• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zaqatala”nı məğlub edə bilməmək sürpriz sayılmamalıdı”

1-ci liqa / Manşet

4-03-2024, 19:0

1-ci liqada 2023/24 “futbol ili”nə start veriləndə çempionatın favoriti “Şamaxı” idi.

Çoxu “ovcunu iyləyibmiş” kimi iddia edirdi ki, mövsümün sonunda premyer-liqaya yüksələcək komanda “şirlər” olacaq. Əlbəttə, bu hələ də mümkündü. Amma və lakin...

Turlar geridə qaldıqca bəlli oldu ki, 1-ci liqada çempionluq vəzifəsinin öhdəsindən gəlmək göründüyü qədər asan deyil. Keçmişi vərəqləməyə ehtiyac duymadığımızdan əsas mətləbə keçək. Belə ki, premyer-liqadan fərqli bu turnirdə çempionluğa can atan və hədəfdən heç də uzaqda olmayan bir yox, beş komanda var: “Qaradağ Lökbatan”, “İmişli”, “Şamaxı”, MOİK və “Karvan”. Maraqlıdı ki, komandaların xal ehtiyatı bir-birindən o qədər də fərqlənmir. Belə gərgin mübarizə fonunda “şirlər”in 16-cı turda “Zaqatala”nı məğlub edə bilməməsi (1:1) birmənalı qarşılanmadı. Çünki oyunun aşkar favoriti “Şamaxı” idi. Əlbəttə, bu nəticə komandaya baha başa gələ bilərdi ki, belə də oldu. Qısası, meydan sahibləri xal itirdiyindən zirvəni “Qaradağ Lökbatan”la “İmişli”yə təhvil verməli oldu.

Belədə bu və başqa mövzular ətrafında “şirlər”in baş məşqçisi Ramiz Məmmədovla söhbətləşməyə ehtiyac duyduq. O, son heç-heçənin səbəbləri haqda danışmaqla yanaşı, bir çox məqama aydınlıq gətirdi.

– “Zaqatala” cari mövsümdə ikinci dəfə “Şamaxı”dan xal qopardı. Məhz bu komandayla oyunlar sanki tilsimə düşüb...

– Rəqib baxımından ayrı-seçkilik etmək istəmirəm. 1-ci liqada yetərincə ciddi mübarizə şəraiti mövcuddu. Hansı pillədə qərarlaşmasından asılı olmayaraq bütün komandalar meydana qələbə üçün çıxır. Hazırda zəif-güclü məsələsi aktual deyil. Sonuncu sırada olan “Araz Saatlı”nın da istəkli və cəsarətli heyəti var. Yəni “Zaqatala”nı məğlub edə bilməmək sürpriz sayılmamalıdı. Səbəbə gəlincə, bəxtsizlikdən başqa ağlıma nəsə gəlmir. Futbolçularım son ana qədər əlindən gələni etdi. Gah dirək mane oldu, gah da qapıya zərbələrdə dəqiqlik çatmadı.

– Ümumi nəticələrə görə komandadan narazılığınız varmı?

– Bundan söhbət gedə bilməz. Oyunçularımın hər biri mənim üçün dəyərlidi və hamısından razıyam. Bilirəm ki, qələbə qazanmaq üçün var gücləri ilə çalışırlar. Bəzən alınır, bəzən də yox.

– Cari mövsümdə səkkiz qələbə qazanmısız. Bu sayı artırmaq vacibdi. Çünki ilk “ beşlik”də ciddi rəqiblər var. Planınız nədi?

– Təbii ki, daha çox çalışmaq! Biz nə məğlubiyyətin, nə də heç-heçənin təsiri altına düşməməliyik. Komandam da məhz belə edir. Oyun bitəndən sonra hər şeyi unudub növbəti görüşə hazırlaşırıq. Şükür Allaha, bu gün hər şey qaydasındadı. Ruhdan düşmək olmaz. Hədəf dəyişməyib. İnşallah, çempion olmaq istəyirik.

– Premyer-liqada tez-tez baş məşqçilərin hakimliyin səviyyəsindən narazı olduğunu eşidirik. Bəs 1-ci liqada ədaləti təmsil edənlərin işi sizi qane edirmi?

– Bu barədə geniş danışsam, gərək bir çox məsələyə toxunum. Sayılmayan qolumuz da olub, əslində hava şəraitinə görə təxirə salınmalı matçda məcburiyyətdən meydana çıxmağımız da... Ümumiyyətlə, uzun illər ərzində baş məşqçi işləmişəm və belə hallarla çox qarşılaşmışam. Bilindiyi kimi, oyunlar qeydə alınır, yayınlanır. Bununla yanaşı, biz də çəkiliş edirik. Lazım olanda, yəni mübahisəli epizodlar qeydə alınanda videoları məsul qurumlara göndəririk. Lakin nə dəyişir? Ya da belə deyək: indiyə qədər nə vaxtsa sonradan dəyişiklik olubmu? Təbii ki, yox! Əlimizdən başqa heç nə gəlmir. O da var ki, tarixdə nəticə qalır və hakim ədalətsizliyinə və ya uduzmağımıza səbəb olan hansısa səbəblərə burda yer yoxdu. Belə detalları diqqətdə saxlasaq, sadəcə, ruhdan düşə bilərik ya da gərək təslim olaq... İşimizi görürük və istəyirik ki, mövsümün sonunda çempion olaq. Problem hər yerdə ola bilər. Motivasiyamızı itirməməliyik.

– Sizə qarşı hansısa hakim qərəzi hiss etmisizmi?

– Bu barədə dəqiq danışmaq çətindi. Hakimlərin əksəriyyəti gəncdi. Ola bilər ki, təcrübəsizlikdən və ya bilməyərəkdən hansısa səhvlərə yol versinlər. Kiminsə haqqına girmək istəmirəm. Ən yaxşısı önümüzə baxmaq, gələcəyə köklənməkdi. Ümid edirəm ki, hakimlər zamanla daha az səhvə yol verəcək. Hər birinə uğur arzulayıram.

– Futbol üzrə çempionatlarda azarkeş sayı da vacib məsələdi. Di gəl ki, ölkəmizdə stadiona gələn, sevdiyi komandanı tribunadan dəstəkləyən tərəfdarların sayı çox azdı. Hətta premyer-liqada belə! Futbola maraq yoxdu desək, yanıla bilərik. Çünki oyunları televiziya və internet kanallarından izləyənlərin sayı minlərlədi. Vəziyyət 1-ci liqada daha kritikdi. Məhz elə “Şamaxı” azarkeşləri stadiona niyə gəlmir?

– Bu hal futbolumuzun yaralı yeridi və qısa zamanda sağalacağını gözləmirəm. Duz vurğulayırsız. Futbola maraq var, amma tribunalar boşdu. Məsələn, 1-ci liqanın oyunları həftəiçi, bu da azmış kimi, günorta saatlarında keçirilir. Günün ən sıx vaxtı da sırf bu saatlardı. Dərs, iş, yol və sair... Əlbəttə, istəyərəm ki, komandamızı daha çox azarkeş tribunadan dəstəkləsin. Təəssüf ki, say çox azdı. Amma bu bəlaya çarə qılmaq tam bizdən asılı deyil. İşimiz nəticə vermək, uğurlu komanda yaratmaqdı ki, bunun üçün çalışırıq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

1-ci liqa / Manşet

28-02-2024, 16:0

MOİK "İrəvan"ı darmadağın etdi, "Şamaxı" büdrədi - YENİLƏNİB

1-ci liqa / Manşet

9-02-2024, 16:0

1-ci liqada ilin ilk tura sona çatdı - YENİLƏNİB

Ölkə futbolu

15-02-2024, 17:0

"Karvan" "Qaradağ Lökbatan"ı məğlub etdi, "Şamaxı" lider oldu - YENİLƏNİB

1-ci liqa / Manşet

26-12-2023, 15:0

“Qaradağ Lökbatan” qış çempionu oldu, MOİK Şamaxıdan məğlub qayıtdı - YENİLƏNİB

1-ci liqa / Manşet

14-12-2023, 16:0

“Qaradağ Lökbatan” yenidən lider oldu - YENİLƏNİB

Aktual
“Qarabağ”ın səfər oyunu göstəriləcək!
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
“Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
“İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
“Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
“Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
Son xəbərlər
  • Bu gün, 01:50
    "Sabah" "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Dünən, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Dünən, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Dünən, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Dünən, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Dünən, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Dünən, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
  • Dünən, 15:30
    La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
  • Dünən, 14:59
    Makqreqor uduzdu, amma milyonlar qazandı
  • Dünən, 14:05
    “İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
  • Dünən, 13:51
    “Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
  • Dünən, 13:20
    Buruk Terimi geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü
  • Dünən, 12:59
    "Şamaxı" gürcüstanlı hücumçu transfer etdi
  • Dünən, 12:44
    “Hədəf yarışın indiyədək keçirilmiş cüdo üzrə dünya çempionatları arasında ən yaxşısı olmasıdı”- Rəşad Rəsullu
  • Dünən, 12:25
    Bakıda olacaq DÇ-nin rəsmi loqosu və tanıtım çarxı təqdim edildi
  • Dünən, 11:54
    Millimiz İngiltərəyə qalib gəldi
  • Dünən, 11:23
    Alkaras daha bir turniri buraxacaq
  • Dünən, 10:52
    “Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
  • Dünən, 10:31
    "İmişli"də növbəti ayrılıq
  • Dünən, 10:00
    Oveçkin qonşusu ilə barışdı və ...Messiyə qonşu oldu
  • Dünən, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • 15-07-2026, 23:0
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • 15-07-2026, 23:0
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • 15-07-2026, 22:0
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • 15-07-2026, 21:0
    Yarımfinal oyununa çıxa biləcəklər?
Daha çox
Oxunub: 233
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 224
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 217
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 206
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə