduzu
Fernando Muslera (Qalatasaray) – uruqvaylı illər ötdükcə şərab kimi keyfiyyətini daha da yaxşılaşdırır. Ötən həftiçi kubok oyununda açıq-aydın yeri görünən Muslera derbidə yenə etibarlı təsir bağışladı. Düzdü, “Qartal” onun qapısını “bombardmana tutmadı”. Amma 37 yaşlı əlcək sahibi xüsusilə Gezzalın yaxın məsafədən zərbəsini dəf edərək oyunboyu “çərçivə”yə gələn hər 3 zərbəni qaytarmağı bacardı. Çıxışlarda da əla oynayan Muslera növbəti dəfə “Cim-Bom” üçün mühüm oyunçulardan olduğunu göstərdi. 2011-ci ildən Türkiyədə oynayan Musleranın superliqada “Beşiktaş”a qarşı forma geydiyi 26-cı derbidə 13-cü qələbəyə sevindiyini də bildirək (5 heç-heçə, 8 məğlubiyyət).

Turun sitatı
Feyyaz Uçar, “Beşiktaş”ın yönəticisi: “Qalatasaray” rəhbərliyini yaxşı şəkildə qarşıladıq, sona qədər oyunu bir yerdə izlədik, oyundan öncə yemək də yedik. “Qalatasaray” rəhbərliyi stadionu tərk etməmiş onların etdiyi paylaşımı gördük. Başqanımız onların yönəticilərindən paylaşımın dərhal silinməsini tələb etdi. Öncə silinəcəyini dedilər, amma hələ də silməyiblər. Oyun günü səhər tezdən bundan ağır paylaşımı silmişdilər. Biz “Beşiktaş”ıq. Qartalı sığdıracaq bir qəfəs, ağırlığını daşıya biləcək bir yelləncək hələ qurulmayıb, dostlar. Qartal həmişə yüksəkdən uçar. Sosial şəbəkəyə görə onlarla görüşüb üz-göz olmaq istəmirik. Yaxşı niyyətlə görüşüb nəyisə müzakirə edə bilərik. Bu hərəkət onlara heç yaraşmadı. İş fərqli yerlərə, əxlaqın zədələnməsinə doğru gedir. Biz meydanın içindəki mübarizəmizi davam etdirəcəyik”.

Oyundan sonra
Fernando Santuş, “Beşiktaş”ın baş məşqçisi:

“Oyuna sanki 0:1 geridə başladıq. Erkən qol buraxandan sonra işlər asan olmur. Amma komandamın göstərdiyi reaksiyadan məmnunam. İkinci hissədə ən azı 2-3 yaxşı şansımız oldu. Amma heç cür topu tora göndərə bilmədik. Bu gün hücumameyilli futbol oynadıq. Yaxaladığımız şasnlar da bunu göstərir. Bu nəticə nə məni, nə oyunçularımızı, nə də fanatlarımızı sevindirdi. Cenk Tosunun formasından çəkildiyi epizod birmənalı şəkildə penaltidi. Bu mövsüm 3-cü dəfə penaltimiz verilmədi! “Adana Dəmirspor” və “Sivasspor” ilə oyunlarda da belə olmuşdu. Üstəlik Kollinin qırmızı vərəqəsi çox şübhəlidi. VAR yüzfaizlik penalti epizodunda hakimi çağırmır, amma sarı vərəqəlik epizodda çağırır. Belə çixir ki, VAR-da problem var! Hakimlər diqqətli olmalıdı. Düzdü, hakimər haqda danışmağı, bəhanələrə sığınmağı sevmirəm. Amma komandamın haqqının yeyilməsinə də göz yuma bilmərəm. “Beşiktaş” düzgün yoldadı və tədricən daha güclü olacağıq. Əcnəbi hakim tərəfdarı deyiləm. Türkiyəli hakimlər işini görür. Sadəcə, səhvlər çoxaldığı üçün səsimi çıxarıram”.


Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Son 7 gündə 3-cü oyunumuzu keçirdik. Bura yorğun və itkilərlə gəlsək də, hər kəs əlindən gələni etdi. Oyuna çox yaxşı köklənmişdik. Üstünlük bizim tərəfimizdəydi. Fasiləyə qədər 2-ci qolu da vura ilərdik. Qapımız önündə də 1-2 qol vəziyyəti yarandı. Nəticə etibarilə qol buraxmadan çox mühüm qələbə qazandıq. Derbilərin ab-havası fərqli olur. Bu matçlara çox önəm veririk. Mən də, oyunçularım da belə atmosferi sevirik. Həm də derbilərdə rəqiblər bizə qarşı açıq futbol sərgiləməyə çalışır. Bu stadionda ilk qələbəmizi qazandıq. Xeyirli olsun. Liderliyi özümüzə qaytardıq. Sona hələ 10 oyun var. Hamısında qalib gəlmək və çempion olmaq istəyirik. Artıq həftədə bir dəfə oynayacağıq və hər matça yaxşı şəkildə hazırlaşacağıq. Bu, bizim üçün üstünlükdü. Əlavə oyunlarımızdan yalnız superkubok matçı qalıb. Zədəlilər qayıdandan sonra heyətimiz daha da geniş olacaq. Xəlil Umut Melerə gəlincə, bu gün səhvə yol vermədi. Nə üçün tənqid olunduğunu bilmirəm. Əcnəbi hakimlə bağlı tələb “Fənərbaxça”dan gəlib. Biz öz hakimlərimizə güvənirik. Avrokuboklarda zatən əcnəbi hakimlərin idarəçiliyini gördük. Onları görəndən sonra hakimlərimizin daha güclü olduğunu deyə bilərəm”.


İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi:

“Kubokdakı məğlubiyyətə reaksiya göstərməliydik və bunu da etdik. 2 qollu inamlı qələbə qazandıq. Bu qollardan başqa da bir neçə gözəl fürsəti əldən verdik. Çox şey gözlədiyim futbolçular ümidlərimi doğrultdu. Fredin coşqusu, enerjisi, Bekaonun 4 aylıq fasilədən sonra qayıtması yerinə düşdü. Oyuna yaxşı hazırlaşmışdıq və bura qələbəyə inanaraq gəlmişdik. Fanatlarımızı sevindiridiyimizi düşünürəm. Qələbəni onlara həsr edirəm. Volkan Dəmirəl qardaşımdı və necə mübariə apardığını gözəl bilirik. Ona da, komandasına da növbəti oyunlarda uğurlar arzulayıram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

27-02-2024, 22:0

“Fənərbaxça”nı xal itkisindən penalti və Batşuayi xilas etdi – TURUN ŞƏRHİ

Dünya futbolu

12-11-2023, 15:0

''Qalatasaray''ın seriyaları qırıldı

Dünya futbolu

17-01-2024, 19:0

“Fənərbaxça” yeni xal rekordu müəyyənləşdirdi

Dünya futbolu

29-02-2024, 22:0

“Fənərbaxça”nın kubok macərası şok məğlubiyyətlə bitdi

Dünya futbolu

8-02-2024, 00:0

Nəhənglər iki qolla qalib gəldilər – TURUN ŞƏRHİ

Aktual
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
“Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? – mayın 3-ü, saat 16.00-da...
Bulvardakı “Saatlı qüllə” bu gün “Qalatasaray” azarkeşlərini görməyəcək! – niyə?
“Sabah” da üç aparıcı futbolçusundan məhrumdu, “Qarabağ” da
Liberknext Mahirin adını yenə iştirak ərizəsinə salmadı! - qarınağrın nədi, ay qardaş?
Son xəbərlər
  • Bu gün, 13:12
    Drayzaytlla Krosbidən tarixi uğur
  • Bu gün, 13:06
    Renat "Lex"ə qarşı oynadı
  • Bu gün, 12:42
    Lebron yenə tarix yazdı
  • Bu gün, 12:11
    Nərimanın komandası uduzdu
  • Bu gün, 11:33
    “Qalatasaray” çempionluğu əldən verdi?
  • Bu gün, 11:30
    “Qarabağ”ın futbolçuları İçərişəhərdə azarkeşlərlə görüşdü
  • Bu gün, 11:15
    "Qarabağ"ın xal itirmək ehtimalı böyükdü" - Tovuzdan "Tofiq Bəhramov"a azarkeş axını olacaqmı?
  • Bu gün, 10:50
    İki cüdoçumuz tatami üzərinə çıxır - Düşənbədə son gün
  • Bu gün, 10:00
    "Şamaxı" "Sabah"a, "Zirə" "Qəbələ"yə qarşı - YENİLƏNİR
  • Dünən, 23:50
    “Sabah”ın basketbol komandası da çempionluğa gedir
  • Dünən, 23:16
    Minifutbol millimiz qələbə qazandı
  • Dünən, 22:45
    RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
  • Dünən, 22:25
    Acun Ilıcalının komandası pley-offa vəsiqə qazandı!
  • Dünən, 21:57
    "Səsimizi çıxarmadıqca “Sumqayıt”ı əzmək fikri yaranır"
  • Dünən, 21:27
    “Öz taleyimi bilmirəm” - Demçenko klubdakı gələcəyi haqda nə dedi?
  • Dünən, 20:56
    “Qalibiyyətə layiq idik” - Jorj Kaşkilya
  • Dünən, 19:43
    "Bizim üçün problemli məsələ birinci penaltidi" - "Sumqayıt"ın məşqçisi
  • Dünən, 19:22
    “Sabah” Masazırda mükafatlandırılacaq, yoxsa Tovuzda? – rəsmi açıqlama
  • Dünən, 18:41
    “Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
  • Dünən, 18:10
    “Gözünün qabağında hakim haqqını yeyir, necə sakit dayanasan?!” - azarkeş qrupları AFFA İntizam Komitəsinin qərarlarından narazıdı
  • Dünən, 17:41
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:19
    ''Beşiktaş''ın sabiq ulduzu prezidentə transferlə bağlı tövsiyələr verdi
  • Dünən, 16:48
    Talişkanın hər qaçırdığı penalti istefaya və ayrılığa səbəb olub!
  • Dünən, 16:22
    “Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? – mayın 3-ü, saat 16.00-da...
  • Dünən, 15:54
    Bulvardakı “Saatlı qüllə” bu gün “Qalatasaray” azarkeşlərini görməyəcək! – niyə?
  • Dünən, 15:51
    Türkiyənin DÇ öncəsi qarşılaşacağı rəqiblər bəlli oldu
  • Dünən, 15:20
    "Kəpəz" - "Sumqayıt" - START HEYƏTLƏRİ
  • Dünən, 15:08
    Arda ''Real''da ayın ən yaxşı oyunçusu seçildi!
  • Dünən, 14:37
    “Sabah” da üç aparıcı futbolçusundan məhrumdu, “Qarabağ” da
  • Dünən, 14:06
    Liberknext Mahirin adını yenə iştirak ərizəsinə salmadı! - qarınağrın nədi, ay qardaş?
  • Dünən, 13:43
    Elvin Cəfərquliyevlə bağlı yayılan bütün xəbərlər yalandı!
  • Dünən, 13:15
    Final seriyasında ikinci oyun - "Sabah" fərqi artıra biləcəkmi?
  • Dünən, 12:52
    Uğursuz gün...
  • Dünən, 12:21
    Uşaq evlərinin komandaları arasında minifutbol turniri keçirildi
  • Dünən, 11:51
    Penaltilərin damğa vurduğu matçda qalib müəyyənləşmədi - hər iki penalti şübhəli idi!
Daha çox
Oxunub: 297
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 191
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 142
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 126
“AFFA-dan gələn yardımlar dayanıb” - daha bir bölgə klubu dağılmaq ərəfəsində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə