• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” yeni xal rekordu müəyyənləşdirdi

Dünya futbolu

17-01-2024, 19:0

Hesabat turu şənbə günü keçirilən oyunlarla start götürdü.

"Football-plus.az" xəbər verir ki, Əmrə Belözoğlunun çalışdırdığı “Ankaragücü” evdə “Kasımpaşa”nı yenməklə 6 oyunluq qələbəsiz seriyaya son qoydu. Amma “Pendikspor”la görüşdə 3 xalı son saniyələrdə əldən verən Volkan Dəmirəlin “Hatayspor”unun qələbə həsrəti 8 oyuna çatdı. “İstanbul BŞ” “Alanyaspor”la ev oyununda hesabda çox tez geri düşsə də, əzmkar qələbə qazandı. İlk 14 turda cəmi 3 qələbəsi olan başakşəhərlilərin son 6 turda 4 qələbə qazanması diqqəti çəkir. Şahruddin və “Adana Dəmirspor” daha bir uğursuz turu geridə buraxdı. Adanalılar bu dəfə Rizədən minimal məğlubiyyətlə qayıtmalı oldular.

Günün ən maraqlı oyunu “Tüpraş Stadionu”nda keçirildi. “Beşiktaş” Fernando Santuşun debüt matçında Şota Arveladzenin çalışdırdığı “Fatih Karagümrük”ü qəbul edirdi. Son 3 ev oyununda uduzmaqla fanatlarına şok yaşadan “Beşiktaş” bu dəfə ümidləri doğrultdu. Düzdü, ilk yarıda rəqibin müdafiəsini yarmaq mümkün olmadı. Fasiləyə qədər Cenk Tosunun tirə tuş gələn və Salih Uçanın qapı xəttindən çıxarılan zərbələri yadda qaldı. Fanatların gözlədiyi qol 62-ci dəqiqədə vuruldu. “Beşiktaş”ın heyətində son həftələrin ən diqqətçəkən ismi olan Semih Kılıçsoy yaxın küncü dəqiq nişan aldı. 18 yaş 151 günlük Semih 2007-dən bəri Türkiyə çempionatında ardıcıl 4 tur qol vurmağı bacaran ən gənc futbolçu oldu! “Beşiktaş”da sonuncu dəfə belə seriya yaxalayan yerli futbolçu 2019-da Burak Yılmaz olmuşdu (6 oyun). Həvəsdən düşən qonaqlar dərhal 2-ci topu da buraxdılar. Bu dəfə Raşitsa fərqləndi. Yekun nəticəni isə Santuşun həmyerlisi Fernandeş müəyyənləşdirdi. Beləliklə, portuqaliyalı mütəxəssisin debütü çox uğurlu alındı. Maraqlıdı ki, bu mövsüm superliqada ilk 18 oyunda böyükhesablı qələbəsi olmayan “Qartal” son 2 oyunda rəqiblərini darmadağın edib. Komanda ötən tur Rizədə 4:0-lıq qələbə qazanmışdı.

Turun daha 4 oyunu bazar gününə təsadüf etdi. Ötən tur “Fənərbaxça”dan 7 qol buraxaraq fiasko yaşayan və baş məşqçi Hakan Keleşlə yollarını ayıran “Konyaspor” bu dəfə autsayder “İstanbulspor”la qolsuz bərabərliyə razı oldu. “Sivasspor” Bülənt Uyğunun təyinatından sonra ilk məğlubiyyətini yaşadı. Bu məşqçi ilə “Kayserispor”u yenən və ötən tur “Qalatasaray”dan xal qoparmağı bacaran Sivas təmsilçisi bu dəfə debütant “Samsunspor”a boyun əydi. “Trabzonspor” üçün çətin Antalya səfəri uğurlu başladı. Artıq 2-ci dəqiqədə fərqlənən yunanıstanlı Funtas superliqada ilk qolunu vurdu. Amma 2021/22 mövsümünün çempionu qələbə hesabını qoruya bilmədi. Sərgən Yalçın antalyalıların başında keçirdiyi 3-cü superliqa matçında da məğlubiyyət acısı yaşamadı (1 qələbə, 2 heç-heçə). Bu komandanın başında ilk 3 çempionat oyununda uduzmayan sonuncu məşqçi 2008-in noyabrında Mehmet Özdilək olmuşdu. Abdulla Avcı qayıdandan bəri “Trabzonspor” superliqada səfərdə keçirdiyi 7 oyunun heç birində uduzmayıb (4 qələbə, 4 heç-heçə). Amma qeyd etmək yerinə düşər ki, Trabzon təmsilçisi indiyə qədər Avcı ilə heç vaxt Antalyada qələbə qazanmayıb (4 oyun, 2 heç-heçə, 2 məğlubiyyət)!
Günün son matçı Antepdə keçirildi. Ötən tur vahid liderə çevrilən “Fənərbaxça” bu şəhərə aşkar favorit statusunda gəlmişdi. Amma bu statusu doğrultmaq gözlənildiyi qədər asan olmadı. İlk yarı qonaqlar üçün uğurlu alınmadı. Şimanskinin qolu ofsayd üzündən qeydə alınmadısa, bir epizodda Ceko yaxın məsafədən topa toxuna bilməyərək əla fürsəti boşa verdi. Bu azmış kimi, 38-ci dəqiqədə Sərdar Əzizin zədələnməsi ilə Bonuççi superliqada debüt etmək fürsəti qazandı. İstanbul nəhəngi 2-ci hissə başlayan kimi penalti qazandı. Amma penaltilər bu mövsüm “Fənər”in əsas baş bəlasına çevrilib. Fredə qarşı kobudluğa görə təyin olunan penalti zamanı Cekonun zərbəsi dirəyə tuş gəldi! Qeyd edək ki, “sarı-lacivərdlilər” bu mövsüm bütün turnirlərdə qazanılan 15 penaltidən 5-ni (!) boşa verib. İsmayıl Kartal çətin keçən matçın axarını əvəzetmələrlə dəyişə bildi. Batşuayi ilə İrfan Can komandanın hücumunu canlandırdı. Nəhayət, “Fənər” fanatlarının gözlədiyi qol 81-ci dəqiqədə vuruldu. Şimanskinin asmasını İrfan dəqiq baş zərbəsi ilə tamamladı. Livakoviçin son anlarda gözəl seyvlə yadda qaldığını da bildirək. Beləliklə, ardıcıl 3-cü qələbəsini qazanan İsmayıl Kartalın komandası liderliyini davam etdirdi. Onu da bildirək ki, 20 tura 53 xal Türkiyə çempionatı tarixinin rekord göstəricisidi! Daha öncə “Beşiktaş” 1991/92-də və “Fənərbaxça” 2005/06-da 20 tura 52 xal toplamışdı.

20-ci tur
Qaziantep – Fənərbaxça 0:1
İrfan Can Kahveci, 81.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Sərdar Əziz (Bonuççi, 38), Oostervolde, Fərdi Kadıoğlu, Fred, İsmayıl Yüksək (Batşuayi, 64), Cengiz Ündər (İrfan Can Kahveci, 64), Şimanski (Umut Nayır, 46), Tadiç (Kinq, 79), Ceko.

Qalatasaray – Kayserispor 2:1
Nelsson, 26. Mertens, 86-p. – Boa Morte, 58.

Beşiktaş – Fatih Karagümrük 3:0
Semih Kılıçsoy, 62. Raşitsa, 65. Fernandeş, 90+2.
Beşiktaş: Mərt Günok, Onur Bulut, Tayyp Talha Sanuç, Zaynutdinov, Umut Meraş, Haciahmetoviç (Efe Tıknaz, 15), Salih Uçan (Nəcip Uysal, 81), Fernandeş, Raşitsa (Gezzal, 75), Semih Kılıçsoy (Rebiç, 81), Cenk Tosun (Muleka, 76).

Antalyaspor – Trabzonspor 1:1
Yehezkel, 68 – Funtas, 2.
Trabzonspor: Uğurcan Çakır, Mehmet Can Aydın (Hüseyin Türkmən, 84), Benkoviç, Baniya, Ərən Elmalı, Mendi, Berat Özdəmir, Bardi, Visça (Arif Boşluk, 90+6), Funtas (Umut Günəş, 84), Enes Destan (Poyraz Yıldırım, 90+6).

Çaykur Rizəspor – Adana Dəmirspor 1:0
Moçi, 54.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, İsmayıl Çokçalış, Semih Gülər, Sisse, Əbdürrəhim Dursun (İzzət Çelik, 87), Qravilyon, Stambuli (Nani, 79), Yusuf Ərdoğan (Yusuf Barasi, 46), Mişu (Manev, 46), Akintola, Əmrə Akbaba.

Hatayspor – Pendikspor 1:1
Rivas, 47 – Kappel, 90+4.

Ankaragücü – Kasımpaşa 3:1
Muyakiç, 45+1. Bayiç, 64. Pedrinyo, 83 – Aytac Kara, 35.

İstanbul BŞ – Alanyaspor 3:2
Dəniz Türüç, 35. Pyontek, 45+1. Fiqeyredo, 58 – Kordova, 2. Riçard, 61.

Samsunspor – Sivasspor 2:0
Van Drongelen, 4. Holse, 36.

İstanbulspor – Konyaspor 0:0

1. Fənərbaxça 20 17 2 1 57-16 53
2. Qalatasaray 20 16 3 1 38-11 51
3. Trabzonspor 20 11 4 5 35-22 37
4. Beşiktaş 20 11 2 7 33-26 35
5. Çaykur Rizəspor 20 9 5 6 25-27 32
6. Adana Dəmirspor 20 7 8 5 33-25 29
7. Antalyaspor 20 7 8 5 25-20 29
8. Kayserispor 20 8 5 7 27-29 29
9. İstanbul BŞ 20 7 5 8 25-24 26
10. Kasımpaşa 20 7 5 8 33-40 26
11. Sivasspor 20 6 7 7 24-31 25
12. Ankaragücü 20 5 9 6 26-25 24
13. Alanyaspor 20 5 7 8 21-29 22
14. Hatayspor 20 4 9 7 26-27 21
15. Samsunspor 20 6 3 11 23-31 21
16. Qaziantep 20 6 3 11 22-30 21
17. Fatih Karagümrük 20 5 5 10 22-23 20
18. Konyaspor 20 4 7 9 19-32 19
19. Pendikspor 20 3 7 10 21-43 16
20. İstanbulspor (-3) 20 2 4 14 14-38 7
Bombardirlər: Ceko (Fənərbaxça) – 16, İkardi (Qalatasaray), Tiam (Kayserispor) – 12.
Növbəti turun oyunları yanvarın 20-22-si aralığında keçiriləcək: Konyaspor – Antalyaspor, Pendikspor – Beşiktaş, Adana Dəmirspor – Ankaragücü, Alanyaspor – Çaykur Rizəspor, Kasımpaşa – Hatayspor, Fatih Karagümrük – İstanbul BŞ, Sivasspor – Qaziantep, Fənərbaxça – Samsunspor, Trabzonspor – Qalatasaray, Kayserispor – İstanbulspor.

Turun rəqəmi
7 – çempionluq yolunda əmin addımlarla irəliləyən “Fənərbaxça”nın bu mövsümdəki səfər performansı alqışalayiqdi. Komanda superliqada rəqib meydanlarında keçirdiyi 10 oyundan 9 qələbə, 1 heç-heçə ilə ayrılaraq 30 mümkün xaldan 28-ni toplayıb. Ən əsası “Fənər” bu 10 matçın 7-də qapısını toxunulmaz saxlayıb! Bu, komandanın son 22 ildəki ən yaxşı göstəricisidi. İstanbul nəhəngi sonuncu dəfə 1991/92-də ilk 10 səfər oyununun 7-də qol buraxmamışdı. Bu mövsüm “Fənər” səfərdə yalnız “Beşiktaş”, “Kayserispor” və “İstanbulspor”dan qol buraxıb.

Turun ulduzu
İrfan Can Kahveci (Fənərbaxça) – təcrübəli yarımmüdafiəçi bəlkə də “Fənərbaxça”ya mövsümün ən vacib qələbələrindən birini qazandırdı. Sonradan meydana çıxaraq qələbə qolunu vuran İrfan bu mövsüm superliqada qollarının sayını 7-yə çatdırdı. O, karyerasının ən məhsuldar mövsümünü keçirir. Belə ki, Kahveci buna qədər superliqada bir mövsümə 5-dən artıq qol vurmamışdı. 28 yaşlı vinger superliqada cəmi 2-ci dəfə başla fərqləndi. Maraqlıdı ki, o, bu qolların hər ikisini cari mövsümdə, üstəlik sonradan meydana çıxdığı oyunlarda vurub.

Turun sitatı
Maruis Şumudika, “Qaziantep”in baş məşqçisi: “Son dəqiqəyə qədər yaxşı mübarizə apardıq. “Fənərbaxça” ilə eyni səviyyədə oynadıq. Mənə qəribə gələn “Fənərbaxça”nın qol sevinci oldu. Sanki “Real”ı yendilər və ya Çempionlar Liqasını qazandılar. Həm büdcə, həm də heyət baxımından bizi qat-qat üstələyən rəqiblə başabaş oynadıq. “Fənərbaxça”nın bu cür sevinməsi onu göstərir ki, bizdən çəkinirdilər. Halbuki buna qədər, demək olar, bütün matçlarda böyükhesablı qələbələr qazanırdılar. Amma biz onlara acı çəkdirdik. Bu da məni sevindirir. İsmayıl Kartalın ot örtüyündən şikayətlənməsi çox yersiz oldu. Federasiya bizə bu ot örtüyündə oynamağa icazə verirsə, o da oynamağı qəbul etməlidi! İndi biz gələn tur Sivasa yollanacağıq. Orda hava şaxtalı olacaq və ot örtüyü də yaxşı deyil. Xal itirsək, bunu bəhanə edək?”

Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Bura qələbə üçün gəlmişdik və istəyimizə çatdıq. Əvvəldən sona qədər üstünlük tərəfimizdə oldu. Rəqibin əsasən əks-hücumlara bel bağlayıb uzun ötürmələrlə hücuma çıxmaq istəyəcəyini təxmin etmişdik. Biz gözəl oynamağa çalışan komandayıq. Amma bu gün ot örtüyü bizə həmişəki oyunumuzu sərgiləməyə imkan vermədi. Oyunçularım daha yaxşı oynamaq üçün əllərindən gələni etdilər. 1 qol 3 xal üçün kifayət etdi. Biz hücum edərkən müdafiə, müdafiə olunarkən hücum haqda düşünmək məcburiyyətindəyik. Oyunçularım bu gün hər iki cəhətdən yaxşı təsir bağışladı. Qapımız önündə elə də çox qol vəziyyəti yaranmadı. Az qala 40 dəfə rəqibin cərimə meydançasına daxil olduq. Daha böyük fərqlə qalib gəlmək üçün yaxşı fürsətlərimiz var idi. Amma əsas odu ki, qələbə qazandıq”.

Fernando Santuş, “Beşiktaş”ın baş məşqçisi: “Qələbə münasibətilə oyunçularımı təbrik edirəm. Fanatlarımıza təşəkkür edirəm. Bizə lazım olan dəstəyi verdilər. Qələbədə onların da payı var. Onların dəstəyi bizim də işimizi asanlaşdırır. Bu dəstəyi həmişə görmək istəyirəm. Düzdü, layiqli qələbə qazandıq. Amma məsələyə real baxmaq lazımdı. Bundan da yaxşı oynaya bilərik. Matçın bəzi anları bizim üçün sıxıntılı keçdi. Xüsusilə 2-ci hissənin əvvəllərində üstünlüyü rəqibə verdik. Sonradan toparlandıq. Çalışmaq və hər gün üzərimizdə işləmək məcburiyyətindəyik. Oyunumuzda düzəlməli olan çox şey var. Hələ ki oyun fəlsəfəmi futbolçulara aşılamağa çalışıram. Son vaxtlar “Beşiktaş” ev oyunlarında ciddi problemlər yaşayırdı. Bu baxımdan qələbə qazanmağımız çox yaxşı oldu. Ötən turda Rizə səfərində əldə olunan 4:0-lıq qələbə oyunçuların özünəinamını artırdı. Futbolçular mənə, mən də onlara güvənirəm. Hər halda, futbolçularım bu qələbədən sonra küçədə daha rahat şəkildə gəzə biləcəklər. Bu transfer dönəmində bizə dərhal fayda verə biləcək ən azı 2-3 oyunçu almağa çalışacağıq. Xüsusilə dayaq yarımmüdafiəsi mövqeyini gücləndirməliyik. Mənim üçün qapıçı, “6” nömrə, “10” nömrə və hücumçu mövqeləri çox önəmlidi. Bunların bir xətt boyunca irəlilədiyini nəzərə alsaq, bu mövqelər komandanın onurğa sütunudu. Komandanı ayaqda saxlayan məhz bu mövqelərdi”.

Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi: “Öncə federasiyaya bir sualım var. “Antalyaspor” bundan əvvəlki turu bizdən 2 gün öncə oynadı. Onların bu oyuna hazırlaşmaq üçün 2 gün artıq vaxtı oldu. Heç kimi asıb-kəsmirəm. Sadəcə, təqvimin nə üçün belə qurulduğunu anlamaq istəyirəm. “Antalyaspor” bu liqanın güclü klublarından biridi. Çətin olacağını bilirdik. Erkən qolla hesabı açsaq da, ümumilikdə istədiyimiz futbolu sərgiləyə bilmədik. Pressinq edib meydanın rəqibə aid hissəsində topu qazana bilirdik. Amma təəssüf ki, topu yenidən çox tez itirirdik. Bu gün rəqib də qalib gələ bilərdi, biz də. 1 xalla ayrılmaq məcburiyyətində qaldıq. Daha yaxşı oynaya bilərik. Amma hazırda 3-cü pillədəyik. Bugünkü şərtlərlə 3-cü pillə bizim maksimumuzdu. Bu mövsüm yenidən Türkiyə kubokunu qazanmağa çalışacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

20-04-2023, 19:0

''Fənərbaxça'' geridönüşlərin kralıdı

Dünya futbolu

14-03-2023, 21:0

“Qalatasaray” 63 illik rekordu yenilədi – TƏHLİL

Dünya futbolu

4-10-2023, 22:0

“Fənərbaxça” 14-cü oyunda da büdrəmədi! - TURUN ŞƏRHİ

Dünya futbolu

8-06-2023, 22:0

“Trabzonspor” mövsümü 6-cı pillədə tamamladı, Çalımbay “Sivasspor”dan ayrıldı - ŞƏRH

Aktual
“Sabah”ı kim və nə dayandıra bilər? - Aslan Kərimov deyir ki...
“Sabah”, “Qarabağ” və “Neftçi” İntizam Komitəsinin qərarı ilə barışıb?
“Məğlubiyyətin səbəbkarlarını vicdanı ilə baş-başa buraxıram” – Sxadadzenin barmaq silkələməsi...
“Neftçi”nin qəlbimdə xüsusi yeri var” – Vobay hansı komandanın azarkeşləri üçün daha çox darıxır?
“Hakimlər dedi ki, ağ-göy geyinsəz də, biz seçə bilməyəcəyik, icazə vermədilər” - Şəmkirdə nələr baş verib?
Toraldan ABŞ-də olan Nərimana dəstək – “Kolumbus Kryu” azarkeşləri onun debütü üçün gün sayır
Son xəbərlər
  • Bu gün, 00:13
    "Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm" - Saşa İliç
  • Dünən, 23:43
    "Yaydan bir yerdə işləyəcəm" - Ayxan Abbasov
  • Dünən, 22:56
    "Qarabağ"la "Neftçi" bir həftədə iki dəfə qarşılaşacaq!
  • Dünən, 22:33
    "Araz-Naxçıvan" və "Şamaxı" qələbə qazandı - YENİLƏNİB
  • Dünən, 22:06
    ''Borussiya''nın türkiyəli üzvü yayda hansı İstanbul nəhənginə qismət olacaq?
  • Dünən, 21:45
    İkardinin ''Qalatasaray'' macərası başa çatır - onun yeni klubu bəllidi?
  • Dünən, 21:08
    “Qarabağ”la oyunla müqayisədə futbolçuların gözündə alov var idi” – Andrey Demçenko
  • Dünən, 21:06
    “Araz-Naxçıvan”a 2-3 qol vurmaq çətindi” – Fizuli Məmmədov
  • Dünən, 20:12
    "Sumqayıt" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 19:59
    TFF-dən tarixi qərar - Superliqa matçını qadın hakim idarə edəcək
  • Dünən, 19:09
    Milli ilk qələbəsini qazandı - FİBA Çempionlar Kuboku
  • Dünən, 18:40
    Millimizin yeni baş məşqçisinin mətbuat konfransı olacaq
  • Dünən, 17:59
    "Araz-Naxçıvan" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ
  • Dünən, 17:58
    “Sabah”ı kim və nə dayandıra bilər? - Aslan Kərimov deyir ki...
  • Dünən, 17:19
    “Sabah”, “Qarabağ” və “Neftçi” İntizam Komitəsinin qərarı ilə barışıb?
  • Dünən, 16:55
    “Məğlubiyyətin səbəbkarlarını vicdanı ilə baş-başa buraxıram” – Sxadadzenin barmaq silkələməsi...
  • Dünən, 16:33
    “Neftçi”nin qəlbimdə xüsusi yeri var” – Vobay hansı komandanın azarkeşləri üçün daha çox darıxır?
  • Dünən, 15:55
    İFA ilə yenidən anlaşdı
  • Dünən, 15:24
    “Hakimlər dedi ki, ağ-göy geyinsəz də, biz seçə bilməyəcəyik, icazə vermədilər” - Şəmkirdə nələr baş verib?
  • Dünən, 15:03
    UEFA “Bavariya”lılara əlavə cəza kəsə bilər
  • Dünən, 14:53
    Yunanlar “Sabah”ın qisasını aldı!
  • Dünən, 14:38
    Yığmadakı 14 illik çıxışını başa vurdu
  • Dünən, 14:15
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 13:49
    “Avropa MBA-sı” martın sonunda elan olunacaq
  • Dünən, 13:00
    Rassell ilk mərhələnin qalibi oldu
  • Dünən, 12:25
    “Fənər” qalib gəldi, “Efes” uduzdu
  • Dünən, 11:58
    Toraldan ABŞ-də olan Nərimana dəstək – “Kolumbus Kryu” azarkeşləri onun debütü üçün gün sayır
  • Dünən, 11:30
    “Qırmızı şeytanlar”a keçə bilər
  • Dünən, 10:43
    Dembele “Siti”yə transfer oluna bilər
  • Dünən, 10:22
    Güləşçimiz yenidən Avropa çempionu oldu
  • Dünən, 10:00
    Brant İngiltərə yolunda
  • Dünən, 00:00
    Gilces-Aleksander Çemberlenin rekordunu təkrarladı
  • 12-03-2026, 23:0
    15 qol, 28 qovulma – 21-ci əsr üçün rekord müəyyənləşdi
  • 12-03-2026, 22:0
    Basketbol yığmasının təqvimi açıqlandı
  • 12-03-2026, 22:0
    Daha klubun həkimlərinə etibar etmir
Daha çox
Oxunub: 359
Qurban Qurbanovun “Qarabağ”dan göndərəcəyi ilk futbolçu bilindi! – uğursuz transfer yola salınır
Oxunub: 216
“Qarabağ”ın iki aparıcı futbolçusundan bəd xəbər – Qurban Qurbanov 3-cü dövrəyə bəxtsiz başlayacaq!
Oxunub: 205
Qurban Qurbanov ona da qapını göstərdi! – Ramil Şeydayevin arxasınca...
Oxunub: 160
“Klubdan həm də buna görə ayrıldım” – “Şəfa”nın sabiq prezidenti bilinməyən məqamları “Futbol+”ə dedi!
Oxunub: 152
Böyüklərin davası başladı - KÖŞƏ
Oxunub: 152
“Qarabağ” daha topdağıtmaz qala deyil! – düşərgədən hər gün bir xəbər sızır
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə