Ozancan Niderlandda ən yaxşı seçildi

2.03.2024 13:00 170
Dünya futbolu
Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" Niderland 1-ci divizionunun 28-ci turunda doğma meydanda "Yanq AZ Alkmar"la 1:1 hesablı heç-heçə edib.

"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ozancan matça start heyətdə başlayıb və 90 dəqiqə oynayıb. O, komandasının yeganə qolunun müəllifi olub.