• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nəhənglərdən heç biri büdrəmədi

Dünya futbolu

4-03-2024, 18:0

Çərşənbə günü İngiltərə kubokunun 1/8 final mərhələsinin son dörd oyunu keçirildi.

"Football-plus.az" xəbər verir ki, ölkə futbolunun nəhənglərindən “Liverpul”, “Mançester Yunayted” və “Çelsi”, eləcə də cari mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Vulverhempton” növbəti mərhələyə adladı.

“Liverpul”un kadr problemləri getdikcə dərinləşir, ancaq Kloppun komandası tempi aşağı salmaq niyyətində deyil. “Qırmızılar” Liqa kubokunu qazanandan cəmi üç gün sonra “Sauthempton”u darmadağın etdi. “Liverpul”un baş məşqçisinin gənclərə güvənməkdən başqa yolu yox idi. Və klubun 18 yaşlı yetirmələri onun inamını artıqlamasıyla doğrultdu. Hərçənd ilk yarı tam başqa ssenari üzrə cərəyan edə bilərdi. “Sauthempton” ilk yarıda yetərincə cəsur təsir bağışladı. Çempionşipin liderlərindən biri hansısa məqamda rəqibə ciddi təzyiq göstərdi, ancaq imkanları qola çevirə bilmədi. Fasiləyə yaxın təşəbbüsü ələ keçirən “qırmızılar” isə 44-cü dəqiqədə hesabı açdı. Klarkın ötürməsindən sonra mersisaydlıların debütantı Kumas fərqləndi. 2-ci hissənin əvvəlində “qırmızılar” yenidən “müqəddəslər”in təzyiqi ilə üzləşdi, artdından Qakpo çox əlverişli imkandan yararlana bilmədi. Belə düşünmək olardı ki, meydan sahiblərini əsəbi sonluq gözləyir. Ancaq “Liverpul” nəinki fərqi qorudu, hətta onu artırdı da. Sonradan meydana çıxan Dannsın 73-cü dəqiqədəki qolu həlledici oldu. Üstəlik 18 yaşlı hücumçu oyunun sonunda dublunu da rəsmiləşdirdi. Gənclərin köməyi ilə “Sauthempton”u darmadağın edən “Liverpul” ölkə kubokundan da gözünü çəkməyib. “Müqəddəslər” isə artıq diqqətini premyer-liqaya vəsiqə uğrunda mübarizəyə yönəltməlidi.

“Nottingem Forest”lə oyun “Mançester Yunayted” üçün çox əsəbi alındı. Oyunun taleyi son dəqiqələrdə, artıq hər kəsin əlavə vaxtı gözlədiyi vaxt həll olundu. MY oyunun əksər bölümündə topa nəzarət etsə də, real qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdi. “Meşəçilər” isə təhlükəli əks-hücumlar qururdular. Ancaq hər iki tərəf perspektivli hücumların bitiricilik mərhələsində dəqiqlik və soyuqqanlılıq baxımından axsayırdı. Belə mənzərə həm 1-ci, həm də 2-ci hissədə müşahidə olundu. 2-ci hissədə futbolçuların hərəkətlərində gərginlik bir qədər də artdı, axı indi hər səhvin dəyəri daha böyük idi. Tələslənlik özünü göstərir, xüsusən də MY-nin oyunçuları hücumları daha ağıllı şəkildə bitirmək əvəzinə uzaqdan zərbələrə üstünlük verirdi. Əsas vaxt başa çatarkən təyin olunan cərimə zərbəsi həlledici oldu. Məhz həmin cərimə zərbəsi zamanı Kazemiro “qırmızı şeytanlar”ı irəli çıxardı. Meydan sahiblərinin məğlubiyyətdən qaçmaq üçün vaxtı yox idi.

Premyer-liqa ilə bağlı hədəflərindən uzaq düşən “Çelsi”, heç olmasa, mövsümü hansısa titulla bitirmək istəyir. “Zadəganlar” çempionşip təmsilçisi “Lids”in öhdəsindən çətinliklə gəldi. Qonaqlar 8-ci dəqiqədə gözlənilmədən hesabı açdı. “Çelsi” cəmi 7 dəqiqə sonra bu qolun əvəzini çıxdı. Hissənin sonunda Mudrik yenə də Maduekenin ötürməsi ilə meydan sahiblərini irəli çıxardı. Bununla belə, yorkşirlilər 2-ci hissədə intriqanı bərpa etməyi bacardı. Bu dəfə də Cozef fərqləndi. 90-cı dəqiqəyə qədər tabloda 2:2 hesabı yanırdı, ancaq 2-ci hissədə meydana çıxan Qallaher “Çelsi”nin qələbə topunu vura bildi. Qonaqların sensasiyalı qələbə qazanmaq imkanları var idi, onlar 2-ci hissədə rəqiblə müqayisədə topa daha çox nəzarət edirdi. Ancaq paytaxt təmsilçisi Liqa kubokunun finalında “Liverpul”dan aldığı acı məğlubiyyətə görə azarkeşləri önündəki günahını yuya bildi.
“Vulverhempton”la “Brayton” premyer-liqanın turnir cədvəlində bir-birinin yaxınlığında qərarlaşıb. Hətta “qağayılar” “canavarlar”dan iki pillə öndədi. Ancaq növbəti mərhələyə vəsiqəni “Vulverhempton” qazandı. Lemina 2-ci dəqiqədə hesabı açdı, qonaqlar nə qədər çalışsa da, məğlubiyyətdən qurtula bilmədi.

Artıq 1/4 final mərhələsinin püşkü də atılıb. Bu mərhələdə cütlər belə formalaşıb: Mançester Siti – Nyukasl, Çelsi – Lester, Koventri – Vulverhempton, Mançester Yunayted – Liverpul. Oyunlar martın 16-17-də keçiriləcək.

1/8 final
Liverpul - Sauthempton (D-2) 3:0
Kumas, 44. Danns, 73; 88.
Liverpul: Kelleher, Qomes, Kuansa, Van Diyk (Konate, 46), Simikas, Bredli, Klark, Makkonnell (Makallister, 63), Elliott (Nyoni, 78), Kumas (Danns, 62), Qakpo (Qordon, 90).
Nottingem Forest – Mançester Yunayted 0:1
Kazemiro, 89.
MY: Onana, Lindelöf, Dalot, Varan, Amrabat (Evans, 90+4), Kazemiro, Maktominey (Maynu, 90+5), Fernandeş, Antoni (Dyallo, 73), Qarnaço, Reşford.
Çelsi – Lids (D-2) 3:2
Cekson, 15. Mudrik, 37. Qallaher, 90 – Cozef, 8; 59.
Çelsi: Sançes, Gilkrist (Koluill, 74), Disasi, Çaloba, Hüsto (Çiluell, 61), Kaysedo, Fernandes, Madueke (Qallaher, 61), Mudrik (Tauryaynen, 90+4), Sterlinq (Palmer, 74), Cekson.
Vulverhempton – Brayton 1:0
Lemina, 2.
Vulverhempton: Sa, Doherti, Bueno, Kilmen, Qomeş (Semedu, 90+4), Ait-Nuri (Douson, 90+3), Lemina (Sarabiya, 56), Doyl, Qomes, Bellqard (Traore, 76), Hvan Hi Çhan (Netu, 56).
Bu mərhələnin ilk dörd oyunu fevralın 26-27-də keçirilib: Luton – Mançester Siti 2:6, Koventri (D-2) - Meydston (D-6) 5:0, Bornmut - Lester (D-2) 0:1, əlavə vaxtda, Blekbern (D-2) – Nyukasl 1:1, p. – 3:4.

Reaksiyalar
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:

“Hər birimiz üçün xüsusi həftə idi. Çoxdan baş məşqçi kimi çalışıram, ancaq belə həftələrin sayı az olub. Bizim üçün qorxunc dərəcədə çətin olan durumda “Sauthempton”la ağır oyun keçirməli olduq. Qərarlar verməli, kimi meydana buraxa biləcəyimizə baxmalıyıq. Bu gün belə qərarlardan biri Co Qomesin həyatında ilk dəfə “6 nömrə” kimi oynaması oldu. İlk 15 dəqiqədə rəqib güclü pressinq tətbiq etdi. Problemlərimiz var idi, “Sauthempton” da bundan yararlandı. Qapıçımız əla seyvlərlə köməyimizə çatdı. Fasilədən sonra vəziyyəti qaydasına sala bildik. İkinci hissədə hesabı açdıq və iki gözəl qol vurduq. Bu oyuna baxmaq mənim üçün xoş idi. 1/4 finala vəsiqə qazanmaq yaxşıdı, amma biz bunu haqq etdik”.


Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi:

“Düşünürəm ki, bu həftəyə görə xoşbəxt ola bilərəm. Komanda inanılmaz əzmkarlıq göstərdi, bu asan deyildi. “Lids” çox yaxşı komandadı, çempionşipin ən güclülərindən biridi. Çox yaxşı oynamasaq da, sonda qol vura və qələbə qazana bildik. Əlbəttə, söhbət yenidən inamımızı möhkəmləndirməkdən gedir. “Lids” kimi komanda ilə qarşılaşmaq asan deyil, sən uduzursansa, rəqib özünəinam qazanır. Ancaq düşünürəm ki, Liqa kubokunun finalında “Liverpul”la qarşılaşma kimi oyunlar yaxşı təcrübədi. Komanda indi yaxşı vəziyyətdədi, futbolçularla münasibətlər də yerindədi”.


Viktor Lindelöf, “Mançester Yunayted”in müdafiəçisi:

“Çox xoşbəxtik. Bu oyunun çətin olacağını bilirdik. Son dəqiqələrdə qol vurmaqla növbəti mərhələyə adlamaq həmişə xoşdu. Kazemiro oyun vaxtından çox yaxşı yararlanır. O, ağıllı oyunçudu. Bruno Fernandeş ideal ötürmə verdi, Kazemiro da onu qola çevirdi. İrəlidə bizi çətin oyunlar gözləyir. Mübarizəyə köklənməli, oyundan-oyuna prinsipi ilə hərəkət etməliyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-02-2024, 19:0

“Liverpul” Liqa kubokunu 10-cu dəfə qazandı

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

24-12-2023, 11:0

“Liverpul” “Vest Hem”i darmadağın etdi, “Fulhem”ə rəqib oldu

Dünya futbolu

8-03-2023, 21:0

İngiltərə premyer-liqasının 26-cı turu ilə bağlı MARAQLI FAKTLAR

Dünya futbolu

29-01-2024, 21:0

“Bornmut” 1/8 finala adladı

Dünya futbolu

25-10-2022, 17:0

“Nottingem Forest” 1996-dan bəri ilk dəfə

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • 19-07-2026, 22:0
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • 19-07-2026, 22:0
    Lissabondan Madridə üz tutdu
  • 19-07-2026, 21:0
    Millimiz çempion oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə